Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi.
Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur.
Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s. tutan mis qaba cçərək deyilmişdir.
Çərəkdən bir ölçu vahidi kimi musiqidə də istifadə olunur. Səslərin uzunluqlarına görə notlardan biri çərək not adlanır. Bütöv not ən uzun səsi, yarım not bütöv notun yarısını, çərək not isə dorddə birini təsvir edir. Başqa sözlə desək, bütöv not uzunluğuna görə iki yarım və dörd çərək nota bərabərdir. Yuxarıdakı misallardan göründüyü kini, çərək bütün hallarda bütövün dörddə birinə bərabər götürülür.
Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 459. ISBN 978-9952-34-152-2