Çəpni

ÇəpniYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[2][3]

Kənd
Çəpni
39°16′01″ şm. e. 46°27′29″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 2,69 km²
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 112 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çəpni xəritədə
Çəpni
Çəpni

Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[4] Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı[5] XVI əsrdə Qızılbaşların Çəpni tayfasının[6][7] məskunlaşması nəticəsində yaranmışdır

Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir[8]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir[9][10]. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada). Türkiyədə Çəpni adlı 43 kənd vardır[11]. Kəlbəcər rayonunda Çəpni kənd adı ilə mənşəcə eynidir.[12]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. 133. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 280
  5. . Hüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S. M. Kirov adına ADU-nun "Elmi əsərləri", 1974, № 8.
  6. Qorqotyan Z. Sovet Ermənistanının əhalisi 1831–931-ci illərdə. Yerevan, 1931 (ermənicə).
  7. Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
  8. Qızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.14
  9. Зелинский С.П. Экономический быт государственный крестьян Зангезур-ского уезда Елизаветпольской губернии. "Материалы для изучения эконо-мического быта гос. крестьян Закавказского края". том. IV, 1886.
  10. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan eyal-eti Defteri.
  11. Faruq Sümər. Oğuzlar. Bakı, 1992.
  12. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Чәпни // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.