Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Toğay Teymur xan — Boruciginlərdən olan elxan olmağa iddiaçı (1338–1353)
Toğay Temür xan | |
---|---|
| |
Borucigin sülaləsindən XII elxan (iddiaçı) | |
1337 – 1353 | |
Əvvəlki | Musa xan |
Sonrakı | Loğman xan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Məşhəd |
Fəaliyyəti | siyasətçi |
Atası | Mamay Kavun |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toğay Teymur xan Mamay Kavun oğlu Hülaku xanın soyundan deyil, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindəndir. Babası Çete tayfasının rəisi Baba Kavun idi.[1]
Əbu Səid Bahadur xanın ölümündən sonra Xorasan hakimi Şeyx Əli Quşçu onun elxanlığa namizəd kimi qəbul etdi. Digər əyanların da dəstəyi ilə Toğay Teymur Şərqi İranda hakimiyyətə başladı və öz adına pul kəsdirdi. 1337-ci ildə qərbə yürüş edərkən Tacəddin Həsən noyon tərəfindən məğlub edilmişdi. Həmin il Toğay Teymurun dəstəkçilərindən Arqun şah Şeyx Əlini və Tacəddin Həsən noyonun valisi Məhəmməd Mulayı öldürdü, Toğay Teymura dəstəyini bildirdi.
1338-ci ildə Həsən noyon Toğay Teymurdan kömək istədi. 1339-cu ildə Çobanilərə qarşı hücuma keçən Toğay Teymur xan Cəlairilər tərəfindən xan kimi tanındı. Bu hal 1344-cü ilədək belə davam etdi. Bundan əlavə 1337-ci ildə başlamış olan Sərbədarlar üsyanı böyüyürdü. Nəhayət 1353-cü ildə Toğay Temür Sərbədarların başçısı Yəhya Qəravi tərəfindən öldürüldü. Ölümündən sonra yerinə Loğman xan keçsə də, əsas güc Əmir Vəlidə idi.
Oğulları