Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Subaru
Subaru, Yapon nəqliyyat konqlomeratı Subaru Corporation-ın (daha əvvəl Fuji Heavy Industries olaraq tanınmışdır) avtomobil istehsalı diviziyasıdır. Subaru 2017-ci ildə dünya üzrə istehsalına görə iyirmi birinci ən böyük avtomobil istehsalçısıdır. Subaru avtomobilləri əsasən 1.5L və daha böyük həcmə malik Bokser mühərriki istifadəsi ilə tanınır. Məşhur Simmetrik Tam Ötürmə konfiqurasiyası 1972-ci ildə tanıdılmışdır. Hər ikisi də 1996-cı ildən bəri əksər Subaru modellərində standart hala gəlmişdir. Subaru avtomobilləri ənənəvi olaraq kiçik, lakin nisbətən daha sadiq alıcılar kütləsini cəlb edir. Şirkətin marketinqi əsasən özünə xas mühərrik və ötürmə konfiqurasiyasına malik istər yolsuzluq qabiliyyətli, istərsə də, idman tipli dizayna malik avtomobilləri ilə maraqlanan alıcıları hədəfləyir. Subaru yapon dilindən Ülkər (ulduz topası) və ya "Yeddi Bacı" (hansı ki birinin görünməz olduğu deyilir, sırf bunun üçün Subaru loqosu 6 ulduzdan ibarətdir) üçün birbaşa tərcümədir. Bu loqo, eyni zamanda Fuji Heavy İndustries-in yaranması üçün birləşmiş şirkətlərə istinaddır. == Tarixçə == === Fuji Heavy Industries (FHI) və Subaru-nun ilk avtomobilləri. ===
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Mübarək (şəhər)
Mübarək Özbəkistanın Qaşqadərya vilayətində yerləşən şəhərdir. Mübarək əhəmiyyətli neft və qaz şəhəridir. Şəhər Mübarək bölgəsinin mərkəzidir. Mübarək şəhəri Qaşqadərya vilayətinin mərkəzi Qarşı şəhərindən 78 km məsafədə yerləşir. == Tarixi == Mübarək 1974-cü ildən bəri şəhərdir. Mübarək 1974-cü ildən bəri bir şəhərdir. Bəzi yerli rəvayətlərə görə Mübarək adı İmam Buxarinin tərbiyəçilərindən olan Abdullah ibn Mübarak əl-Mərvazi adını daşıyan Xocamuborak kəndinin adından gəlmişdir. == Əhalisi == Mübarəkin 31 455 nəfər əhalisi var. Əhali 2002-ci ildə 28.300 nəfər idi. Əhali 2002-ci ildə 28.300 nəfər idi.
Mübarək zonası
Mübarək zonası (rus. Мубарекская зона) — 1970-1980-ci illərdə Sovet İttifaqı hökumətinin KGB-nin təşviqi ilə planladığı, lakin uğursuzluqla nəticələnən təkliflər layihəsidir. == Haqqında == Layihə təklifində 1940-cı illərdə Fərqanə vadisinin fərqli bölgələrinə sürgün edilmiş Krım tatarlarını (sənəddə bu millətin adı keçmişdə Krımda yaşayan Tatar milləti olaraq göstərilmişdir) Qaşqadərya vilayətinə bağlı, əsasən sənayeləşməmiş Mübarək zonasına köçürməyi planlanılırdı. Təklifin məqsədi isə Krım tatarlarının yardımı ilə bölgəni sənayeləşdirmək, Krım tatarlarını Krıma geri dönmə istəklərindən əl çəkdirmək üçün onların Özbəkistanda qalıcı olaraq kök salmalarını təmin etmək və Krım Muxtar Sovet Sosialist Respublikasının təkrar qurulması yerinə, Mübarək bölgəsində yeni tatar bölgəsini qurdurmaq idi. Krım tatarları bu planı özlərini Özbəkistanda assimiliyasiya etdirmə, "Mübarək tatarlarına" dönüşdürmə, Krımdan xaricdə tutma, Krım MSSR-nın yenidən qurulmasını əngəlləmə və Krımdan uzaqda süni "vəd edilmiş torpaqlar" qurma təşəbbüsü olaraq gördülər. Dolayısıyla, yalnızca az sayda Krım tatarı bu planı dəstəklədi və ya bu təklif edilən bölgəyə köçdü. Layihəni təşviq edənlər Krım tatarlarını guya "atalarının evi" Orta Asiyada "kök salma"ğa təşviq etmə və Krım ilə olan əlaqələrini yox sayma yönündə intensiv cəhdlər etdilər. Bütün bunlara rəğmən, çox az sayda Krım tatarının Mübarəkə köçdüyünü və Krım tatarlarının Krıma geri dönmə istəklərindən əl çəkmədikləri aydın olunca, plan ləğv edildi. Krım tatarları ilə Kazan tatarları arasında nə qədr fərqlər olsa da, Mübarək zonası planından bir qədər öncə, SSRİ KP Mərkəzi Komitəsi "Krım tatar problemini həll etmək" üçün Krım tatarlarını Tatarıstana köçürməyi və Kazan tatarları ilə "yenidən birləşmə"yə təşviq etməyə çalışmış, ancaq bu təklif də Krım tatarları tərəfindən rədd edilmişdir.
