Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fəqan Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yeni Suvagil, Zaqatala rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Ağdam rayonu, Azərbaycan |
Dəfn yeri | Yeni Suvagil |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | saxur |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdam döyüşləri |
Təltifləri | 2020 2020 |
Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.[1]
2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi.
Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.[2]
Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib.[3]
Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Vahid oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[4]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Məmmədov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.[5]