Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Furan
Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir. == Tarixi == Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı. == Fiziki-kimyəvi xassələri == Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web Təmiz furan turşuların təsiri altında tez polimerləşir. Furan p-elektronlu aromatik birləşmədir. == Mənbə == Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book).
Fusan
Fusan (çin. ənən. 扶桑, sadə. Fúsāng) — Çin ədəbiyyatında ölkənin və Çin hibiskusunun adıdır. Fusanq ölkəsinin dəqiq olaraq hansı ölkə olduğu bilinmir. Tarixçilərin bəziləri Fusanı Yaponiya, digərləri isə Amerika hesab edir. Çin ədəbiyyatında Fusanq ölkəsini ilk dəfə tayvanlı bütpərəst kahin olan Xuey Şen təsvir etmişdir və bu ölkəni kəşf etdiyini demişdir (499-cu il) == İstinadlar == == Əlavə ədəbiyyat == Leyland, Charles Godfrey (1875) Fusang; Or, The Discovery of America by Chinese Buddhist Priests in the Fifth Century, New York: Barnes & Noble, 1973. Reprint: Forgotten Books (2010), ISBN 978-1-4400-7044-0. Vining, Edward P. (1885) Inglorious Columbus; or, Evidence that Hwui Shan and a Party of Buddhist Monks from Afghanistan Discovered America in the Fifth Century, A.D.. New York: D. Appleton and Company, ISBN 978-0-217-68056-1 Williams, S. Wells (1881): Notices of Fu-sang, and Other Countries Lying East of China, in the Pacific Ocean.
Fürqan
FÜRQAN (ərəbcədir, ayırma, fərqləndirmə deməkdir) – Quranda fərqləndirmədir (III, 2, XXI, 49). Allahın bəndələrinə göndərdiyi bütün müqəddəs kitablara, yəni Qurana, Tövrata, İncilə və Zəbura aid edilir. Fürqanın ikinci mənası qurtuluşdur. 624-cü ildə Bədr yaxınlığındakı çarpışma, yəni Məhəmməd Peyğəmbərin məkkəlilərə qalib gəldiyi döyüş "Qurtuluş günü" – "yaum əl-Fürqan" adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.113.
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Emilia fugax
Emilia fugax (lat. Emilia fugax) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Fudan Universiteti
Fudan Universiteti (çin. 复旦大学) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1905-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Fukan meteoriti
Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir. == Tarixi == 2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir. == Təsnifatı və tərkibi == Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir.
Furqan Surəsi
25-ci surə
Fəqan Məmmədov
Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər.
Fəqan Xudaverdiyev
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi.
Fəqan Ziyadov
Fəqan Ziyad oğlu Ziyadov (1 yanvar 1995; Mustafaağalı, Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəqan Ziyadov 1995-ci ildə Bərdə rayon Mustafaağalı kəndində doğulmuşdur. 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra MAHHXHQ kimi ordu sıralarına qayıtmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fəqan Ziyadov Talış, Suqovuşan, Ağdam, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmış və 30 oktyabrda şəhid olmuşdur. Bərdədə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fəqan Əliyev
Fəqan Əliyev (d. 1945-Ağcabədi rayonu) — texnika elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti,Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri, Birləşmiş Oksford Akademiyasının fəxri Professoru == Həyatı == Fəqan Qənbər oğlu Əliyev 1945-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olub. == Təhsili == 1969-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Moskvada aspirantura üzrə Fizika və İnşaat İnstitutunu bitirdikdən sonra 1977-ci ildə elmlər namizədliyi və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. == Elmi fəaliyyəti == F. Əliyev binaların enerji idarə etmə və nəzarət sisteminin problemləri, inkişaf və alternativ enerji texnologiyasının həyata keçirilməsi sahəsində tədqiqatlar ilə məşğul olmuşdur. Onun işi "avtomatlaşdırılmış idarə vasitəsilə Bakı şəhərində böyük İdman Kompleksində enerjiyə qənaətin optimallaşdırılması və kompüter sistemlərinə istifadə üzrə nəzarətdir". Keçmiş SSRİ Xalq Təsərrüfatı Akademiyasının fərqlənmə diplomu ilə təltif edilib. F. Əliyev layihələşmədə iştirak edib və 25-dən çox binanın tikilməsinə rəhbərlik edib. Məsələn Respublika velosiped yolu, Atletik Arena, Bakı İdman Sarayı (indiki Heydər Əliyev adına İdman və Konsert kompleksi)Respublika Tibbi-Atletik Sağlamlıq Mərkəzi, Mingəçevir şəhərində Dövlət Olimpiya Qayıqdaşıma Bazası və s. Professor Fəqan Əliyevin fəaliyyəti ekosistem müdafiəsi və müxtəlif binaların və strukturların radiasiya təhlükəsizliyidir.
