Səlimə Rüstəmova

Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu16 avqust 1998, Bakı) - maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı

Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova
Doğum tarixi 1923
Doğum yeri
Vəfat tarixi 16 avqust 1998(1998-08-16)
Vəfat yeri
Fəaliyyəti pedaqoq

Həyatı[redaktə | mənbəni redaktə et]

Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938-1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948-1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır.

Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir.

Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.

Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası - Rüstəm Qulu oğlu Rüstəmzadə (1906-1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941-1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.

Anası - Gülxar Əliyeva-Rüstəmzadə (1908-16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.

Bacıları - Saimə xanım, Qənirə xanım

Qardaşları - Sabir Rüstəmov, Akif Rüstəmov

Həyat yoldaşı - Hüseyn Hüseynov uzun illər Ağdam rayon maliyyə şöbəsinin müdiri işləmişdir.

Övladları - Kamilə, Yaşar, Fəxrəddin

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Ağdamda təhsil (1883-1993). I kitab. Bakı, 2018

Həmçinin bax[redaktə | mənbəni redaktə et]