Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Trakay və ya Trok qalası (lit. Trakų salos pilis) — Litvada yerləşən və günümüzədək qorunub saxlanmış ən qədim qalalardan biridir. Litva şahzadələrinin qədim iqamətgahı olan Trakay şəhərində yerləşir. 1962-ci ildən bəri qalada tarix muzeyi və bir sıra suvenir dükanları fəaliyyət göstərir.
Trakay qəsri | |
---|---|
54°39′09″ şm. e. 24°55′59″ ş. u.HGYO | |
Ölkə | Litva |
Şəhər | Trakay |
Yerləşir | Trakay |
Sifarişçi | Keystut |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | qotika |
Material | kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əfsanəyə görə, Litvanın böyük şəhzadələrindən biri olan Gediminas uğurlu ovdan sonra Kernave şəhərindən çox da uzaqda olmayan gözəl mənzərəli yer aşkarlayır. Qərara gəlir ki, burada qala inşa etdirsin və ölkənin paytaxtını həmin əraziyə köçürsün. XIV əsrin II yarısında artıq daş qalanın tikintisi başa çatdırılmışdı. 1337–1382-ci illərdə ölkənin köhnə paytaxt qalasını Qediminasın oğlu şahzadə Keystut idarə edirdi. Təxminən 1350-ci ildə bu qalada şahzadə Vitovt dünyaya gəlib. 1375-ci ildə Keystut paytaxtı yeni inşa olunmuş qalanın ərazisinə köçürür. Köhnə Trokadaki qala isə 1391-ci ildə dağılıb və bir daha bərpa olunmayıb. Sonralar tikintinin qalıqları olan ərazini rahiblərə bağışlayıb. Yarımadadaki Trok qalası 1370-ci ildə Keystutun əmrilə inşa olunub. Lakin 1382–1383-cü illərdəki hadisələrdən sonra dağılıb və yalnız Vitovtun hakimiyyətinin son illərində yenidən bərpa olunub.
Trakay ada qalasının inşası 1409-cu ildə başa çatdırılıb. O, Litva knyazlığının ərazisindəki qalalarla müqayisədə ən əzəmətli, ən güclü qala idi. Qərbi Avropanın alınmaz qalalarından biri olmasının sübutu isə bütün əsr ərzində bir dəfə də rəqiblər tərəfindən qazanıla bilməməsidir. Buna görə də dərhal şahzadə Vitovtun iqamətgahına çevrilir. 1410-cu il 15 iyununda, Qrünvald döyüşündən sonra qala öz hərbi əhəmiyyətini itirir. Belə ki, Litvanın əsas rəqibi olan Alman ordeni məğlub edilmişdi. Həmin dövrdə qala özünün çiçəklənmə dövrünü keçirirdi: Avropanın müxtəlif ölkələrinin səfirləri və yüksəkrütbəli qonaqların gəlişi münasibətilə burada tez-tez dəbdəbəli ziyafətlər, rəsmi görüşlər keçirilirdi. Vitovt ada qalasında 27 oktyabr 1430-cu ildə vəfat edib. XVI əsrin sonlarında Troklar tədricən dünyanın siyasi meydanından geri çəkilirlər. Ticarət yollarından kənarda qalması ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Tezliklə qala həbsxana kimi istifadə olunmağa başlayır. 1655–1660-cı illərdə Moskva ilə gedən döyüşlərdən sonra tərk edilən qalalar tədricən tamamilə dağılıb.
Vitovtun hakimiyyət illərində inşası başa çatdırılan Trakay ada qalası saray kimi öz görkəmliliyini və möhtəşəmliyini, qala kimi isə müdafiə funksiyasını özündə mükəmməl tərzdə birləşdirir. Tikinti qotika memarlıq üslubunu təcəssüm etdirir. Şahzadə sarayı memarlıq ansamblının mərkəzi sayılır. Onun ətrafı qalın qala divarları və müdafiə qüllələri ilə əhatə olunub. Sarayın xollarını əsas süjetini görkəmli şahzadələrin həyatından götürülmüş müxtəlif məqamların təşkil etdiyi vitrajlar, freskalar bəzəyir. Otaqların daxili taxta qalereyalar ilə əhatələnib. Şahzadənin yataq otağı və xəzinə arasında daxili qapıya aparan gizli yol var idi. Qala hava istilik sistemi ilə təchiz olunub. Belə ki, isti hava kütləsi borularla qalxaraq soyuq daş divarları isidirdi. Sarayın zənginliyini at yəhərlərinin belə qızıldan olması sübut edir. Bir neçə qızıl həyər atlarla birlikdə Moskva şahzadəsi I Vasiliyə hədiyyə olunub.
Trakay qalasını bərpa etmək cəhdləri XIX əsrin sonlarından başlanıb. Amma əsas bərpa işləri XX əsrdən başlanıb. 1901-ci ildə arxeoloq V. Şukeviç şəhər meriyasından qalanı 20 illik icarəyə götürüb (onu növbəti dağıntılardan qorumaq şərtilə) . 1926-cı ildən etibarən qalalar daim nəzarət altında saxlanıb və onlara qulluq artıb. Xarabazarlıqların yerləşdiyi sahələrin ərazisi dəyişdirilir, qalalara isə mədəni abidə statusu verilir. Əsas diqqət adada yerləşən qalaya yönəlir: 1935-ci ildə qala nümayəndəsinin zalı, qala divarları və qüllələr təmir olunur. Təmir vasitələrinin çatışmazlığı ucbatından işlərə bir neçə il fasilə verilir. 1939-cu ildə Vilnius rayonu (Trakay həmin ərazidə olduğu üçün həm də o) Litvaya verildikdən sonra təmir-bərpa işləri üçün mühəndis-memar İ. Borovskiy dəvət olunur. İlk dəfə məhz Borovskiy ada qalasının bərpa modelini hazırlayır. 1939–1941-ci illərdə bu model əsasında təmir aparılır. Müharibə zamanı yenə də işlər dayandırılır. Nəhayət 1949-cu ildə qala nümayəndəsi zalında tavandakı işlər sona çatır və açılış keçirilir. 1951-ci ildə iri həcmli arxeoloji tədqiqatlara başlanır. Eyni zamanda yarımada qalasının qəza vəziyyətində olan qülləsinin də təmiri də aparılır. Ancaq yenə də fasilə vermək məcburiyyəti yaranır. Çünki 1961-ci ildə mədəni abidələrin təmirinə hakim partiya qadağa qoyur. Trakay şəhərinə daha bir bədbəxtlik üz verir, onun ərazisi kiçildilir, sinaqoq və mehmanxana kimi bir sıra digər tikililər də dağıdılır. Fasilədən sonra təmir-bərpa işləri davam etdirilir. Qalanın təmir işinin rəhbərləri memar B. Kruminis və S. Mikulyonis olub (1955–1987-ci illər ərzində ada qalasında işləmişlər). Qalanın yan tərəfində və tikilinin ümumi görünüşünü həcmcə tamamlayan qüllələr yenidən ilkin görkəminə qaytarılır. Sonda, gərgin əməyin nəticəsində şəhərin simvolu- Ada qalası XV əsrdəki memarlıq quruluşuna qaytarılır.