Gavurarx (Muğan)
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Lüqan (Averon)
Lüqan (fr. Lugan, oks. Luganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12134. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.9%).
Muğan Məmmədov
Məmmədov Elman Hüseynəli oğlu (1942, Leninkənd, Laçın rayonu – 27 fevral 1985, Bakı) — alim, fizika-riyaziyyat elmlər namizədi == Həyatı == 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1962–1967-ci illərdədə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almış, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada saxlanılmışdır. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fizika üzrə aspiranturasında təhsilini davam etdirmiş, fizika elminin müasir problemlərindən biri olan "Plazmanın Nəzəri Problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur 1971-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və həmin ildə "Məhdud Plazma-Elektron Seli Sistemi Dayanıqsızlığının Tədqiqi" mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi adı almışdır. 1969–1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında Xüsusi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə xüsusi təyinatla Azərbaycan Dövlət Universitetində elektronika kafedrasına müəllim təyin olunmuş, sonrakı illərdə "Atom və Molekulaların Kvant Mexanikası" kafedrasının assistenti, 1976-cı ildə baş müəllimi, dosenti olmuşdur. 1976–1977-ci illərdə Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi inistitunda işləmiş, orada işlədiyi vaxt, Almaniya, İngiltərə, Çexoslovakiya və ABŞ alimləri ilə iş birliyi quraraq dörd elmi əsərin müəlifi olmuşdur. Muğan Məmmədov 33 elmi əsərin və "Plazma Fizikası va Onun Tətbiqi prespektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda plazma fizikası ilə məşğul olan ilk alimlərdən biridir. 27 fevral 1985-ci ildə vəfat etmişdir.
Rob Duqan
Rob Dugan (ing. Rob Dougan; mart 1969, Sidney) — müxtəlif musiqi janrlarını sintez edən bəstəkardır. Onun kompozisiyaları özündə orkestr musiqini, trip-hop və ivokal elementlərini əks etdirir, eyni zamanda, qismən elektron musiqiyə aid edilir. 1995-ci ildə buraxılmış və "Matritsa", sonralar isə "Bleyd" treylerində istifadə edilmiş «Clubbed to Death (Kurayamino variation)» sinqlı ilə məşhurlaşmışdır. "Clubbed to Death" 2002-ci ildə işıq üzü görmüş və müəllifin debüt albomu hesab edilən «Furious Angels» albomuna daxil edilmişdir. == Diskoqrafiyası == === Studiya Albomları === 1-CD [RDR Album Volume 1.- Clubbed to Death] (11 kompozisiya, 1995 il). «Furious Angels». 1-CD (14 kompozisiya, 2002 il) baza redaksiyasında. 2-CD (15+10 kompozisiya, 2003 il) təkrar nəşr (ikinci disk birinci diskin instrumental versiyasıdır). === Sinqllar === 1994: «Hard Times».
Rüstəmbəyovlar (Muğan)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. == Tarixi == Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Muğan bələdiyyəsi
Muğan bələdiyyəsi (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.