Fəqan Xudaverdiyev

Fəqan Baxış oğlu Xudaverdiyev (7 avqust 1975; Qaravəlli, Ağcabədi rayonu22 avqust 2008; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində şəhid olmuşdur.[1]

Fəqan Xudaverdiyev
Fəqan Baxış oğlu Xudaverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaravəlli, Ağcabədi rayonu
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993–2008
Rütbə Mayor
Vəzifəsi Tabor komandiri
Təltifləri "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil almış, ardınca Bakı Ali Birləşmiş Komandalıq Məktəbində təhsilini davam etdirmişdir. 1997-ci ildə "Taktiki Motatıcı Qoşunların Komandiri — Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis" ixtisası ilə hərbi təhsilini uğurla başa vuraraq Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində taqım komandiri kimi xidmətə başlamışdır.[2] 1998-1999-cu illərdə zabitlər üçün təşkil olunmuş təkmilləşdirmə kursunu müvəffəqiyyətlə tamamlamışdır. Ölümündən əvvəl Azərbaycan Respublikasının Silahlı Quvvələrinin Hərbi Akademiyasına daxil olmuş, lakin şəhid olduğundan təhsilini tamamlaya bilməmişdir.

Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub. Şəhidin dörd övladı yadigar qalıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Fəqan Xudaverdiyev 1997-ci ildə leytenant rütbəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətə başlayıb. Ardınca Gəncə, Mingəçevir və Şəkidə xidmətini davam etdirərək, tabor komandiri vəzifəsinə yüksəlmişdir.[2] 2007-ci ildən Tərtər rayonu "N" saylı hərbi hissənin 2-ci motatıcı taborun komandiri kimi fəaliyyət göstərən mayor Fəqan Xudaverdiyev, 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Eldən gedən oğul". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  2. 1 2 ""Sənə oğul olammasam..."". 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.