Hotaru Tomoe

Seylor Saturn (セーラーサターン, Sērā Satān?)Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru?) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Saturn
Seylor Saturn.
Franşiz(lər)"Seylor Mun"
Yayın tarixi"Seylor Mun" #24: "Sonsuzluq 1 — Xəbərdarlıq" (1994)
YaradanNaoko Takeuçi
Manqadavar
Animedəvar
Profil
Əsl adıHotaru Tomoe
İngilis versiyasıHotaru Tomoe
Növüinsan
Cinsiqadın
Doğum tarixi6 yanvar (Oğlaq)
Yaşı10-12
Qan qrupuАВ(IV)
Ləqəb(lər)iŞahzadə Saturn, Kon[1][2], Xanım 9, Xanım Arzu
KomandalarıSeylor döyüşçüləri, Ölüm Həvariləri, Ölü Ay Sirki[1], Kölgə Qalaktika
Gücləridağıdıcı güclər, psixi güclər

Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər.

Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri.

Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru ÇibiusaUsaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur. Seriyanın yaradıcısı Naoko Takeuçi onu gözəl, sakit, tezböyüyən təsvir etmişdir.[3]

Manqada bir laboratoriya partlayışında Hotaru ciddi xəsarət almış, anası Keyko ölmüşdür. Atası Souçi Tomoe Hotarunun həyatını xilas etmək üçün bədəninə Firon 90-nın gücünü daxil etmişdir. Bunun əvəzində Souçi insan simasını itirmiş və şər qüvvəyə çevrilmişdir. Seylor döyüşçüləri "Sonsuzluq" hekayəsinin sonlarında Seylor Saturna dünyanı məhv etməyə qoymamışdılar və Seylor Saturn kibernetik funksiyaları olmadan yenidən doğulmuşdur. Bu hadisədən sonra ürəktutmaları dayanmışdır.

Animedə Hotarunun kibernetik bədəni yoxdur və ürəktutmalarına və güclərinə görə evsiz qalmışdır. Anası isə ölmüşdür. Atası manqadakı kimi ölməyib. Atası Hotaruya uzun müddət baxdıqdan sonra Seylor Pluton ona baxmağa başlamışdır.

Hotarunun yaşı seriya boyunca dəyişmişdir. İlk öncə 12 yaşında olmuşdur, lakin daha sonra ölüb-dirilmişdir. Tezböyüyən bədəni sayəsində 4, 5 və 8 yaşlarında görünmüş və nəhayət, yenə 12 yaşına çatmışdır. Seylor Saturn kimi Hotaru planetləri məhv edə bilər. Onun gücləri Seylor Uran, Seylor NeptunSeylor Plutonun talismanlarını oyatmışdır. Seylor Saturn bu güclərin lazımı olduğunu "Sonsuzluq" hekayəsində aşkar etmişdir, çünki ölümsüz yenidən doğuş mümkün deyil. Yenidən doğulduqdan sonra güclərinin yenidən ayılması üçün müəyyən vaxt keçmişdir. Güclərinə ayılan qədər hətta Seylor döyüşçülərindən bəziləri onu təhlükəli hesab etmiş və öldürməyə cəhd etmişdilər. Lakin Seylor Saturn gücləri vasitəsilə Yeri məhv etmək istəyən Firon 90-na mane olmuşdur.

Manqada atasının ölümündən sonra Hotarunun yeni ailəsi Haruka Tenno, Miçiru KayoSetsuna Meyo olmuşdur. Hotaru onlara Haruka-papa, Miçiru-mama və Setsuna-mama kimi müraciət edir. Onlar birlikdə Viktoriya İmperiya Evində yaşayırlar.

Aspektlər və formalar

[redaktə | mənbəni redaktə et]

Seylor Saturn müxtəlif güclərə, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Saturn Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.

