Seyid Məhəmmədkazım Təbatəbai Yəzdi (1831[1], Yəzd – 1919[1], Nəcəf) — müctəhid.
Seyid Məhəmmədkazım Yəzdi | |
---|---|
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdi | |
Doğum tarixi | 1831[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1919[1] |
Vəfat yeri |
Seyid Məhəmmədkazım 1832-ci ildə Yəzd şəhərində anadan olmuşdu. Dumnar mədrəsəsini tamamlayandan sonra Molla Məhəmmədrəhim Ərdəkanin yanında dini elmləri əxz etmişdi. Axund Zeynalabdindən Əqdayidən ədəbiyyatı öyrənmişdi. Sonra Məşhəd şəhərinə yollanmış, orda molla-müctəhid yanında hiyyət və riyazətin sirlərinə vaqif olmuşdu. Ordan İsfahana getmiş, məşhur alim Molla Məhəmmədbağır Nəcəfi-İsfahaninin, Seyid Məhəmmədbağır Xansarinin və Mirzə Haşım Xansarinin yanında fiqh və hüquq elminin dərinliklərini öyrənib, tamam-kamal etmişdi.
Seyid Məhəmmədkazim Təbatəbai Yəzdi daha sonra o vaxt elmin mərkəzi sayılan Nəcəfə yollanır. Nəcəf elmi hövzəsində Mirzə Məhəmmədhəsən Şirazinin, Şeyx Razi Nəcəfinin və Şeyx Mehdi Kaşifülğitanın dərslərində iştirak edir. O, sözün həqiqi mənasında elm və əxlaq sahiblərindən kamil surətdə faydalanır. Bu fazil şəxslərdən bəhrləndiyi elm sayəsində kamil bir müctəhidə çevrilir.
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdi XIX əsrin ikinci yarısında pedoqoji fəaliyyətlə məşğul olur. Fiqh və üsulu neçə-neçə tələbəsinə öyrədir. Onun qələmə aldığı «Urvətul-Vusqa» əsəri dərslik kimi mədrəsələrdə öyrədilir.
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdi 1905-ci ildən sonra Qacarlar dövlətində başlayan Məşrutə hərəkatına müxalif olur. Get-gedə müxaliflərin liderinə çevrilir.
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdinin lideri olduğu Məşrutə müxalifləri həm Osmanlı, hakimləri həm Nəcəfdəki ərəb şiələri tərəfindən dəstəklənirdi. Bu müxalif qrup onlara yönəlik bir hücum ehtimalıyla Mazandarani, Xorasani və Tehraninin camaatla namazlara qatılmaqda tərəddüd göstərmələrinə səbəb olacaq dərəcədə güclənmişdi. [2] Tehranda məclis qapadılarkən İstanbulda II Məşrutiyət elan edilmişdi. Bu gəlişmə Mazandarani ilə Nəcəfdəki digər Məşrutətçi üləmanın mövqeyini gücləndirdi. Seyid Məhəmmədkazım Yəzdi gözdən düşərkən Osmanlı dövləti ilə Mazandarani arasında münasibətlər quruldu.
Seyid Məhəmmədkazim Təbatəbai Yəzdi (Sahibi-Ürvə) də Qərb imperializminin təzyiqləri qarşısında hər vasitə ilə müqavimət göstərirdi. Birinci Dünya müharibəsi gedişində Qərb dövlətləri müsəlman ölkələrinə təcavüz etdiyi bir zamanda böyük müctəhidlər Mirzə Məhəmmədtağı Şirazi və o, İraqa soxulan ingilislərə, İrana hücum edən ruslara, Liviyanı işğal etmiş italyanlara qarşı cihad fətvası verdilər. Bu cihadda sıravi müsəlmanlarla yanaşı, böyük alimlər və onların ailə üzvləri də əldə silah savaşırdılar. Hətta döyüşlərdə Seyid Yəzdinin oğlu Seyid Məhəmməd şəhid olmuşdu. Cihad müsəlman qüvvələrinin məğlubiyyəti ilə başa çatsa da, onların gücünü Qərbə göstərmək üçün gözəl bir fürsət oldu.
İngilislər Nəcəfə daxil olandan sonra buranın əhalisinə divan tutmağı qərara alırlar. Amma Ayətullah Yəzdinin dünyadakı nüfuzunu nəzərə alaraq, ona qarşı hörmətsizlik göstərməyə cəsarət etmirlər. İngilis səfiri Seyid Yəzdini razı salmaq və rəğbətini qazanmaq üçün onunla görüşüb, şəhərdə qırğın törədiləcəyini xəbər verir və əlavə edir: “Amma Sizin xilas olmaq imkanınız var. Biz icazə veririk ki, Nəcəfi tərk edib müvəqqəti olaraq Kufəyə gedəsiniz”. Seyid Yəzdi soruşur: “Ailə üzvlərimə də aman verirsinizmi?” Səfir bildirir: “Bəli, ailə üzvlərinizi də özünüzlə apara bilərsiniz”. Seyid Yəzdi öz qərarını belə bildirir: “Nəcəfin bütün əhalisi mənim ailə üzvüm kimidir. Mən ailəmi qoyub heç yerə gedə bilmərəm. Qoy onların başına nə gələcəksə, mənim də başıma gəlsin”. İngilislər Seyid Yəzdinin qərarından özlərini itirib camaatı cəzalandırmaq fikrindən əl çəkirlər. Alimin fədakarlığı sayəsində bütün Nəcəf əhalisi fəlakətdən xilas olur.
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdinin kəlamları hələ də ruhani cəmiyyətdə işləkdir. Bu böyük müctəhid yazır: "Qadına vacibdir ki, öz bədənini əri və məhrəmləri istisna olmaqla başqalarından örtsün, amma üzün və əllərin örtülməsi vacib deyildir.”
Bu hökm nişan verir ki, vasvaın öz şəxsi nəzərinə əməl etməsi təkcə ilahi göstərişlərə əməl etməmək yox, bəlkə də böyük günaha səbəb olur və bu da insanın əzaba düçar olmasına səbəb olacaq. Başqa bir hökmdə elmi hövzənin ən tanınmış kitabı, Ürvətül-vüsqanın müəllifi mərhum Seyyid Kazim Yəzdi bu kitabda yazır: "Vasvasın elminin heç bir qiyməti yoxdur." [3]