Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Haxulu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Haçasu
Haçasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. Toponim «haçalanmağın başlandığı yer> mənasında işlənən haça sözü ilə türk dilində çay mənasında işlənən su sözünün birləşməsindən əmələ gəlmişdir. Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd Haçasu adlanmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib Açacur (Haçasu) qoyulmuşdur.
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Babbo Natale
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Hakaru Haşimoto
Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası ; † 1934) yapon patoloqanatomu və cərrahı, ilkdəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. haşimoto 53 yaşında qarın yatalağından vəfat etmişdir. == Təhsili və sənəti == Haşimoto 1903 - 1907 ci illərdə Fukuokada Kyüşü universitetində təhsil almış və onu müvəffəqiyyətlə başa vurmuşdur. 1908 - 1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912 ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası. Haşimoto dissertasiyasını bir alman jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı.
Harald Kristensen
Yens Harald Kristensen (dan. Jens Harald Christensen, 4 yanvar 1884, Kopenhagen – 8 avqust 1959, ABŞ), sonradan Harold Mayk Hovard (ing. Harold Mike Howard) kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu. == Həyatı == 1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Harald Nilsen
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub . == Bioqrafiya == Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir. == Karyerası == 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir.
Harald Tammer
Harald Tammer (9 yanvar 1899, Tallin – 6 iyun 1942) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1924-cü ildə Paris şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Harald Tammer həmçinin 1922-ci ildə Tallində baş tutan Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Harald Tammer 9 yanvar 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Harald Tammer birinci uğurunu 1922-ci ildə qazandı. Harald Tammer Tallin şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazandı. Harald Tammer bu uğurdan 2 il sonra Yay Olimpiya Oyunlarında uğur qazandı. Harald Tammer 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Harald Tammer 497.5 kq. nəticə ilə VI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Haçasu (Sayınqala)
Haçasu (fars. هاچاسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.522 nəfər yaşayır (399 ailə).
Hotaru Tomoe
Seylor Saturn (セーラーサターン, Sērā Satān) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər. == Profil == Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru Çibiusa və Usaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur.
Hotaru Yamaquçi
Hotaru Yamaquçi (d. 6 oktyabr 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 1 qol vurub.
Lusitaniya Tatafu
Lusitaniya Tatafu (20 fevral 1998) — Tonqalı oxatan. Lusitaniya Tatafu Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lusitaniya Tatafu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çang Hye-Jin ilə üz-üzə gəldi. Həmin görüşdə Lusitaniya Tatafu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Natali Harrovell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Harrowell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Rachna Khatau
Rachna Khatau (29.1.1981, London) — aktyor.