Sadiq Məhəmməd Əl-Ezdi

Sadiq Məhəmməd Əl-Ezdi — İraq mətbuatı nümayəndəsi.

Sadiq Məhəmməd Əl-Ezdi
Vəfat tarixi
Vətəndaşlığı İraq İraq
Milliyyəti İraqlı

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sadiq Məhəmməd Əl-Ezdi jurnalistikaya erkən yaşlarında məqalə yazmaqla başlamışdır. On beş yaşında ikən yazdığı məqalələrini poçtla "Əl Naqid"in sahibi Mixail Titsiyə göndərirdi. Cəmil Ruhinin "Əl Yovm" qəzetində 1937-ci ildə müxbir kimi işləmişdi. Daha sonra Sərkis Soraninin "Əl Difa" nəşrində fəaliyyətini davam etdirib. Bir neçə həftə "Nədim" və "Kəşkül" kimi satirik dərgilərdə də işləyib. 1940-cı ildə "Əl Əxbar"da müxbir və korrektor, 1942-ci ildə Yusif Hörmüz Cəmmonun "Saut Əl Şaib" nəşrinin müxbiri olub. Sadiq Məhəmməd Əl-Ezdi "Sahaba" nəşrinin təsisçisi (1954), "Difa"nın (1936) yazarı, "Əl Nədim"in (1939) yazarı olub. 1947-ci ildə "Havadis" və "Əxbarul Mesa" nəşrlərinin baş redaktoru və həftəlik "Menar"ın katibi kimi fəaliyyət göstərib. O, 1959-cu ildə satirik məqalələrinə son verib. Son iş yeri "Cümhuriyyət" qəzeti olub və elə həmin nəşrdən də təqaüdə çıxıb. 1997-ci il 11 avqustda vəfat etmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dr. Şəmsəddin KUZƏÇİ. İRAQ MƏTBUAT TARİXİ (1869-2019). Bakı: “CBS”. səh. 53. ISBN 978-9952-516-66-1.