Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
RHIC
Relativist (nisbi) Ağır İon Toqquşdurucu Gerçək zaman maşını ilə kainatın başlanğıcının tapılmasını təsəvvür edin. Relativist (nisbi) ağır ion toqquşdurucunun (en. RHIC – RAİT) çevrəsinin uzunluğu 2,5 mildir (~4.0 km) və 700 nəfər adam tərəfindən nəzarət edilir. RAİT-in inşası 600 milyon dollardan artıq qiymətə başa gəlib və illik saxlanılma xərci 150 milyon dollardan artıqdır. Əgər Nyu York, Uzun Adada yerləşən Relativist ağır ion toqquşdurucudakı qızıl ionları bir birinə çırpılsalar bu görüş 7,2 triliyon Faranheyt dərəcədən çox (~4 triliyon dərəcə Selsi) temperature əmələ gətirə bilər. Bu, zərrəcikləri əridəcək qədər yüksək temperaturdur, Zərrəciklər ayrıldıqca onların ibarət olduğu bloklar-kvarklar və qluonlar-maddənin yeni vəziyyətinə — kvark-qluon plazmaısına keçmək üçün birləşirlər. Çarpışma başa çatıb materiallar soyuduqda protonlar və neytronlar təsir kimi 4.000 subatomik zərrəcik əmələ gətirərək yenidən yaranır. Alimlər RAİT-i istifadə etdikcə ilk milyonuncu saniyəsi ərzində böyük partlamanın şərtlərini təkrarlamağa cəhd göstərirlər. Elm üçün istifadəsi RAİT-də fiziklər universal maddənin formalaşmasını daha çox anlamaqdan ötrü qızıl atomlarını elektronlarından arınaraq pozitiv yüklü ionlara çevirməsi üçün səylə sürətləndiricidən (akseleratordan) keçirirlər. Dairəvi borucuqlara buraxılmış həmin ionların sürəti çarpışmadan əvvəl işıq sürətinin 99,9%-nə qədər yüksəlir.
Eric Burdon
Eric Victor Burdon (11 may 1941, Vaker[d]) – THE ANIMALS qrupunun vokalisti. THE ANIMALS qrupuna dünya şöhrəti gətirən hitlər arasında "House Of The Rising Sun", "We Gotta Get Out Of This Place", "It's My Life", "Don't Let Me Be Misunderstood", "When I Was Young" və "Monterey" Eric Burdon tərəfindən bəstələnmişdir.
Eric Clapton
Erik Klapton (ing. Eric Patrick Clapton; 30 mart 1945[…]) – Kanada əsilli İngilis blues gitaristi, ifaçı və bəstəkardır. Ləqəbi "Slowhand" olan ifaçı "Tears In Heaven" mahnısı ilə 6 nominasiyada Qremmi mükafatı qazanıb. == Həyatı == Eric Clapton, 1945-ci ildə, Patricia Molly Clapton və Edward Walter Fryer'ın evlilik xarici uşağı olaraq dünyaya gəlib. 9 yaşına qədər nənə və babasını öz ana və atası, anası Patricia'yı isə bacısı olaraq bilib. 1964-cü ildə, "The Yardbirds" adlı blues-rock qrupunda çalmağa başladı, lakin 1965-ci ildə mart ayında bu qrupun pop musiqiyə yönəldiyini düşünərək qrupdan ayrıldı. Eyni il John Mayall & Bluesbreakers qrupuna qatılaraq özünü bir blues gitaristi olaraq sübut etdi. Bu qrupda fəaliyyət göstərdiyi vaxtlarda pərəstişkarları ona "God" (Tanrı) ləqəbini verdilər və divarlara "Clapton is God." şüarlarını yazmağa başladılar. 1966-cı ilin ortalarında Clapton yanına Jack Bruce və Ginger Baker'i də alaraq "Cream" adlı qrupu qurdu, bu qrupla bərabər hazırladıqları 3 albomun ardından qrup 1968-ci ildə dağıldı. Prodüserləri 1969-cu ildə "Goodbye" adlı, konsert mahnılarında ibarət olan albomu satışa çıxartdı.
