Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yəzd
Yəzd — İranın Yəzd ostanının və Yəzd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 423,006 nəfər və 114,716 ailədən ibarət idi.
Ued
Ued (rus. уед, ing. ued) — Saxarada və Ərəbistan yarımadasında ilin çox vaxtı quru olan, müvəqqəti axarlı dərə. Uzunluğu bir neçə yüz km-ə çatır.
Nir (Yəzd)
Nir-İranın Yəzd ostanının Təft şəhristanının Nir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,567 nəfər və 503 ailədən ibarət idi.
Yəzd (ostan)
Yəzd ostanı — İranın mərkəzində ostan. Mərkəzi Yəzd şəhəridir . Ostanın ərazisi 73.467 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 990.818 nəfər əhali yaşayır .
Yəzd ostanı
Yəzd ostanı — İranın mərkəzində ostan. Mərkəzi Yəzd şəhəridir . Ostanın ərazisi 73.467 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 990.818 nəfər əhali yaşayır .
Yəzd şəhristanı
Yəzd şəhristanı- İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Yəzd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 515,044 nəfər və 138,108 ailədən ibarət idi.
Əhmədabad (Yəzd)
Əhmədabad — İranın Yəzd ostanının Ərdəkan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,693 nəfər və 1,228 ailədən ibarət idi.
Ueyd Load (personaj)
Ueyd Load (ing. Wade Load) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Serialın başlanğıcında təxminən 10 yaşındadır və digər personajlar kimi sonrakı seriyalarda yaşlanır. Ueyd dahi və kompüter ustasıdır. Ueyd 8 ayda lisey və kolleci bitirmişdir. Onun boyu cəmi 112 sm-dir. Qara gözlüdür. Çəkisi 178 kq-dır. Afrika-Amerika qarışığıdır. Bəzi insanlara vəzifələrində çox köməkçi olar.
Yəzd Beynəlxalq Hava Limanı
Yəzd-Şəhid Ayətullah Sadooghi adına Hava limanı (fa: فرودگاه شهید آيت‌اللّه قدوقی یزد) (IATA: AZD, ICAO: OIYY) İranın Yəzd şəhərindəki bir hava limanıdır. Hava limanı Yəzd şəhər mərkəzindən 10 kilometr uzaqlıqda yerləşir, ostana və ətrafdakı bütün şəhristanlara xidmət göstərir. Shahid Sadooghi Hava Limanı, eyni zamanda İran İslam Respublikası daxilində mühüm Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi xidmət edir. İnzibati və siyahıyaalma məqsədi ilə İranın Yəzd ostanının Yəzd şəhristanının mərkəzi bəxşindəki Fəcr kənd bölgəsində bir kənd kimi tanınır. 2006-cı il əhalinin siyahıya alınmasına görə, əhalisi 33 ailədə 127 nəfər idi. Hava limanı 1970-ci ildə 575 hektar ərazidə qurulmuşdur. Hava limanının beynəlxalq statusu olmasa da, ara sıra çarter reysləri ilə yanaşı İraq və Suriya kimi qonşu ölkələrə planlı sərnişin xidmətləri də verilir. Bundan əlavə, hava limanı, hər il Həcc mövsümü üçün Səudiyyə Ərəbistanındakı Ciddə və Mədinəyə rutin beynəlxalq xidmət göstərir. 40-50 % həcmində işləməsinə baxmayaraq, 2012-ci ildə ümumilikdə 431.500 sərnişin Şəhid Sadooghi hava limanından keçərək səyahət etmiş və bu da onu sərnişin axını və uçuş əməliyyatlarının sayına görə İranın ən işlək XI hava limanı halına gətirmişdir.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Ceza
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cənd
Cənd (Ərəbcə: ثءند və ya Xocənt) — Qədim oğuz şəhəri. == Tarixi == Müasir Qazaxıstanda Kızılorda vilayəti bağlı Kazalinsk (Qazaxca: Қазалы; Rusca: Казалинск) şəhrinin yaxınlarında əskidən Oğuz ölkəsi içində Seyhun çayının sol yaxasında İslam sınırında bir uc (Qədim türkcədə: kənar, sərhəd) şəhirdir və o çağda Aral dənizinə tez-tez Cənd gölü də deyilirdi. Türkistanda Yangikəntdən 140 kilometr uzaqlıqda olub, xalqının çoxu müsəlmandı. Vaxtı ilə Oğuz yabgusunun oturduğu şəhər, XIII əsrdə başlayan Monqol istilası sırasında monqollar digər oğuz şəhərləri kimi şəhəri yağmalamış bir çox qırğınlar etmişdilər. Biz sanırıq ki, Cənd və Sapran səyahətində Alp Arslan (ʿAdud ad-Daula Abu Shudschaʿ Muhammad bin Daud Chaghri)ı hədiyələrlə qarşılayan (1066) Cənd xanı Oğuzlardan və müstəqil bir hökmdardı. Mahmud Qaşqarlı, Sırdərya bölgəsini isə Türk dilinin ən əski və dəyərli sözlüklərindən Divânu Lügatit-Türktə bulunan xəritədə ayrıca "Bilād al-Guzziyya" adı ilə qeyd etmiş və buraya altı şəhər işarəti qoymuşdur. Bunlardan yalnız "Cənd" şəhərinin adı yazılmış, xəritədə Ceyhun ilə Seyhun çaylarının arasında və Seyhun çayının sol yaxasında işarələnmişdir. Səlcuq subaşının paytaxt (mərkəz) etdiyini bildiyimiz şəhərdir. Ənaz 10. yüzyıldan bəri Oğuz yabgusunun qışlağı olan ərəbcə Al-Qarjat al-haditha (Farsca: Dih-i Nau, türkcə adı Yengikənd)dir.
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. == Cəza hüququna görə tərif == Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. == Cəzanın məqsədləri == Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Fərd
Fərd— bir şəxs. == Ümumi məlumat == Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.
Gərd
Gərd (Ermənistan)
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Ləzə
Laza və ya Ləzə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Məad
İslam esxatologiyası və ya məad — lüğəti mənası qayıdış deməkdir. İslam inancına görə insanlar öldükdən sonra bir daha dirilib axirət aləminə qayıdacaqlar. Bu əqidə islam dininin zəruri məsələlərindən biridir. İnsan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət əbədi qalacağı cənnət və ya cəhənnəmə gedəcəkdir.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Qənd
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Qəza
Qəza (rus. уе́зд) — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kim azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hal-hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi. Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (rus. уе́зд). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSR və SSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü. Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir.
Qəzf
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.