Yens Harald Kristensen (dan. Jens Harald Christensen, 4 yanvar 1884, Kopenhagen – 8 avqust 1959, ABŞ), sonradan Harold Mayk Hovard (ing. Harold Mike Howard) kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu.
Harald Kristensen | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
dan. Jens Harald Christensen | ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yens Harald Kristensen | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 4 yanvar 1884 | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 8 avqust 1959 (75 yaşında) | |||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi. 1913-cü ildə o, qeyri-rəsmi Avropa Çempionatının gümüş medalını qazandı.
1915-ci ildə ABŞ-yə emiqrasiya etdi və Harold Mayk Hovard kimi tanınmağa başlandı. 1921–1952-ci illərdə Ayova Universitetində məşqçi kimi çalışırdı.