Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Andrey Pavel
Andrey Pavel (rum. Andrei Pavel; 27 yanvar 1974-cü ildə anadan olub, Konstansa, Rumıniya) — Rumıniya tennisçisi və məşqiçisi. ATP - turnirinin doqquz qat qalibi (üç dəfə tək kateqoriyada); Böyük Dəbilqə turnirinin yarımfinalçısı (cütlü kateqoriya-Roland Garros -2006). Tək kateqoriyada yeniyetmələr arasında Böyük Dəbilqə turnirinin qalibi (Roland Garros-1992); tək kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Uimbldon-1992); cüt kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Roland Garros-1992). == Ümumi məlumat == Rumıniyanın Konstansa şəhərində anadan olan Andrey 16 yaşında Almaniyaya köçür. Ölkədən getməsinə baxmayaraq Andrey Pavel Devis Kubokunda həmişə Rumıniyanın adından çıxış etmişdir. Evlidir. Həyat yoldaşı Simonadır. Üç övladı var. Andrey 8 yaşından tennislə məşğul olmuş ən yaxşı zərbəsi - bekhenddir.
Demyen Şazel
Damyen Şazel (19 yanvar 1985[…], Providens[d]) Fransız-Amerikalı rejissor, film istehsalçısı və ssenarist, Whiplash (2014), La La Land (2016) və First Man (2018) filmləri ilə tanınır.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
II Pavel
II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417[…], Venesiya – 26 iyul 1471[…], Roma) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası. == Həyatı == Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi.
IV Pavel
IV Pavel (lat. Paulus IV;28 iyun 1476 – 18 avqust 1559[…], Roma[…]) — Roma papası.
I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754, Sankt-Peterburq – 11 (23) mart 1801 və ya 12 (24) mart 1801, Sankt-Peterburq) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi. == Uşaqlıq illəri == Pavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. == Həyatı == Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. == Yaradıcılığı == Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Pavel Pototski
Pavel Pototski (1879, Sankt-Peterburq – 15 mart 1932, Bakı) — Əsasən Bakıda fəaliyyət göstərmiş polşalı mühəndis, neftçıxarma üzrə mütəxəssis. O, Bibiheybət körfəzinin qurudulması layihəsinin müəllifi və icraçısı olmuşdur. 1929-cu ildə Pototski SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi tərəfindən ən yaxşı tikinti işlərinin həyata keçirilməsi sahəsində birinci mükafata, 1931-ci ildə isə o, Lenin ordeni ilə təltif olundu. == Həyatı və fəaliyyəti == Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Nikolay Pototski general rütbəsində idi və Peterburqda yerləşən Mixaylovski hərbi akademiyasında dərs deyirdi. O, oğlu Paveli hərbi xidmətə təyin edir — onu Pajes korpusuna yola salır. Lakin cavan Pavel mühəndis olmaq arzusunda idi. Pavel Pototski Pajes korpusunun Yollar və Rabitə İnstitutuna keçir və yüksək təhsil alır. Pavel Pototski 1901-ci ildə buranı fərqlənmə ilə bitirdikdən sonra Hollandiyaya gedərək yer qazma işlərinin incəliklərini öyrənir. Hollandiyadan qayıtdıqdan sonra P. Pototski Xersonda Dnepr çayının mənsəbindəki kanalın tikintisində işləməyə başlayır.
Pavel Potyomkin
Pavel Sergeyeviç Potyomkin (rus. Павел Серге́евич Потёмкин); 1743-1796)— Potyomkinlər ailəsindən Rusiya hərbi və dövlət xadimi. == Həyatı == Pavel Sergeyeviç Potyomkin 1743-cü ildə anadan olmuşdu. 1782-1787-ci illərdə Saratov quberniyasının, 1785-1787-ci illərdə Qafqaz canişinliyinin və 9 may 1785-ci ildən 1792-ci ilədək Həştərxan quberniyasının general-qubernatoru olmuşdu. Pavel Potyomkin 1796-cı ildə vəfat edib.
Pavel Qoryaninov
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Pavel Qraçov
Pavel Qraçov (1 yanvar 1948 – 23 sentyabr 2012, Krasnoqorsk, Moskva vilayəti) — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub. Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb. Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi. Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.
Qabriel Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Samvel Babayan
Samvel Babayan (erm. Սամվել Անդրանիկի Բաբայան, 5 mart 1965, Stepanakert) — Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. "Syamo" ləqəbi ilə tanınır. Xocalı soyqırımını törədənlərdən biridir. 1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.
Samvel Qriqoryan
Samvel Qriqoryan (tam adı: Samvel Avanesoviç Qriqoryan, 20 aprel 1907 və ya 22 aprel 1907, Şuşikənd, Şuşa qəzası – 5 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985). == Həyatı == Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşikənd kəndinə dəmirçi ailəsində anadan olub. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib. 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Radio Verilişləri Komitəsində işləyib. Samvel Qriqoryan 7 iyun 1987-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == 1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb. A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini ("Şeirlər" ("Բանաստեղծություններ").
Sarel sümürgəsi
Sarel sümürgəsi (lat. Asplenium sarelii) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Saveli Kramarov
== Həyatı ==
Savmel Qriqoryan