Hatari (azərb. "Qənim")[1][2] — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu.[3] Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur.[4] 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər.[5] Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır.[6]
Hatari | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Texno, pank rok |
Fəaliyyət illəri | 2015–h.h. |
Ölkə | İslandiya |
Şəhər | Reykyavik |
Dil | İslandca |
Leybl | Svikamylla ehf. |
Heyət |
Klemens Hanniqan Mattias Haraldsson Eynar Stefansson |
www.hatari.is | |
Vikianbarda əlaqəli mediafayllar |
Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur.[3][7] İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur. Qrup həmin festivalda bir daha 2018-ci ildə səhnə almışdır.[7][8]
2017-ci ilin oktyabr ayında qrupun Neysluvara adlı mini-albomu buraxılmışdır.[9][10] Albomda yer alan "Ódýr" və "X" mahnılarına video kliplər də çəkilmişdir.
2018-ci ildə Pasxa ərəfəsində Hatari Háskar adlandırdıqları "Qiyamət günü festivalı"nı təşkil etmişdir. Festivalda Reykyavikdən olan müxtəlif ifaçılar, DJ-lər və qruplar çıxış etmişdir. Hatari festivaldakı çıxışına görə mükafata layiq görülmüşdür.
2018-ci ilin dekabr ayında qrupun "Spillingardans" adlı üçüncü sinqlı təqdim olunmuşdur.[11] 2019-cu ilin yanvar ayında Hatarinin İslandiyanın RÚV telekanalının Avroviziya 2019 təmsilçisini seçmək üçün təşkil etdiyi Söngvakeppnin 2019-da iştirak edəcək olan 10 namizəddən biri olduğu elan edilmişdir. "Hatrið mun sigra" mahnısı ilə yarışmaya qatılan qrup nəticədə qalib gələrək İslandiyanı Tel-Əvivdə keçirilən Avroviziyada təmsil etmək hüququnu əldə etmişdir.[12] Müsabiqə öncəsi qrup dəfələrlə İsrail əleyhinə siyasi çıxışlar etmişdir. Bunun ardınca Hatari bənzər çıxışların Avroviziya səhnəsində təkrarlanacağı halda İslandiyanın Avroviziyadan diskvalifikasiya ediləcəyi barədə birbaşa olaraq Avropa Yayım İttifaqı tərəfindən xəbərdarlıq almışdır.[13] Buna baxmayaraq müsabiqənin sonunda İslandiyanın SMS səsləri açıqlanan zaman qrup üzvləri Fələstin bayraqlarını üzə çıxardı. Eyni vaxtda qrupun Instagram hesabında Fələstin bayrağı yerləşdirildi.[14] Hatari müsabiqədə nəticə olaraq 232 xal toplayaraq, 10-cu yerdə qərarlaşmışdır.
Avroviziyada iştiraklarının ardınca qrupun fələstinli müğənni Bəşər Murad ilə birlikdə ifa etdiyi "Klefi / Samed" mahnısı təqdim olunmuşdur. Yarı ərəb və yarı island dilində səslənən mahnının video klipi İsraildə çəkilmiş və klipdə qrup üzvləri fələstinli ifaçı ilə birlikdə Fələstin bayrağını dalğalandırırlar.[15]
İl | Mükafat | Kateqoriya | İş | Nəticə | İst. |
---|---|---|---|---|---|
2017 | Grapevine Musiqi Mükafatları | Ən yaxşı canlı ifa | Hatari | Qazandı | [16] |
2018 | Grapevine Musiqi Mükafatları | Ən yaxşı canlı ifa | Hatari | Qazandı | [17] |
İsland Musiqi Mükafatları | İlin mahnısı - Rok | "Spillingardans" | Namizəd | [18][19] | |
İlin ifaçıları | Hatari | Qazandı |
Əvvəlki: Ari Oulafsson "Our Choice" |
İslandiya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |
hatari.is — «Hatari» musiqi qrupunun rəsmi saytı