Celonq (ing. Geelong) — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər.[1]
Şəhər | |
Celonq | |
---|---|
ing. Geelong | |
38°09′ c. e. 144°21′ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Region | Viktoriya ştatı |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1838 |
Sahəsi | 918.79 km² |
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 191,44 nəfər (2016) |
Sıxlığı | 200.46 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 3220 |
Digər | |
geelongaustralia.com.au | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 143,9 min (2011) nəfərdir.[1]
Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə).
Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir.[1]
Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi. 1857-ci ildə dəmiryol xətti Celonqu Melburn ilə birləşdirdi. 1910-cu ildə şəhər statusu almışdır. 1920–30-cu illərdə Celonqun sənaye mərkəzi (yun emalı üzrə 3 fabrik, viski zavodu, “İnternational Harvester” Amerika firmasının kənd təsərrüfatı texnikasını istehsal edən fabriki) və iri port kimi (əsasən, buğda ixracı) əhəmiyyəti artmışdı.[1]
Tarixi tikililər müasir turizm infrastrukturu ilə birləşir. Dikin Universiteti (1974), Celonq-kollec (1861), Qordon texnologiya kolleci (1887), Kardiniya beynəlxalq kolleci (1995); Rəssamlıq qalereyası (1896), yun milli muzeyi (1988), dəniz muzeyi (1968), avtomobil muzeyi (1999); İncəsənət mərkəzi (1981; tərkibində Ford və Blakiston teatrları), Skilld stadionu (2005-ci ilədək Kardiniya-park adlanmışdır) var.[1]
İşləyən əhalinin 76%-i xidmət sferasında, təqribən 20%-i sənaye sahəsində çalışır. “Shell” şirkətinin neft emalı zavodu (1954-cü ildən; Avstraliyada ən iri zavodlardan biridir: 2004-cü ildə 6,1 mlrd. l-dən çox neft məhsulları – benzin, dizel yanacağı və s.), “Ford Motors” şirkətinin avtomobil zavodu (1926-cı ildən), alüminium istehsalı zavodu (1963-cü ildən; ildə təqribən 185 min t alüminium) fəaliyyət göstərir. Xalça (“Godfrey Hirst” şirkəti), geyim və sörfinq aksessuarları (“Rip Curl” firması) və s. istehsal olunur.[1]