Emil Səlimov (fr. Émile Salimov; 20 iyun 1956, Bakı) — Fransa azərbaycanlılarından olan rejissor. Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü.[1]
Emil Səlimov | |
---|---|
fr. Émile Salimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | teatr rejissoru, dramaturq, səhnə dizayneri, teatr pedaqoqu[d] |
cours-theatre-salimov.com compagnie-theatre-parenthese.com |
Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakıda dünyaya gəlib. Valideynləri ayrılıqdan sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissor fakültəsinə qəbul olub, Ənvər Behbudovun və Edqar Eqadzenin tələbəsi olub. Təhsil illərində mədəniyyət evlərində, park və stadionlarda pantomim və dram kompozisiyaları hazırlayır.[1]
Emil Səlimov təhsilini bitirdikdən sonra Paris şəhərində yaşayaraq fəaliyyətini davam etdirir. 1981-ci ildə E.Eqadze ilə birgə "Usaçyovkada" teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün "Nağıl" studiyasını yaradır.
1985-1986-cı illərdə Meyerxoldun yetirməsi olan Valentin Pluçekin Moskva Dövlət Akademik Satira Teatrının nəzdindəki emalatxanasına stajirovkaya dəvət edilir.
1986-cı ildə Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında E.de Filipponun "Silindr" pyesini tamaşaya qoyur. 1987-ci ildə Moskvada "Köhnə şlyapa" adlı müstəqil peşəkar teatr yaradır. Bu teatrın truppası ilə SSRİ-də ilk dəfə E.İoneskonun "Keçəl müğənni qadın" və P. Vaysın "Marat-Sad" pyeslərini tamaşaya qoyur.
1994-cü ildə Parisdə "Parantez" teatr şirkətini təsis edir. 2000-ci ildən Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü, 2018-ci ildən isə fəxri üzvüdür.
2000-2001-ci illərdə müstəqil səhnələşdirmə əsasında "Lüserner" teatrında F.Kafkanın "Proses" və "Amerika" əsərlərini tamaşaya qoyub. Metodunun təqdimatını keçirmək üçün 2009-cu və 2011-ci illərdə Dramatik Sənətlər Milli Dövlət Konservatoriyasına dəvət edilib. 2013-cü ildə bu metodu tədris edən özəl məktəbini açır. 40 il ərzində Emil Səlimov hazırladığı tamaşaların prodüseri, rejissoru, xoreoqrafı, dekoratoru, kostyumeri, aktyor sənəti, dramaturgiya nəzəriyyəsi, fransız və əcnəbi teatrın və opera sənətinin tarixini tədris edən pedaqoq, 20-dən çox pyes və adaptasiyanın müəllifi kimi fəaliyyət göstərir. 2010-cu ildə onun tərcümeyi-halı "Rus mühacirlərinin Fransası" ensiklopediyasına daxil edilir[1].