Hakaru Haşimoto

Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası; † 1934) – yapon patoloqanatomu və cərrahı, ilk dəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal-hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. O, 53 yaşında qarın yatalağından vəfat etmişdir.

Hakaru Haşimoto
橋本策     
橋本策 - Hakaru Haşimoto
橋本策 - Hakaru Haşimoto
Doğum tarixi
Doğum yeri Yaponiya Yaponiya, Midai (indiki:İqa), Mie prefekturası
Vəfat tarixi
Vəfat yeri Yaponiya Yaponiya
Vəfat səbəbi tif xəstəliyi[d]
Vətəndaşlığı Yaponiya Yaponiya
Elm sahəsi Tibb
Elmi dərəcəsi Doktor
İş yeri Hayari Miyakenin rəhbərlik etdiyi cərrahiyyə klinikasında
Alma-mater Kyüşü universiteti
Təhsili ali
Elmi rəhbəri Hayari Miyaken
Tanınır Autoimmun tireoidit xəstəliyini aşkar etmişdir, xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Haşimoto 1903–1907-ci illərdə Fukuokada Kyuşu Universitetində təhsil almış və oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1908–1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912-ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir:

  1. Diffuz limfositar infiltrasiya,
  2. Limfoid follikul əmələgəlmə,
  3. Epitel hüceyrələrin dağılması,
  4. Fibroz toxuma proliferasiyası.

Haşimoto dissertasiyasını Berlində "Archiv für klinische Chirurgie" ("Klinik Cərrahiyyə Arxivi") jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı. Bir müddət Berlin, QöttingenLondonda qaldıqdan sonra atasının vəfatı və Birinci Dünya müharibəsinin başlanması səbəbindən Yaponiyaya qayıdır və orada visseral cərrah kimi fəaliyyət göstərir.

Hakaru Haşimotonun təhsil aldığı Kyuşu Universiteti Maidashi kampusundakı yolu bu cərrah-alimin şərəfinə adlandırıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]