Eric Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. == İlk illəri == Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Friç Antonin
Friç Antonin (çex. Antonín Frič; 30 iyul 1832, Praqa, Bohemiya tacı torpaqları[d] – 15 noyabr 1913[…]) — çex zooloqu və paleontoloqu. Çex botaniki, etnoqrafı və tədqiqatçısı Alberto Voytex Friçin dayısı (1882–1940). == Həyatı == Friç Antonin 1832-ci ildə Praqa şəhərində anadan olmuş və burada o, hüquq elmini və sonralar tibb elmini öyrənmişdir. O, 1862-ci ildə tibb elmləri doktoru olmuş, 1862-ci ildən ali texniki məktəbdə, 1863-cü ildən Praqa universitetində mühazirələr oxumağa başlamışdır. Sonralar o, Çexiya Kral muzeyinin paleontologiya və zoologiya bölməsinin direktoru və zoologiya professoru təyin edilmişdir. Antonin Friç 1902-ci ildə London Geologiya Cəmiyyəti tərəfindən elmi nailiyyətlərə görə təsis olunan Layell medalı ilə təltif olunmuşdur. == Əsərləri == "Naturgeschichte der Vögel Europas" (Прага, 1853–1872); "Cephalopoden der böhmischen Kreideformation" (вместе с Шлёнбахом, Прага, 1872); "Geologische Bilder aus der Vorzeit Böhmens" (Прага, 1873); "Reptilien und Fische der böhmischen Kreideformation" (Прага, 1878); "Fauna der Gaskohle und der Kalksteine der Permformation Böhmens" (3 т., Прага, 1879–1896); "Fossile Arthropoden aus der Stenikohlen und Kreideformation Böhmens" (в сочинении Neumayr u. Mojsisovics, "Beitr. z.
Rudolf Priç
Rudolf Priç (6 avqust 1881, Opava – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Stemford Bric
Stemford Bric (ing. Stamford Bridge) — İngiltərənin paytaxtı London şəhərinin Fulhem borosunda yerləşən futbol stadionu. Stadiondan Çelsi FK-u ev stadionu kimi istifadə edir. Stadionun tutumu 41.798 nəfərdir. İngiltərənin ən böyük 9-cu stadionudur. Stadion Çelsi azarkeşlərinin qurduğu "Çelsi Stadion Sahibləri" (ing. Chelsea Pitch Owners) şirkətinə aiddir. == Tarixi == Stemford Bric İngiltərənin ən qədim stadionlarından biridir. Tikintisinə 1876-cı ildə başlanmış, açılışı isə 1877-ci ilin 28 aprelində başvermişdir. 1905-ci ildən burada "Çelsi" FK ev oyunlarını keçirir.
Adrienna Riç
Adrienna Riç (ing. Adrienne Cecile Rich; 16 may 1929[…], Baltimor, Merilend[…] – 27 mart 2012[…], Santa-Kruz[d], Kaliforniya) — Amerikalı şairə, publisist, feminizmin ikinci dalğasının nümayəndəsi. == Bioqrafiyası == Anası — pianoçu və bəstəkar, metodistlərə aid idi, atası bioloq və yəhudi əsilli həkim idi. Kembricdəki Radkliff Kollecini bitirib. O, 1951-ci ildə Hyu Oden şəxsi seçimi ilə Gənc Şairlər üçün Yel Mükafatını alan "Dünyanın Dəyişməsi" (ing. A Change of World) adlı şeirlər kitabı ilə debüt etdi (Oden kolleksiyanı ön sözlə müşayiət etdi). 1966-cı ildən əri və üç oğlu ilə Nyu-Yorkda yaşayırdı. O, yeni solçular ilə yaxınlaşdı, müharibə əleyhinə nümayişlərdə, vətəndaş hüquqları hərəkatında iştirak etdi. O, 1960-cı illərin sonunda ərindən boşanıb. 1976-cı ildən o, həyatını Yamayka əsilli yazıçı Mişel Klifflə (1946-cı il təvəllüdlü) bölüşür.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Hrim-2 (raket sistemi)
Ukraynada "Qrom-2" operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib. Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib. "Qrom-2" raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk "Qrom-2"ləri 2019-cu ildə əldə etməyi planlaşdırır". "Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var.
