Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reddit
Reddit — sosial xəbər saytı. İstifadəçilər link, şəkil, video və gif bölüşdükləri kimi öz yazdıqları yazıları da sayta yükləyə bilirlər. Paylaşılan məzmunları istifadəçilər "Aşağı" və "Yuxarı" düymələri ilə qiymətləndirirlər. Beləliklə, ən çox "yuxarı" səsi almış məzmunlar saytın əsas səhifə sayılan r/all alt başlığında yer alır. Həmçinin istifadəçilər paylaşılan məzmunlara şərh də bildirə bilərlər. Redditə üzv olan hər kəs özünə aid alt başlıqlar (Subreddit) və qruplar yarada bilər. == Yaranması == Reddit 2005-ci ildə Virciniya Universitetinin tələbələri Stiv Huffman və Alexis Ohanian tərəfindən yaradılıb. == 2019 == 2019-cu ildə çinli Tencent şirkəti Redditə 150 milyon dollar investisiya qoyub. Çinli şirkətin paylaşımlara senzura tətbiq edəcəyini narahat olan Reddit istifadəçiləri hadisəni boykot etmək məqsədilə Tiananmen hadisələri, Naməlum üsyançı, Vinni-Pux kimi Çində internetdə senzura tətbiq edilən mövzuları saytda paylaşmağa başlayıblar.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi (1 yanvar 1934, Yəzd – 1 yanvar 2021, Tehran) — İranın islam alimi, müctəhid. == Həyatı == Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331–1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin "əl-Mizan", İbn Sinanın "Şifa" və Molla Sədranın "Əsfar" kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat "Besət və İntiqam"ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə "Həqqani" mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir.
Uendi Li
Uendi Li (ing. Wendee Lee) - ABŞ səs aktrisası. == Həyatı == Li Los-Anceles və San Fransiskoda böyüyüb. O, rəqs və teatr üzrə təhsil aldıqdan sonra, yeniyetmə olarkən rəqqasə kimi fəaliyyət göstərmişdir. Linin Magic Knight Rayearth DVD müsahibəsinə görə, o, məktəbdə müxtəlif səsləri ifa etməyə başladı və buna görə məktəbdə problemlərlə üzləşmişdir. === Yaradıcılıq fəaliyyəti === Onun ilk anime səs rolu 1980-ci ildə "Harmony Gold" istehsalı olan Robotech idi. O, Macrossun xaricdə operatorlardan biri olan Vanessa Lidsi səsləndirmişdir.
İbrahim Yəzdi
İbrahim Yəzdi-(Fars dili: ابراهیم یزدی; 26 Sentyabr 1931 - 27 Avqust 2017) İranlı siyasətçi, əczaçı və Mehdi Bazargan müvəqqəti hökumətinin baş nazir müavini və xarici işlər naziri vəzifəsini icra edən diplomat idi.
Əbdülbaqi Yəzdi
Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van ili) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı. == Həyatı == İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur. == Vəkillik == 1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur. == Yaradıcılığı == Baqi təxəllüsü ilə şeirlər yazmışdır. == Ailəsi == Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir.
Mahmud Avşar-Yəzdi
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. == Həyatı == M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Məhəmmədtəği Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi (1 yanvar 1934, Yəzd – 1 yanvar 2021, Tehran) — İranın islam alimi, müctəhid. == Həyatı == Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331–1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin "əl-Mizan", İbn Sinanın "Şifa" və Molla Sədranın "Əsfar" kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat "Besət və İntiqam"ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə "Həqqani" mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir.
Seyid Məhəmmədkazım Yəzdi
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdi (1831, Yəzd – 1919, Nəcəf) — müctəhid. == Həyatı == Seyid Məhəmmədkazım 1832-ci ildə Yəzd şəhərində anadan olmuşdu. Dumnar mədrəsəsini tamamlayandan sonra Molla Məhəmmədrəhim Ərdəkanin yanında dini elmləri əxz etmişdi. Axund Zeynalabdindən Əqdayidən ədəbiyyatı öyrənmişdi. Sonra Məşhəd şəhərinə yollanmış, orda molla-müctəhid yanında hiyyət və riyazətin sirlərinə vaqif olmuşdu. Ordan İsfahana getmiş, məşhur alim Molla Məhəmmədbağır Nəcəfi-İsfahaninin, Seyid Məhəmmədbağır Xansarinin və Mirzə Haşım Xansarinin yanında fiqh və hüquq elminin dərinliklərini öyrənib, tamam-kamal etmişdi. Seyid Məhəmmədkazim Təbatəbai Yəzdi daha sonra o vaxt elmin mərkəzi sayılan Nəcəfə yollanır. Nəcəf elmi hövzəsində Mirzə Məhəmmədhəsən Şirazinin, Şeyx Razi Nəcəfinin və Şeyx Mehdi Kaşifülğitanın dərslərində iştirak edir. O, sözün həqiqi mənasında elm və əxlaq sahiblərindən kamil surətdə faydalanır. Bu fazil şəxslərdən bəhrləndiyi elm sayəsində kamil bir müctəhidə çevrilir.
Şərafəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu.
Şərəfəddin Əli Yəzdi

Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Edit Heerdegen
Edit Heerdegen (2 İyul 1913 – 13 İyul 1982) — Almaniyalı film aktrisası. O, 1949-cu il ilə 1982-ci il arasında 50-dən çox film və televiziya şousunda rol oynamışdır.
Edit Piaf
Edit Piaf (fr. Édith Piaf; 19 dekabr 1915[…], Paris – 10 oktyabr 1963[…], Qras) — Dünyaca məşhur fransız müğənnisi. == Həyatı == 1915-ci ildə Paris şəhərində doğulmuşdur. Anası, Annetta Covanni Maillard, yarı italyan-yarı əfqan əsilli bir köçəri tayfadan idi. Atası, Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibəyə gedir, ana isə uşağı əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada-bu iyrənc məkanda keçir. Daha sonra, atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi.
Edit Ruzvelt
Edit Ruzvelt (ing. Edith Kermit Carow Roosevelt; 6 avqust 1861[…], Nyu-York, Nyu-York ştatı – 30 sentyabr 1948[…], Oyster-Bey[d]) - ABŞ Prezidenti Teodor Ruzveltin həyat yoldaşı.
Edit Uilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Edit Vilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Mirzə Mahmud Fərruxi Yəzdi
Mirzə Məhəmməd Fərruxi Yəzdi (1889, Yəzd – 18 oktyabr 1939 və ya 18 noyabr 1939, Tehran) — İran şairi. == Həyatı == Mirzə Məhəmməd Fərruxi 1889-cu ildə Yəzd şəhərində doğulmuşdu. Atası Məhəmmədibrahim simsar idi. Məhəmməd Fərruxi mükəmməl mədrəsə təhsili almışdı. Mirzə Məhəmməd Fərruxi Yəzdi 18 oktyabr 1939-cu ildə öldürülüb. O, Rza xan Pəhləviyə qarşı dediyi həcvlərə və inqilabi ruhlu şeirlərə görə dodaqları tikilmişdi, sonra isə Qəsri-Qacarda məşhur cəllad "doktor" Əhməd Əhmədi tərəfindən zəhərlənmişdi. == Yaradıcılığı == O, elə atəşin bir vətənpərvər olmuşdur ki, öz şəxsi həyatını büsbütün unutmuş, səadətini vətəninin azadlığında görmüş, siyasi qovğalar və vuruşlar meydanına atıldığı ilk günlərdən öz dönməzliyi, fədakarlığı ilə hamını heyrətə salmış, təqiblərə, məhrumiyyətlərə, işgəncələrə dözmüş, dəfələrlə həbsxanalara düşmüş, azadlıq düşmənləri tərəfindən haqq deyən ağzı tikilmiş, lakin heç bir şey onu susdurmağa qadir olmamış, tutduğu doğru yolundan, əqidəsindən döndərə bilməmişdir. Fərruxi Yəzdi poeziyası XX əsr fars ədəbiyyatının ən parlaq və mənalı səhifələrindən birini təşkil edir. Siyasi lirikanın gözəl nümunələrini yardan bu sənətkarın əsərlərini nəzərdən keçirdikdə mərd, qorxmaz, vətənini, xalqını ürəkdən sevən, despot və imperialistlərin zülmünə məruz qalmış millətinin halına acıyan, düşmənlərinə dərin nifrət bəsləyən, qalib gəldikdə sevinən, məğlub olduqda müvəqqəti ümidsizliyə qapılan bir insanın obrazı gözümüz önündə canlanır. Şairin hər şerində bu mürəkkəb obrazın müəyyən cəhəti, xüsusiyyəti, ictimai kədəri oxucuya çatdırılır.
Mirzə Məhəmməd Fərruxi Yəzdi

Sadiq Məhəmməd Əl-Ezdi
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi. Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).
Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. == Həyatı == Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.