Abdullah ibn əl-Mübarək

İbn əl-Mübarək kimi tanınan Əbu Abdu-r-Rəhman Abdullah ibn əl-Mübarək əl-Mərvazi (736[1], Mərv1 noyabr 797, Hit) — müsəlman ilahiyyatçı və hədis alimidir.

Abdullah ibn əl-Mübarək
ərəb. عبد الله بن المبارك
Doğum tarixi 736[1]
Doğum yeri
Vəfat tarixi 1 noyabr 797
Vəfat yeri
Elm sahələri tarix, fiqh
Tanınmış yetirmələri İbn Əbu Şeyba[d], Əbu Davud

Onun tam adı: Əbu Abdu-r-Rəmman Abdullah ibn əl-Mübarək ibn Vadix əl-Hanzəli at-Turki al-Mərvazi (ərəb. أبو عبد الرحمن عبد الله بن المبارك بن واضح الحنظلي، التركي ثم المرْوزي‎). Atası türk, ərəb qəbiləsinin Bənu Təmim qollarından olan Bənu Xanzalə qəbiləsindən olan tacirin azad edilmiş (məula) adamı idi. Anası xarəzmlı idi. O, 736-cı ildə anadan olub.

O, 20 yaşında İslam elmlərini öyrənməyə başlayır. Onun ilk müəllimi ər-Rəbi ibn Ənəs əl-Xorasani olmuşdur. 758-ci ildən başlayaraq elm axtarışında İslam dünyasını gəzir. Süleyman ət-Taimi, Hişama ibn Urvə, Süleyman əl-Əməş, Abdullah ibn Aun, əl-Avzai, Əbu Hənifə, İbn Cureyc, Süfyan əs-Sevri, Şubə ibn əl-Həccac, Malik ibn Ənəs, əl-Leysdən ibn Səd, İsmayıl ibn Əyyaş, Süfyan ibn Uyeynə və bir çox başqalarından hədis öyrənmişdir. Tələbələrinin çoxu ondan hədis nəql etmişlər: Əbu Davud, Yəhya ibn Main, İbn Əbu Şeybə, Əbd ər-Rəzzaq əs-Səni, Yəhya əl-Kəttan, Əbdürrəhman ibn Mehdi və başqaları.

Abdullah ibn əl-Mübarək 797-ci ildə Ramazan ayının son ongünlüyündə vəfat edir və İraqın qərbindəki Hit şəhərində dəfn edilir[2][3].

  1. 1 2 عبد الله بن المبارك ابن المبارك، 736‒797 // AlKindi.
  2. "عبد الله بن المبارك" (ərəb). 2014-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.
  3. "ابن المبارك" (ərəb). 2014-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]