Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Həmişəyaşıl tropika
Həmişəyaşıl tropika- yağışlı meşə ekosistemləri == Yayıldığı ərazilər == Cənubi Amerikada Amazon çayı hövzəsində, Orinokoda başdan-başa böyük massiv şəklində, Afrikada Konqo, Niger və Zambezi çayları hövzələrində və Madaqaskar adasında həmçinin Yeni Qvineya adalarında yayılıb. == İqlimi == Ərazidə illik yağıntıların miqdarı 2000–2500 mm olub aylar üzrə kifayət qədər bərabər paylanır. İlboyu bir və ya bir neçə nisbətən "quru mövsüm" (ayda 125 mm) müşahidə olunur. == Bitki örtüyü == Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1)Seyrək yerləşən ən hündür ağaclar üst yarusu yaradır; 2)Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25–35 m; 3)Alt yarus–yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir–bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı qədərdir(Y. Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.)sayı otlarla birlikdə 200–300 və daha çoxdur == Heyvanlar aləmi == Yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır.
Troyka laundromatı
Troyka laundromatı və ya "ŪkioLeaks" — Rusiyanın keçmiş ən böyük investisiya bankı olan "Troika Dialoq" tərəfindən təşkil edilən çirkli pulların yuyulması sxemi. Bu sxem 2003-cü ildən 2013-cü ilin əvvəlinə qədər Rusiya şirkətləri və rəqəmlərindən təxminən 4,8 milyard dollar vəsaitin Avropa və ABŞ-yə axınına imkan vermişdir. Troyka laundromatı 2019-cu ildə Avropa, Şimali Amerika və Cənubi Koreyadan olan 21 media partnyoru ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi (OCCRP) tərəfindən aşkar edilmişdir. == İstintaq == Sxem OCCRP və 20 media partnyoru, o cümlədən 15min.lt. tərəfindən toplanmış çoxlu əməliyyatlar və digər sənədlərdə aşkar edilmişdir. Tapıntılar bank qeydlərinin, e-poçt məktublarının və müqavilələrin kütləvi ən böyük sızmalarından biri hesab edilir. Araşdırmaçı jurnalistlər 2006–2012-ci illər arasında 233,000 şirkət və fiziki şəxs arasında ümumi dəyəri 470 milyard ABŞ dollarından çox olan 1.3 milyon bank əməliyyatını nəzərdən keçirmişdilər. === Erix Rebasso === 2006-cı ilin dekabrından 2008-ci ilin fevralına qədər avstriyalı hüquqşünas Erix Rebasso Litvanın "Ukio Bankas" bankındakı laundromat hesablarına demək olar ki, 96 milyon ABŞ dolları göndərmək üçün 150 fərdi əməliyyatdan istifadə etmişdir 2008-ci ildə Rebasso ölkənin ən yüksək hüquq-mühafizə orqanı olan Federal Cinayət Polisinin əsas Vyana qərargahına məktub göndərmişdir. O, beş səhifəlik məktubunda cinayət məqsədləri üçün istifadə edildiyini etiraf etmiş və məsələni lazımi cinayət araşdırmasına təqdim etməyə hazır olduğunu bildirmişdir. Rebassonun etiraf məktubu çox az təsir etmişdir.
Troyka (at qoşqusu)
Troyka (at qoşqusu) Troyka, köhnə rus at qoşqusudur. Troyka uzaq məsafəni sürətlə qət etmək üçün hazırlanmışdır. Bu, dünyada fərqli qaçışlara malik atların bağlandığı yeganə qoşqudur. Kök atı - mərkəzi at - sürətli, dəqiq yorğa qaçışla getməlidir, bağlanan atlar - yan tərəfdəki atlar - dördayaq qaçışla qaçmalıdır. Bu zaman sürət yüksələrək 45-50 km/saata çatır. Troykanın mexanizmi ondan ibarətdir ki, mərkəzdəki geniş, yorğa qaçışla qaçan atı, yandakı ona bərkidilmiş dördayaq qaçışla qaçan atlar sanki öz üzərində daşıyırlar. Bu, hər üç atın daha az yorulmasına, lakin yüksək sürəti saxlamasına imkan verir. == Tarixi == Rus tarixi boyunca, demək olar ki, "Çar" dan, yəni imperatordan, Sibirdəki kəndlilərə qədər hər kəs troykadan istifadə edirdi və onun hazırlandığı ağacın növü, bəzəyinin çoxluğu sahibinin maliyyə gücünü göstərirdi. Çar, qoşquları daş-qaşlarla, taxta hissəsi qızıl naxışlarla bəzədilmiş troykalarda gəzərkən, zadəganlar və varlılar nisbətən ucuz daşlarla bəzədilmiş troykalardan istifadə edirdilər və sadə insanların troykası son dərəcə adi olardı. Üstəlik yol getməyə yararsız olar, təkərlər kirşə ilə əvəz edilənədək işləyərdi.