Refat Çubarov
Refat Abdurahman oğlu Çubarov (krımtat. Refat Abdurahman oğlu Çubarov, ukr. Рефат Абдурахманович Чубаров; 22 sentyabr 1957, Səmərqənd) — krım tatar siyasi və ictimai xadimi. 1995–1998-ci illərdə Krım Muxtar Respublikasının Ali Şurasının sədrinin müavini, 1998–2007 və 2015–2019-cu illərdə Ukraynanın xalq deputatı. 2009-cu ildən Ümumdünya Krım Tatarları Konqresinin prezidenti. 2013-cü ilin noyabr ayından Krım Tatar Milli Məclisinin sədri. == Həyatı == 1957-ci il sentyabrın 22-də Özbəkistan SSR-in Səmərqənd şəhərində anadan olub. 1944-cü ildə Krım tatarlarının deportasiyası zamanı ailəsi yaşadığı Krımın Ay-Serez kəndindən Özbəkistana qovulub. 1968-ci ildə valideynləri Krıma döndükdə o, da onlarla birgə doğma yurda qayıdıb. 1974-cü ilin sentyabrından 1975-ci ilin iyulunadək 1 nömrəli Simferopol Peşə Liseyində təhsil alıb.
Süzanna Mübarək
Süzanna Mübarək (28 fevral 1941, Əl-Minya) — Misirin birinci xanımı. == Həyatı == Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki "müqəddəs Klara" məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə "Misir şəhərlərinin sosial formalaşması" mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən "Integrated Care Society" adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir. 1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb.
Villem Rubruk
Villem Rubruk və ya Qilom de Rubruk – flamand səyyahı, Fransiskançılar ordeninin üzvü, rahib. Təqribən 1220-ci ildə (bəzi məlumatlara görə 1210 ya 1230-cu ildə) Flandriyanın Rubruk (yerli adı Reysbrukdur; indiki Brüssel yaxınlığındadır; həmin adın latın variantı olan «Rubruk»u səyyah özünə soyad götürmüşdür) kəndində anadan olmuş, təqribən 1270-ci ildə vəfat etmişdir. Rubruk Roma papası IV İnnokenti (1243-1254) və Fransa kralı IX Lüdovik (1226-1270) tərəfindən Qaraqorumda Böyük Monqol hökmdarı Munke xanla (1251-1259) diplomatik danışıqlar aparmaq üçün yola salınmışdı. O, səfərə çıxarkən Yaxın Şərqdə VII Xaç müharibəsi (1248-1254) gedirdi. Fransa kralı IX Lüdovik də bu zaman Ön Asiyada idi; fransız səlibçilərinə başçılıq edirdi. Ondan əvvəl Andre Lonjümönü monqol sarayına yola salınmışdı. Lonjümönün uğursuz səfərindən sonra Rubruk da monqol sarayına göndərildi. Özündən əvvəl monqol sarayına göndərilmiş Ciovanni Karpini və Andre Lonjümö kimi Rubruk da Xaç müharibələrində (1096-1270) səlibçilərə qələbə qazandırmaq üçün monqolları arxadan səlcuqlara qarşı qaldırılmalı idi. Bu yolla monqolların başını xristian dünyasının xeyrinə qarışdırmaq mümkün olsaydı, eyni zamanda onların Avropa üçün törətdiyi təhlükə də öz-özünə aradan qaldırılmış olardı. Bundan başqa, monqol sarayında təkallahlı dinə meyil göstərildiyini bilən Roma papaları monqol hökmdarları ilə xristianlığın qəbulu barədə də danışıqlar aparmaq niyyətində idilər.
