Savmel Qriqoryan

Samvel Qriqoryan (tam adı: Samvel Avanesoviç Qriqoryan, 20 aprel 1907[1], Şuşikənd, Şuşa qəzası[1][2]5 iyun 1987[2], Bakı[2]) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970)[3], Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985).

Samvel Qriqoryan
erm. Սամվել Գրիգորյան
Doğum tarixi 20 aprel 1907(1907-04-20)[1]
Doğum yeri
Vəfat tarixi 5 iyun 1987(1987-06-05)[2] (80 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, tərcüməçi
Mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı
Azərbaycan SSR xalq şairi Azərbaycan SSR əməkdar mədəniyyət işçisi "Qızıl qələm" mükafatı

Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşikənd kəndinə dəmirçi ailəsində anadan olub[4]. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib.

1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Azərbaycan Radio Verilişləri Komitəsində işləyib.

Samvel Qriqoryan 7 iyun 1987-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb.

A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini ("Şeirlər" ("Բանաստեղծություններ"). Yerevan: Haypetrat, 1957; "Uşaq şeirləri" ("Մանկական բանաստեղծություններ"). Bakı: Uşaqgəncnəşr, 1960; "Seçilmiş əsərləri" ("Հատընտիր"). Yerevan: Haypetrat, 1962) erməni dilinə tərcümə edib.

1943-cü ildən Azərbaycan Yazıçılar İttifaqının erməni bölməsinin rəhbəri, 1957-ci ildən Bakıda erməni dilində nəşr olunan "Qrakan Adrbecan" (erm. Գրական Ադրբեջան) jurnalının redaktoru olmuşdur.[5]

Samvel Qriqoryanın 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında "Dünya qəlbimdədir" adlı kitabı işıq üzü görüb.

"Ədəbiyyat və incəsənət" qəzetinin 1976-cı il sayında Samvel Qriqoryanın "Bir foto-şəklin tarixi" yazısı işıq üzü görüb.

Qriqoryanın Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində dahi bəstəkarla bağlı xatirələri "Ədəbiyyat və İncəsənət" qəzetinin 1984-cü il, 3 avqust sayında dərc olunub.

Qriqoryanın "Kommunist" qəzeti 1984-cü il, 30 noyabr sayında "Azərbaycan" adlı şeiri dərc olunub.

"Ədəbiyyat və İncəsənət" qəzetinin 1986-cı il, 24 oktyabr sayında Samvel Qriqoryan Azərbaycanın xalq şairi Səməd Vurğuna həsr etdiyi şeir işıq üzü görüb.

1986-cı ildə isə xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyi münasibətilə Samvel Qriqoryan ona açıq məktubla təbrikini çatdırıb. "Ədəbiyyat və incəsənət" qəzetinin 14 mart sayındaı "Şair dostuma açıq məktub"u dərc olunub.

  • Լիրիկական Հույզեր (Lirik hisslər). Bakı: Azərnəşr, 1934;
  • Հայրենիքի համար (Vətən uğrunda). Bakı: Azərnəşr, 1939;
  • Խիզախ արծիվը (Cəsur qartal). Bakı: Azərnəşr, 1942;
  • Մոր սիրտը (Ana qəlbi). Bakı: Azərnəşr, 1944;
  • Լիություն (Tamamlıq). Bakı: Azərnəşr, 1949;
  • Կասպիական առավոտը (Xəzərin səhəri). Bakı: Azərnəşr 1954;
  • Дерзание. Роман в стихах. Баку: Азернешр, 1958;
  • Aydın üfüqlər. Bakı: Azərnəşr, 1960;
  • Dünya qəlbimdədir. Bakı: Azərnəşr, 1967;
  • Падает снег. Москва: Советский писатель, 1972;
  • Дыхание земли. Баку: Язычы, 1978.
  • Огни заката. Москва: Советский писатель, 1982;
  • Առանց քեզ (Sənsiz). Bakı: Yazıçı, 1982;
  • Աշնանային մեղեդիներ (Payız nəğmələri). Bakı: Yazıçı, 1986.
  1. 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. Azərbaycan Sovet Ensiklopediyası. III. 1979. səh. 239.
  4. "Azərbaycanın Xalq Şairi olan erməni ARAŞDIRMA". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  5. Ermənistan Sovet Ensiklopediyası. III. 1977. səh. 227.