Con Şatak (ing. John Shattuck 22 sentyabr 1943[1], Pasadena, Kaliforniya[1]) — Beynəlxalq hüquq üzrə mütəxəssis, insan hüquqları üzrə lider, 2009-cu ilin avqustundan Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektorudur[2].
Con Şatak | |
---|---|
Doğum tarixi | 22 sentyabr 1943[1] (80 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
O, daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.