Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səlim Səlimov
Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu – 23 mart 2024, Bakı) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995). == Həyatı == Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1963-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. 1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir. Səlim Səlimov 1996-cı ildən təqaüdçü idi . 23 mart 2024-cü il tarixində vəfat edib. == Siyasi fəaliyyəti == 1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur. 1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir. === Laçında === 1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.
Səmirom
Səmirüm — İranın İsfahan ostanının şəhərlərindən və Səmirüm şəhristanının mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,260 nəfər və 6,593 ailədən ibarət idi.
Səlimov
Səlimov — Azərbaycan soyadı. Midat Səlimov — Sovet və rus infeksiyanisti Arif Səlimov — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Kamil Səlimov — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992) Emil Səlimov — Fransa azərbaycanlılarından olan rejissor Ceyhun Səlimov — Azərbaycan tərəfindən Qarabağ müharibəsi iştirakçısı Rauf Səlimov — Dövlət Statistika Komitəsinin sədr müavini Yaşar Səlimov — fizika-riyaziyyat elmləri doktoru (1988), professor (1989) Aleksandr Səlimov — Amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Sənan Səlimov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehman Səlimov (d. 1955) — Azərbaycanlı hərbçi, polkovnik. Akif Səlimov (1950—2021) — Azərbaycan polkovniki. Qurban Səlimov (d. 1940) — Azərbaycan rejissor və prodüser. Hüseynqulu Səlimov (1889—?) — Azərbaycan Xalq Cümhuriyyətinin tələbəsi. Səlim Səlimov (d. 1941) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995) Albert Səlimov (d. 1986) — Ləzgi əsilli Azərbaycanlı boksçu.
Suliko
Suliko (gürc. სულიკო) — Varenka Tseriteli Akakiya Tseriteli sözlərinə yazılan mahnı.
Seiko
"Seiko"nun ilk divar saatı 1892-ci ildə, qol saatı isə 1913-cü ildə yaranıb. Firmanın yaradıcısı Kintaro Hottari olub. Ən böyük arzusu saat firması yaratmaq olan Kintaro 18 yaşında ilk mağazasını açıb. 1895-ci ildə firma cib saatlarını kəşf edib. Firma tərəfindən yaradılan batareyasız saatlar 1988-ci ildə meydana gəlib. Əsas məqsədlərinin yüksək keyfiyyət dərəcəsinə görə seçilmək olan "Seiko" dünyanın 4 məşhur saat firmasından biri kimi tanınır. "Seiko" "Sportura" markasını istehsal edərək, dünyada ən güclü idman saatları kolleksiyalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirib. Möhkəmliyi və etibarlı işin təmin edilməsi məqsədilə bu saatların hamısı, yüksək təzyiq altında su keçirməmək qabiliyyətinə malikdir.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Akif Səlimov
Akif Səlimov (tam adı: Akif İsmayıl oğlu Səlimov; 7 noyabr 1950, Qarıqışlaq, Laçın rayonu – 30 aprel 2021) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (4 mart 2013 – 3 mart 2016). == Həyatı == Səlimov Akif İsmayıl oğlu 7 noyabr 1950-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Laçın rayonu Qarıqışlaq kənd orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 1972–1974-cü illərdə SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində leytenant rütbəsi almışdır. 1974-cü ilin oktyabr ayından 1975-ci ilin avqust ayınadək Qaradağ sement zavodunda usta, 1975-ci ilin avqust ayından 1976-cı ilin avqust ayınadək Laçın rayon Qarıqışlaq daş karxanasında mühəndis, 1976-cı ilin avqust ayından 1980-ci ilin fevral ayınadək Laçın Təmir-tikinti idarəsində mühəndis, 1980-ci ilin fevral ayından 1982-ci ilin fevral ayınadək Laçın Tikinti materialları istehsalat birliyinin direktoru, 1982-ci ilin fevral ayından 1984-cü ilin oktyabr ayınadək Laçın Rayon Partiya Komitəsində təlimatçı, 1984-cü ilin oktyabr ayından 1990-cı ilin noyabr ayınadək Laçın Rayon Milis Şöbəsində siyasi hissə üzrə rəis müavini, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-ci ilin yanvar ayından 4 mart 2013-cü il tarixədək isə "Yaqub" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 3 mart 2016-cı il tarixli Sərəncamı ilə həmin vəzifədən azad edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür, Birinci Qarabağ müharibəsinin, o cümlədən Horadiz əməliyyatının iştirakçısı, polis polkovnikidir. == Ailəsi == Ailəlidir, iki övladı var. Anası Sona Səlimova 1 iyul 2014-cü ildə vəfat edib.
Albert Səlimov
Albert Səlimov (5 aprel 1986, Kaspiysk, Dağıstan MSSR) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi == Karyerası == Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu. Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında da Albert Səlimov bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalına sahib oldu. Son Dünya və Avropa Çempionatının qalibi olan Albert Səlimov 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Albert Səlimov Ukrayna nümayəndəsi Vasili Lomaçenhoya məğlub oldu (8:14) və mübarizəsini uğursuz başa vurdu. Olimpiadadan sonra Albert Səlimovun birinci turniri 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu. Həmin turnirdə Albert Səlimov yarım-final mərhələsinə məğlub olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu. 2010-cu ildə Albert Səlimov Rusiyada baş tutan Avropa Çempionatının qalibi oldu. 2011-ci il isə Albert Səlimov üçün bir mövsüm oldu.
