Anni Erno, (fr. Annie Ernaux; 1 sentyabr 1940[1][2][…], Lilbon[d], Fransa[4]) — Fransalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2022).[5]
Anni Erno | |
---|---|
Doğum adı | Annie Thérèse Blanche Duchesne[3] |
Doğum tarixi | 1 sentyabr 1940[1][2][…] (84 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, müəllimə, kinorejissor |
Fəaliyyət illəri | 1974-cü ildən |
Əsərlərinin dili | fransız dili |
annie-ernaux.org/fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib.[6]
Anni Erno "Boş rəflər" (fr. "Armoires vides") adlı ilk romanından etibarən şəxsi təcrübə və sosial tarixlə birləşən elementləri ortaya qoymağa başlayıb.[7]
O, təkmilləşmə, evlənmə, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq və ölüm kimi məsələləri öz təcrübələri ilə nəql edib, əsərlərinin arxa planında daima ictimai həyat və onu təşkil edən mədəni, siyasi və tarixi hadisələrə yer verib. Onun yaradıcılığı "sosial yaddaş ədəbiyyatı" olaraq təsvir edilə bilər.
Ədəbi fəaliyyətə 1974-cü ildə "Boş rəflər" adlı avtobioqrafik romanla başlayıb. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib. İlk romanında və sonrakı romanlarında da daha çox avtobioqrafik motiv xarakterikdir.[8]
1984-cü ildə o, atası ilə münasibətlərindən və Fransanın kiçik bir şəhərində artan təcrübələri, sonrakı köç prosesindən bəhs edən növbəti avtobioqrafik romanını qələmə alıb. "Atamın yeri" (fr. La Place) adlanan bu roman Fransanın nüfuzlu "Renodo" ədəbi mükafatına layiq görülüb.
2019-cu ildə "İllər" romanına görə Beynəlxalq Buker mükafatının qısa siyahısına düşüb.
1984-cü ildə "Atamın yeri" avtobioqrafik romanına görə 1926-cı ildən etibarən Fransada ədəbiyyat üzrə verilməyə başlanan "Renodo" mükafatının laureatı olub.
Anni Erno 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi olub.[9] Müəllif bu mükafata "cəsarət və klinik kəskinliklə, şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ortaya qoymasına görə" layiq görülüb.[10]