Sevdiğime Hiç Pişman Olmadım
Sevdiğime Hiç Pişman Olmadım — Yıldız Tilbənin 2004-cü ildə çıxardığı 9-cu albomu. == Albomun mahnıları == 1. Sevdiğime Hiç Pişman Olmadım 2. Değerini Bilmek Gerekir Aşkın 3. Ne Var Ne Yoksun 4. Sevdiğime Hiç Pişman Olmadım 5. Değerini Bilmek Gerekir Aşkın 6.
ARINC
«Aviasiya radiosu» korporasiyası (ing. Aeronautical Radio, Incorporated, ARINC) — 1929–cu ildə qurulan şirkət, beş istiqamətdə kommunikasiya və sistem tədqiqatları sistemlərinin hazırlanmasında dünya liderlərindən biridir-aviasiya, hava limanları, müdafiə, dövlət və yüklərin daşınması. Baş qərargah Annapolisdə (Merilend, ABŞ). 1999-cu ildən bəri Londonda və 2003-cü ildən bəri Sinqapurda 2 böyük filial mövcuddur. Şirkətin 3800-dən çox heyəti dünyanın 80 zavodunda çalışır. == Standartların kateqoriyaları == 400: montaj, qoşulma, məlumat şinlərinin və məlumat bazalarının seçilməsi və s. üzrə texniki təlimatlar.
Alıc
Alıc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ardıc
Ardıc (lat. Juniperus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. == Təbabətdə == XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 q ardıq mеyvələrinin, 15 q kərə yağı və 60 q balın qarışığı məsləhət görülür. Həddindən artıq qəbul еdildikdə, ardıc qaraciyərə ziyandır. Bu zaman quluncan köməyə gəlir. Ardıc mədəyə ziyan vеrməsin dеyə onu bal ilə qarışdırmaq lazımdır.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
BRICS
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir: Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir; Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur; Hindistan — ucuz intellektual resurslar; Çin — ucuz əmək resurslarının sahibidir; Cənubi-Afrika respublikası — təbii resurslar. == Xarici keçidlər == Goldman Sachs — BRICs Arxivləşdirilib 2009-05-14 at the Wayback Machine Thomas Harr. BRIC The Major Issues Kristalina Georgieva.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Eria
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Erica
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Erik
Erik — Erik, Şimali Alman mənşəli bir kişi adı. == Adamlar == Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans == Danimarka kralları == Erik I (1095 - 1103) Erik II (1134 - 1137) Erik III (1137 - 1146) Erik IV (1232 - 1250) Erik V (1259 - 1286) Erik VI (1286 - 1319) Erik VII (1412 - 1439) == Norveç kralları == Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280—1299) Erik III (1389—1442) == Isveç kralları == Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? - 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçin əfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
ARIA Charts
ARIA Charts — Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
AVIC AG600
AVIC AG600 və ya kod adı ilə Su əjdahası – Çin tərəfindən istehsal olunmuş amfibiya-təyyarə. Dünyanın ən böyük amfibiya-təyyarəsidir. İlk uçuşunu 24 dekabr 2017-ci ildə keçirib. Sınaq uçuşu Çinin cənubunda Çhuhay şəhərinin aerodromunda həyata keçirilib. Təyyarə yerli vaxtla 09:39-da havaya qalxıb. Uçuş bir saat davam edib. AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir. Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var. AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.
Adi ardıc
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Adi ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.