Fukan meteoriti

Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir.

Fukan
Fukan meteoritinin Vyana Milli Tarix Muzeyində saxlanılan bir hissəsi.
TipSiderolit
SinifPallasit
QrupƏsas pallasit
TərkibiFe 89.9 wt%, Ni 9.0 wt%, P 0.62 wt%, Co 0.51 wt%; Ge 41 µg/q, As 26 µg/q, Ga 19.1 µg/q, Pd 5.1 µg/q, Au 2.6 µg/q; Ir 43 ng/q.
ÖlkəÇin Çin
RegionFukan, Sintszyan-Uyğur
Koordinatlar44°26′ şm. e. 87°38′ ş. u.
Müşahidə olunub?Yox
Tapılma tarixi2000
Kütlə1003 kq

Tarixi[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir.[1]

Təsnifatı və tərkibi[redaktə | mənbəni redaktə et]

Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir. Meteoritin əsas kütləsində diamteri 11 santimetrə çatan və incə metal damarlara malik olan olivin salxımlarına rast gəlmək olar. Meteoritin tərkibi belədir: Fe/Mg = 0.1367, Fe/Mn = 40.37 və Ni = 0.03 wt%. Metal matrisi kamasitdir. Bəzi olivinlərin tərkibində troilit vardır.

Oksigen izatopları: δ18O 2.569 ‰, δ17O 1.179 ‰, ∆1 7O = −0.157 ‰.[2]

Nümunələr[redaktə | mənbəni redaktə et]

Meteoritin 31 kiloqramlıq bir nümunəsi Arizona Universitetində saxlanılır. Marvin Killqor eyni kütləli bir başqa nümunəni saxlayır. Həmçinin bir anonim kolleksiyaçı da meteoritin bir nümunəsinə sahibdir.[1]

2008-ci ilin aprelində Bonhams meteoritin əsas kütləsini Manhetten hərracına çıxarmışdır. Bonhams 2.000.000 ABŞ dolları təklif etmişdir, amma meteorit satılmamışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Meteoritikal Məlumatlar Bazası: Fukang
  2. Meteoritical Bulletin, no. 90, MAPS 41, 1383-1418 (2006)
  3. Farlang Team (2008-12-07). Fukang Meteorite, Gemstone Meteorites: a Peridot from Outer Space. Farlang, 7 December 2008. Retrieved from http://www.farlang.com/art/gemstone-meteorites Arxivləşdirilib 2008-12-21 at the Wayback Machine.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Lauretta, D. S; Hill, D. H.; Della-Giustina, D. N.; Killgore, M. "The Fukang Pallasite: Evidence for Non-Equilibrium Shock Processing" (PDF). 37th Annual Lunar and Planetary Science Conference. March 2006. OCLC 21999338. İstifadə tarixi: 2012-10-21.
  • Cənub-Qərbi Meteorit Mərkəzi