Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tətqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tətqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Cerni Smollett
Cerni Diana Smollett (ing. Jurnee Diana Smollett; 1 oktyabr 1986, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Cerni karyerasına uşaq yaşlarında "On Our Own" (1994-95) və "Full House" (1992-94) kimi televiziya sitkomları ilə başlamışdır.
Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
El Cerro
El Cerro (ing. Al Jarreau) - ABŞ-lı məşhur caz musiqisi ifaçısı. Qremmi mükafatı və müxtəlif musiqi mükafatları sahibidir. 1981-ci ildə yayımladığı musiqi albomu Breakin' Away və 1980-ci illərdə yayımlanan rol alıb bəzi sinqllarını səsləndirdiyi məşhur serial Mavi Ay ilə tanınır. Müğənninin yüksək bir performans göstərdiyi 1985-ci ildə səsləndirdiyi sinqlı We Are the World populyardır. Miluoki, Viskonsində 12 mart 1940-da doğulan El Cerro 12 fevral 2017-də 76 yaşında ölüb.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Karl Çerni
Karl Çerni (alm. Carl Czerny‎, 21 fevral 1791, Vyana - 15 iyul 1857, elə həmin yerdə) — çex əsilli Avstriya pianoçusu və bəstəkarı; Vyanada ən yaxşı piano müəllimlərindən biri hesab olunurdu. Piano üçün çoxlu etüd yaratmaqla məşhur olan əfsanəvi metodist.
Anni Erno
Anni Erno, (fr. Annie Ernaux; 1 sentyabr 1940[…], Lilbon[d], Fransa) — Fransalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2022). == Həyatı == Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib. == Yaradıcılığı == Anni Erno "Boş rəflər" (fr. "Armoires vides") adlı ilk romanından etibarən şəxsi təcrübə və sosial tarixlə birləşən elementləri ortaya qoymağa başlayıb. O, təkmilləşmə, evlənmə, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq və ölüm kimi məsələləri öz təcrübələri ilə nəql edib, əsərlərinin arxa planında daima ictimai həyat və onu təşkil edən mədəni, siyasi və tarixi hadisələrə yer verib. Onun yaradıcılığı "sosial yaddaş ədəbiyyatı" olaraq təsvir edilə bilər. Ədəbi fəaliyyətə 1974-cü ildə "Boş rəflər" adlı avtobioqrafik romanla başlayıb. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. == Həyatı == Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958-1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962-1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin “interyer və dizayn” fakülətsinə daxil oldu. == Karyerası == 1971-1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Fragaria × cerino-alba
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Bernh.
İohann Yakob Bernhardi (ing. Johann Jakob Bernhardi; 1 sentyabr 1774; 13 may 1850) – Alman həkimi və botaniki. == Əsərləri == Catalogus plantarum horti Erfurtensis, 1799. Systematisches Verzeichnis der Pflanzen, welche in der Gegend um Erfurt gefunden werden, 1800. Anleitung zu Kenntnis der Pflanzen, 1804. Beobachtungen über Pflanzengefäße, 1805. Ueber den Begriff der Pflanzenart und seine Anwendung, 1835.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni. Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Çeknə
Çeknə — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Sərvilayət bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,363 nəfər və 421 ailədən ibarət idi. Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar.
Çəpni
Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı XVI əsrdə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır == Toponimi == Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada).
Çəram
Çəram — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Çəram şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,980 nəfər və 2,264 ailədən ibarət idi.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” == Mənbə == Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. == İstehsalı == Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.