Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frederike Lehon
Frederiq Lehon (29 oktyabr 1980) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Frederiq Lehon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Frederiq Lehon
Frederiq Lehon (29 oktyabr 1980) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Frederiq Lehon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Behen
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. == Hekayəsi == Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Cekson
Cekson — soyad. Endrü Cekson — Cermeyn Cekson — Canet Cekson — Marlon Cekson — Pop-kralı Maykl Ceksonın qardaşı. Maykl Cekson — Ketrin Cekson — Piter Cekson — Rendi Cekson — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Skay Cekson — Amerika aktrisası.
Celonq
Celonq (ing. Geelong) — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər. == Əhalisi == Əhalisi 143,9 min (2011) nəfərdir. == Coğrafiyası == Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə). Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir. == Tarixi == Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun Məmmədov Ceyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyor Ceyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun Əşrəfov Digər Ceyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Cəhrom
Cəhrüm – İranın Fars ostanının şəhərlərindən və Cəhrom şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,023 nəfər və 25,946 ailədən ibarət idi.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Coğrafiyası == Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. == Tarixi == Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Çexov
Çexov — Rus soyadı. Bu soyadı olan tanınmışlar Anton Çexov — görkəmli rus yazıçısı. Aleksandr Çexov — Anatoli Çexov — Sovet snayperi Valeri Çexov — Şahmatçı İvan Çexov — leytenant Yaşayış məntəqələri Çexov (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Çexov (stansiya) — Moskva vilayətində stansiya. Çexov (qəsəbə) — Bryanski vilayətində qəsəbə.
Çeçen
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. == Ümumi məlumat == Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Çəvan
Çəvan (Marağa)
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. == Tarixi == Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.