Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soliter
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). == Tanınmış şəxslər == === Şəhidləri === Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968–1990).
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. == Alınması == Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). == Quruluşu == Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Əmrah Çəlikəl
Əmrah Çəlikəl (türk: Emrah Işık Çelikel) — "Qarabağ" futbol klubunun direktoru. == Həyatı == Əmrah Çəlikəl 1976-cı ildə Ankarada anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib. Evlidir. 2 övladı var. 2004-cü ildən "Qarabağ" futbol klubunun direktorudur.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səlimə Mehdiyeva
Səlimə İbrahim qızı Mehdiyeva — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, professor (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda anadan olmuşdur. 1963-cü ildə BDU-nun fizika fakultəsini bitirdikdən sonra Az. MEA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnus Dövlət Universitetində fizika və texnika baxımından çox maraqlı material olan selen yarımkeçiricisinin tətqiqi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını almışdır. 1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1976-cı ildən isə həm də laboratoriya rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-2002-ci illərdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, hazırda “qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəridir. Elmi məqalələrin sayı - 224 Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 61 Xaricdə çıxmış elmi əsərlərinin sayı - 127 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 14 Kadr hazırlığı- 13 fəlsəfə doktoru, 1 elmlər doktoru == Əsas elmi nailiyyətləri == İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir. Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı.
Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938–1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948–1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır. Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir. Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır.
Peter Şelte
Peter Şelte - Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan dünyanın ən iri yük gəmisi. Cənubi Koreyadan ilk səfərinə çıxan gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. == Haqqında == Eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən Peter Şelte 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir. == Digər sifariş == Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 min ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Səltə (Çaypara)
Səltə (fars. سالطه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şətəl qalası
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Elite (serial, 2018)
Elite (isp. Élite) — İspaniya istehsalı dram internet serialı. == Məzmun == Məktəblərin çökməsindən sonra üç işçi sinifi dostları Samuel, Nadia və Kristiana İspaniyanın əən məşhur məktəbi olan Las Enkinas tərəfindən təqaüd verilir. Təqaüdlər, məktəbin çökməsi ilə əlaqəli olan inşaat şirkəti tərəfindən dəstəklənir. Üç dost əvvəlcə varlı şagirdlər tərəfindən təklənir. Məktəb ili irəlilədikcə həyatları, yaşayış tərzləri, hirslilik və qısqanclıq savaşı içində keçmişdir.
Steins;Gate Elite
Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur. Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir. == Ümumi baxış == "Steins;Gate Elite" elmi fantastika janrında olan vizual roman və interaktiv film oyunudur. 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır. "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq tam animasiya olunmuşdur.