Aleksandr Səlimov
Aleksandr Səlimov — Amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru, YUNESKO-nun fəxri mədəniyyət səfiri. == Həyat və fəaliyyəti == A.Səlimov 1963-cü ildə Mahaçqalada anadan olmuşdur. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A.Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-nin Delaver Universitetinin magistratura pilləsinə, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspirantura pilləsinə daxil olub. 1996-cı ildə "İspan dili və ədəbiyyatı" ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hazırda Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, YUNESKO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib. A.Səlimovun kitabları arasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır. Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır.
Aqil Məlikov
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Araz Səlimov
Araz Səlimov (1 iyun 1960, Xocalı, DQMV – 26 fevral 1992, Əsgəran, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır. == Döyüşlərdə iştirakı == 1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi.
Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri == Həyatı == Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Arif Səlimov
Arif Ağacan oğlu Səlimov (7 iyun 1956, Ağsu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, Türkiyə Tübitak Mükafatı Laureatı (PPÖ), Prezident yanında AAK-nın Ekspert Şurasının sədri, BDU-da kafedra müdiri == Həyatı == Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmiş və 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978–1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980–1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1983-cü ildə aspiranturanı bitirmədən əvvəl dissertasiyasını müdafiyəyə təqdim etmiş və 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V. V. Vişnevskinin elmi rəhbərliyi altında namizədlik (PhD) dissertasiyasını müdafiə etmişdir. 1983–1999-cu illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur. 2017-ci ildən Bakı Dövlət Universitetinin "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır. Evlidir, 2 övladı var. == Elmi fəaliyyəti == Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. 15 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir, doktor və post-doktor tələbələrindən 6-sı hal-hazırda professordur.
Asif Məlikov
Asif Məlikov (13 aprel 1971, İsmayıllı) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Asif Məlikov 1971-ci il aprelin 13-də İsmayıllı şəhərində anadan olub. 1986-cı ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Nusrət Abdullayev idi. == Karyerası == Asif Məlikov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Onun növbəti cəhdi də uğursuz alındı. Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov bu səfər də onun öhdəsindən gələ bilmədi. Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu. Asif Məlikov 1997-ci ildə Tailandda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
Azercell Telekom
Azercell — GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkəti. "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu. 1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub. 2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub. Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. === Elmi fəaliyyəti === Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Ceyhun Səlimov
Səlimov Ceyhun Aqil oğlu (23 dekabr 1970, Bakı – 13 iyul 1992, Çıraqlı, Ağdərə rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş şəhid, keçmiş "Papanin" küçəsi Ceyhun Səlimovun adını daşıyır. == Həyatı == 1970-ci ilin 23 dekabrında Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirərək yol maşınları çilingəri peşəsinə yiyələnmişdir. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə tankçı peşəsinə mükəmməl yiyələnir. Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökumətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır. Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazmışdı: "Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol… Mən Şuşaya getdim…Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov." == Döyüş yolu == O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. O, cəsur və qorxmaz bir oğlan idi. Ceyhun döyüşə gülə-gülə, zarafat edə-edə gedirdi.
Cəmil Səlimov
Cəmil Oqtay oğlu Səlimov (15 yanvar 1991, Əzizbəyov rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. == Yaranması == XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Eldəniz Səlimov
Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. == Həyatı == Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir. 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. === Ailəsi === Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var. == Siyasi fəaliyyəti == Eldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur.
Emil Məlikov
Emil Məlikov — "Hərbi xidmətlərə görə" medalı laureatı (ölümündən sonra). == Həyatı == Məlikov Emil Amən oğlu 1971-ci il fevral ayin 18-də Bakı şəhərində anadan olmuşdu. İlk təhsilini Bakı şəhəri 6 №-li məktəbdə alıb. 1988-ci ildə məktəbi bitirdikdən sonra Minsk Ali Ümümqoşunlu Siyasi məktəbə daxil olur. 20 yanvar 1990-ci il hadisəsi baş verən zaman Emil vicdan əzabı çəkərək təhsilini yarımçiliq qoyub, Vətənə qayidır. Həmin il N.Tusi adına APU-nun tarixi-hüquq fakultəsinə daxil olur. Lakin Vətənin dar günündə, bir Azərbaycanın vətəndaşı kimi, özünə borc bilir könüllü olaraq Daxili Goşunlara ərizə yazır. Ali baş komandan onun ərizəsini qəbul edib, Emili Lənkəranda yerləşən hərbi hissəyə göndərir. Orada Vətən qarşısında yaxşı xıdmətə görə komandanın əmri ilə zabit, leytenant rütbəsinə layiq görülür. == Döyüşlərdə İştirakı == Fevral ayin 5-də Emil və onun sərəncamında olan əskərlər Ağdarə rayonu uğrunda gedən döyüşlərə qatılırlar.
Emil Səlimov
Emil Səlimov (fr. Émile Salimov; 20 iyun 1956, Bakı) — Fransa azərbaycanlılarından olan rejissor. Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü. == Həyatı == Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakıda dünyaya gəlib. Valideynləri ayrılıqdan sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissor fakültəsinə qəbul olub, Ənvər Behbudovun və Edqar Eqadzenin tələbəsi olub. Təhsil illərində mədəniyyət evlərində, park və stadionlarda pantomim və dram kompozisiyaları hazırlayır. == Fəaliyyəti == Emil Səlimov təhsilini bitirdikdən sonra Paris şəhərində yaşayaraq fəaliyyətini davam etdirir. 1981-ci ildə E.Eqadze ilə birgə "Usaçyovkada" teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün "Nağıl" studiyasını yaradır.