Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. == Tarixi == Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. == Tarixi == 1863-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Riton
Riton (yun. Rhyton) — buynuz, heyvan başı ya da gövdəsi şəklində düzəldilmiş antik qablara verilən ümumi ad. Həm içki qabı həm də dini ayinlərdə libasya (nəzir mayesi) tökmək üçün istifadə edilmişdir. == Yunan simvolizmi == Klassik Afina çömlekləri, məsələn, qırmızı rəsmlə vazalar, əsasən mifologiyadan mövzularla boyanır. Standart mövzular rhyta və şarab qabları ilə satyrları təsvir edir. Bu mövzular, satyrların kişilik orqanları ilə birləşdirilərək kompozisiyada maraqlı bir şəkildə təşkil edilir, lakin bu açıq cinsellik və bir qədər də məzəli mövzu gecikməli inkişafı ifadə edir, bu da Aristophanesin p'yeslərində ifadə olunan Afina mizahı ilə uyğundur. Böyük mədəniyyətlərin bəzəkli və qiymətli rhytaları cəsur deyil, şatirikdir, bu da demokratik vaza rəsmlərinə əlavə satirik ölçü verir. Satyrların şərab və rhyta ilə əlaqəsi Nonnus'un eposu Dionysiacada qurulmuşdur. O, Dionysosun şərab hazırlamağın ixtirası zamanı üzümlərin ilk tapdağında olan satyrları təsvir edir: ...meyvə qırmızı şirə ilə ağ köpüklə qabarcıq atdı. Onlar buğa qoynuzları ilə onu qazandılar, çünki hələ görməmiş idilər, belə ki, qarışıq şərabın qabı bu ilahi adı "Winehorn" aldı.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədi ilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Sinek
Sinek — rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
Şikoku
Şikoku (四国, dörd vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, Ehime və Koçi == Adı == Şikoku (四国, dörd vilayət) regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır. Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var. == Coğrafiya == Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir. Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır. 1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi. === Dağlar === İşizuçi dağı Sanuki dağları === Çaylar === Yoşino river Naka çayı Doki çayı Şigenobu çayı Hici çayı Monobe çayı Niyodo çayı Şimanto çayı === Parklar === Setonaikai Milli Parkı Aşizuri-Uvaki Milli Parkı Otaki-Okava Prefekturalı Təbii Parkı == Əhali == Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır. == İqtisadiyyat == Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Andras Simor
Andras Simor (17 may 1954, Budapeşt) — Macarıstan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Con Şatak
Con Şatak (ing. John Shattuck 22 sentyabr 1943, Pasadena, Kaliforniya) — Beynəlxalq hüquq üzrə mütəxəssis, insan hüquqları üzrə lider, 2009-cu ilin avqustundan Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektorudur. O, daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.