Hotaru Tomoenin Seylor döyüşçüsü şəxsiyyəti Seylor Saturndur. Seylor Saturnun döyüşçü geyimi qəhvəyibənövşəyi rənglərdən ibarətdir. Geyiminin ilk versiyasına ləçək formalı sırğalar, ulduz broşkası, boğazlıq, əlcəklər, uzunboğaz çəkmələr də aiddir. Seylor Saturna müxtəlif ləqəblər verilmişdir: Səssizlik döyüşçüsü,[4] Dağıntı döyüşçüsü,[4] Ölüm və Yenidən doğuş döyüşçüsü.[5]

Seylor Saturn özü ilə Səssizlik qlefasını daşıyır. Bu qlefanın köməyi ilə dünyanı və dünyaları məhv edə bilir. Bununla yanaşı həm adi insan formasında, həm də Seylor döyüşçüsü kimi kiçik yaraları sağaltmaq qabiliyyətinə sahibdir. Animedə bir dəfə Usaqinin ağrıyan dizini sağaltmışdır.

Manqaya görə Seylor Saturn Gümüş Minillikdə Seylor döyüşçüləri ilə birlikdə yaşamamışdır. Üstəlik, Seylor Neptun, Seylor UranSeylor Pluton krallıq məhv olanda onun yenidən doğulacağını fərz etməmişdilər. Lakin Seylor Saturn Yerdə yenidən doğulmuşdur.

Seylor Saturn böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 39-cu aktında Saturn kristalına toxunduqdan sonra baş vermiş və geyimi Super Seylor Mununkinə bənzəmişdir. Lakin özünə yeni ad verməmişdir. Animenin 168-ci seriyasında isə yeni geyimə sahib olaraq özünü Super Seylor Saturn adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər formaya sahib olmuşdur.[6]

Şahzadə Saturn

[redaktə | mənbəni redaktə et]

Manqaya görə Gümüş Minillikdə Hotaru Tomoe öz planetinin şahzadəsidir. Əsas vəzifəsi Günəş sistemini şər qüvvələrdən qorumaqdır. Şahzadə Saturn kimi Titan qalasında yaşayır və bənövşəyi paltar geyinir. Bu halı ilə manqada görünmüşdür.[7][8] Digər Seylor döyüşçülərindən fərqli olaraq Gümüş Minillik dövründə ayılmamışdır.

Hekayənin 3-cü hissəsi boyunca Hotarunun bədənini Məşuqə 9 adlı yadplanetli ələ keçirmişdi. O, Hotarunun bədənindən Ölüm Həvarilərinin məqsədləri üçün istifadə etmişdir. Məşuqə 9 onun bədəni ilə Fara 90 adlı şeytani gücü Yeri dağıtmaq üçün çağırmışdır. Bu şər qüvvə yalnız Seylor Saturnun yenidən ayılması ilə dayandırıla bilmişdir.

  1. 1 2 Sailor Moon SuperS Yume Senshi - Ai - Eien ni... and Sailor Moon SuperS [Kaiteiban] Yume Senshi - Ai - Eien ni... Saturn Fukkatsu Hen!
  2. 1999 Spring Special Musical Kaguya Shima Densetsu, Shin Kaguya Shima Densetsu, and their revisions.
  3. Takeuchi, Naoko. Materials Collection. Kodansha. October 1999. ISBN 4-06-324521-7.
  4. 1 2 Takeuchi, Naoko. Act 30 // Bishoujo Senshi Sailor Moon. 9. Kodansha. February 6, 1995. ISBN 4-06-178797-7.
  5. Takeuchi, Naoko. Act 39 // Bishoujo Senshi Sailor Moon. 14. Kodansha. March 6, 1996. ISBN 4-06-178826-4.
  6. Takeuchi, Naoko. Act 42 // Bishoujo Senshi Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  7. Takeuchi, Naoko. Act 41 // Bishoujo Senshi Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  8. Takeuchi, Naoko. Bishoujo Senshi Sailormoon Original Picture Collection. IV. Kodansha. September 1996. ISBN 4-06-324519-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]