Məhəmməd Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Çubuk, Ankara
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Çubuk (Ankara)
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Çürük borolar
Çürük borolar (ing. rotten boroughs) — Birləşmiş Krallıqda XVIII əsrin sonu və XIX əsrin əvvəllərində əhalisi boşaldılmış, lakin parlamentdə təmsilçiliyini qoruyub saxlayan kənd və şəhərlər. Bu qəsəbələrdə seçicilərin səsləri çox vaxt yerli ev sahibi tərəfindən idarə olunurdu. Çox vaxt İcmalar Palatasında bir yer sadəcə alınırdı ki, bu da bir neçə onlarla seçici üçün çətin deyildi. 1832-ci il islahatından əvvəl parlamentə 2 deputat göndərən və yalnız 7 sakinin səsvermə hüququ olan Surreydəki Qatton qəsəbəsi "rekordçu" idi. Eyni zamanda, bir çox yeni böyük sənaye mərkəzləri, məsələn, Birmingem, parlamentdəki təmsilçilikdən tamamilə məhrum edilmişdi. Təkcə fəhlələr deyil, sənaye burjuaziyasının bir çox nümayəndələri də səsvermə hüququna malik deyildilər. 1815-ci ildə 20 milyondan çox olan Birləşmiş Krallıq əhalisinin yalnız 160 min nəfərinin səsvermə hüququ var idi. Sənaye şəhəri Yorkşir cəmi 2 deputatla təmsil olunmuşdu. == İstinadlar == == Xarici keçidlər == Сэр Фрэнсис Бердетт Spielvogel, Western Civilization — Volume II: Since 1500 (2003) p.
Abdullah ibn əl-Mübarək
İbn əl-Mübarək kimi tanınan Əbu Abdu-r-Rəhman Abdullah ibn əl-Mübarək əl-Mərvazi (736, Mərv – 1 noyabr 797, Hit) — müsəlman ilahiyyatçı və hədis alimidir. == Bioqrafiya == Onun tam adı: Əbu Abdu-r-Rəmman Abdullah ibn əl-Mübarək ibn Vadix əl-Hanzəli at-Turki al-Mərvazi (ərəb. أبو عبد الرحمن عبد الله بن المبارك بن واضح الحنظلي، التركي ثم المرْوزي‎). Atası türk, ərəb qəbiləsinin Bənu Təmim qollarından olan Bənu Xanzalə qəbiləsindən olan tacirin azad edilmiş (məula) adamı idi. Anası xarəzmlı idi. O, 736-cı ildə anadan olub. O, 20 yaşında İslam elmlərini öyrənməyə başlayır. Onun ilk müəllimi ər-Rəbi ibn Ənəs əl-Xorasani olmuşdur. 758-ci ildən başlayaraq elm axtarışında İslam dünyasını gəzir. Süleyman ət-Taimi, Hişama ibn Urvə, Süleyman əl-Əməş, Abdullah ibn Aun, əl-Avzai, Əbu Hənifə, İbn Cureyc, Süfyan əs-Sevri, Şubə ibn əl-Həccac, Malik ibn Ənəs, əl-Leysdən ibn Səd, İsmayıl ibn Əyyaş, Süfyan ibn Uyeynə və bir çox başqalarından hədis öyrənmişdir.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Yeni iliniz mübarək (film, 2013)
Yeni iliniz mübarək (film, 2014)
Nur-Mübarək Misir İslam Mədəniyyəti Universiteti
Misir İslam Mədəniyyəti Universiteti Nur-Mübarək (qaz. Нұр-Мүбарак Египет ислам мәдениеті университеті ) — Qazaxıstanın Almatı şəhərində yerləşən yeganə ali İslam təhsil müəssisəsi. Universitet Təhsil və Elm Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və dövlət sertifikatından keçib. == Tarixi == 1993-cü ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Misir Ərəb Respublikasına rəsmi səfəri zamanı "Misir İslam Mədəniyyəti Universiteti Nur- adı altında birgə Qazaxıstan-Misir İslam ali təhsil müəssisəsinin açılması barədə razılaşmalar əldə edildi. Mübarək (ərəb. الجامعة المصرية للثقافة الإسلامية «نور مبارك»‎, qaz. «Нұр-Мүбарак» Египет ислам мәдениеті университеті). Alma-Ata şəhərində universitetin tikintisi üçün 6 hektar sahə ayrıldı. 16 may 1993-cü ildə Prezident Nursultan Nazarbayev və Misir Əqqaf naziri Məhəmməd əl-Məhcub təntənəli bir şəkildə gələcək universitet şəhərciyinin təməl daşını qoydular. 2000-ci ildə universitetin inşaatının birinci mərhələsi başa çatdı.
Bala Məhəllə-ye Çubar (Talış)
Bala Məhəllə-ye Çubar (fars. بالامحله چوبر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 500 nəfər yaşayır (117 ailə).