Troyka (nəqliyyat kartı)
Atropa
Xanımotu (lat. Atropa) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Xanımotu cinsinin Azərbaycanda bir növünə — Qafqaz xanımotuna (Atropa caucasica Kr.) təsadüf edilir. Ona əsasən Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Meşələrdə, meşə açıqlıqlarında, yol və çayların kənarlarında bitir. == Növləri == Adi xanımotu (Atropa bella-donna L.) Qafqaz xanımotu (Atropa caucasica Kreyer) Sivri xanımotu (Atropa acuminata) - Hindistanda Himalay və Hindiquş dağlarında yayılıb. İspan xanımotu (Atropa baetica) - Piriney yarımadasında, Əndəlis və ya Bet dağlarında yayılıb Komarov xanımotu (Atropa komarovii) (= Atropa lutescens Blin. et Shal. (1944)) — Kopetdağda tapılıb. Sarı çiçəkləri və meyvələri ilə fərqlənir.
Trepça
«Trepça» (alb. Miniera e Trepçës, serb. Рудник Трепча) — Kosovoda böyük sənaye kompleksi. Mitrovitada yerləşir. Zavodun mülkiyyət məsələsi Serbiya və Kosovo hakimiyyəti arasında mübahisə predmetidir. Yuqoslaviyanın dövründə Trepçada 23000 nəfərə qədər işçi çalışırdı. Bu isə onu ölkənin ən böyük sənaye müəssisələrindən birinə çevirdi. 1930-cu illərdə bir ingilis şirkəti Mitrovitsa yaxınlığındakı Stanterq mədənindən istifadə hüququnu əldə edir. İkinci Dünya müharibəsindən sonra, sosializm şəraitində şirkət genişlənməyə davam edir. == Ümumi baxış == Trepça müəssisəsi, əsasən Kosovoda, qismən Monteneqroda yerləşən 40 mədən və fabrikdən ibarət bir konqlomerat idi.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Troada
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. == Adın mənşəsi == Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. == Sərhədləri == Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
Tropik
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Tropiko
Tropiko (ing. Tropico) — Entoni Mendlerin Adəm və Həvva əsasında çəkdiyi musiqili qısametrajlı film. Üç hissədən ibarət olan filmin ssenari müəllifi Lana Del Reydir. Del Rey Həvva və Məryəm rolunda, Şon Ross isə Adəm rolunda çıxış edir. Film Del Reyin "Paradise" mini-albomunda buraxdığı üç mahnıdan ibarətdir.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. == Yaranma tarixi == Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Atropa acuminata
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa baetica
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa belladonna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Atropa caucasica
Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir.
Atropa komarovii
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa lutescens
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Probka ağacı
Probka qaraağac
Troada Aleksandriya
Troada Aleksandriya (yunanca: Αλεξάνδρεια Τρωάς); Türkiyənin qərb sahilinin şimalına yaxın, Bozcaadanın cənubunda olan Antik Yunan şəhəridir. Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşir. Qədim şəhər təxminən 400 hektar (4 km²) ərazini əhatə edir. Bu gün qalan binalardan bəzilərinə Termlər, Odeon, qədim yunan teatrı, gimnaziya kompleksi və yeni kəşf edilmiş stadion daxildir. Şəhərin köhnə divarları hələ də görünə biləcək vəziyyətdədir. == Tarixi == === Hellenistik === Strabonun sözlərinə görə, bu bölgə əvvəlcə Siqeya adlanırdı, E.ə 306-cı ildə Böyük İsgəndərin komandirlərindən biri olan I Antigonus Monophtalmos keçmişdə çox nüfuzlu bir şəhər olan Neandreya da daxil olmaqla beş yaşayış məntəqəsinin sakinlərini Siqeriyaya yerləşdirərək şəhəri genişləndirib yenidən qurdu. E.ə 301-ci ildə Lisimaxos tərəfindən Makedoniyalı İskəndərin xatirəsinə şəhərin adı "Troada Aleksandriya" olaraq dəyişdirildi. (Böyük Plini adın Antigoniadan Aleksandriaya dəyişdirildiyini yazıb). Şimal-qərb Anadolunun əsas limanı olan şəhər Roma dövründə xeyli inkişaf etmiş və bu gün tapılan qalıqlar bölgənin tarixdəki əhəmiyyətini sübut edir. Qızıl dövrdə şəhərin 100.000-ə yaxın bir əhaliyə çatdığı düşünülür.
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.