Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sxinval
Tsxinvali (gürc. ცხინვალი, oset. Цхинвал) — Gürcüstanın Şida Kartli ölkəsində, Qafqaz dağları ətəyində, Böyük Lıxva çayının sahilində, dəniz səviyyəsindən 870 metr yüksəklikdə şəhər. Keçmişdə Cənubi Osetiya Muxtar Vilayətinin inzibati mərkəzi, indi isə tanınmamış separatçı Cənubi Osetiya respublikasının paytaxtıdır. 1989-cu ildə görə əhalisi 42.333 nəfər idi.
Aidə Şirinova
Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis, ilk hərbi komandir müavini qadın, İSBAM departament rəhbəri. == Həyatı == Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. 1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib. 1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib. Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.
Arzu Şirinova
Arzu Xasay qızı Şirinova (d.26.05.1961, Bakı, Azərbaycan) — jurnalist. == Həyatı == Şirinova Arzu Xasay qızı 1961-ci il may ayının 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə Qubadlı rayonunda orta təhsilini başa vurduqdan sonra babası, mərhum xalq yazışısı Əli Vəliyevin yolunu getmək, jurnalist kimi fəaliyyət göstərmək məqsədilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1985-ci ildə isə ali məktəbi bitirmişdir. == Fəaliyyəti == Arzu Şirinova qiyabi təhsil aldığı müddətdə, eyni zamanda, əmək fəaliyyətinə başlamış və Qubadlı rayonunda nəşr olunan "Avanqard" qəzetində işləmişdir. Həmin illərdə "Azərbaycan qadını" jurnalı, "Azərbaycan gəncliyi" və "Bakı" qəzetlərində publisistik məqalələri, oçerkləri və hekayələri dərc olunur. "Olaylar" İnformasiya Agentliyində parlament müxbiri, "7 gün", "Teleskop", "Karvan", "Yeni Zaman", "Hürriyyət" qəzetlərində redaktor vəzifəsində çalışmışdır. Hazırda "Xalq Cəbhəsi" qəzetində redaktor vəzifəsində fəaliyyət göstərir. Arzu Şirinova publisistik, təhlili və köşə yazılarında Azərbaycan dövlətinin milli maraqlarını qoruyan yazılara, işğal altında olan torpaqlarımızın azad edilməsində milli vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı məqalələrə, Güney Azərbaycan, Azərbaycanın Türk Dünyasında yeri və rolu, ölkəmizin inkişafı, dünyaya inteqrasiyası kimi məqalələrə üstünlük vermişdir. 2011-ci ildə Arzu Şirinovanın müəllifi olduğu "Cənnətin işğalı" adlı kitabı nəşr olunmuşdur. === Məqalələri === Qərəzin ünvanı Yurdun qisası İtirilmiş ziyalılar Nə deyərlər?
Maral Şirinova
Maral İbrahim qızı Şirinova (1 yanvar 1930, Kortala, Balakən rayonu – 2010) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002) == Həyatı == 1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub. 1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir. 1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb. Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur. 2010-cu ildə 80 yaşında vəfat edib. == Mükafatları == 1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni və "Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur. Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyyə Şirinova
Raziyyə Şirinova (1940) – müğənni, aktrisa, film iştirakçısı. == Həyatı == R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir. R. Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 2005-ci ildən Prezident təqaüdçüsüdür.
Tamilla Şirinova
Şirindil Alışanlı
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu – 14 mart 2024) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. , . Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970–1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976–1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977–1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir. 2024-cü ilin 14 mart tarixində vəfat edib. == Elmi yaradıcılığı == 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir.
Şirindil Alışanov
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu – 14 mart 2024) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. , . Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970–1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976–1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977–1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir. 2024-cü ilin 14 mart tarixində vəfat edib. == Elmi yaradıcılığı == 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir.
Şirinab (Qoşaçay)
Şirinab (fars. شيرين اب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 395 nəfər yaşayır (86 ailə).
Sona Əhmədova-Şirinova
Əhmədova-Şirinova Sona Həsən qızı (d. 6 avqust 1932, Bakı) — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). == Həyatı == Moskva Bədii-Sənaye Məktəbini bitirmişdir (1954). "Azərxalça" birliyinin Bakı xalça artelində işləmişdir. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" (1949, ölçüsü 70 m²; Azərb. İncəsənət Muzeyi, Bakı) və "V.İ.Lenin" (1957, ölçüsü 75 m²; Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Bakı) xalçaları yüksək bədii keyfiyyətə malikdir.