Çelov

ÇelovAzərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd.[1]

Çelov
40°34′17″ şm. e. 48°52′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çelov xəritədə
Çelov
Çelov

Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir.

Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar.

Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır.

Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır. Kənd sakinlərindən 50-dən çox ailə Baki şəhərində, 35 ailə isə Qobustan şəhərində məskunlaşıblar.Kəndin ümumilikdə 1815 ha torpaq sahəsi vardır.1997-ci ildə aparılmış torpaq islahatı zamanı 1190 nəfər sakin ,ümumilikdə 779 ha torpaq payı almışdır.Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, əkinçilikheyvandarlıqdır. Kənddə 240-dən çox yaşayış evi vardır.

Çalov kəndində 1930-cu illərdən ibtidai, bir qədər sonra isə 8-illik məktəb fəaliyyət göstərmişdir. İlk müəllimləri A.Rəcəbov, Ə.Məlikov, Ə.Alcanov, S.Həsənov və başqaları olmuşlar. Hal-hazırda Çalov kənd əsas məktəbi Yaşar Sadıqovun adını daşıyır. Y.Sadıqov 1992-ci ildə Qarabağda, Naxçivanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Onun məzarı Bakı şəhərində “ Şəhidlər Xiyabanı”ndadır.

2006-cı ildə yeni, müasir tipli məktəb tikilmişdir.Hal-hazırda məktəbdə 150-dən çox şagird təhsil alır.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.