Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Clavena
Şeytanqanqalı (lat. Carduus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Clavena DC. Clomium Adans.
Əlvənd
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Elena
Elena — ad. Elena George — rumın müğənni. Elena Cionat — Rumıniyalı pedaqoq, jurnalist Elena Levçenko — Belarus Respublikasının peşəkar basketbolçusu Elena Koşka — ABŞ pornoaktrisa və erotik modeli.
Elvina Kərimova
Elvina Kərimova (d. 25 mart 1994) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Elvina Kərimova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Sultan Əlvənd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Əlvənd (Zərdab)
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Əlvənd (şəhər)
Əlvənd- İranın Qəzvin ostanının şəhərlərindən və Əlburz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,333 nəfər və 18,004 ailədən ibarət idi.Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Əlvənd Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Əlvənd dağı
Əlvənd yaxud Əlvənd kuh (fars: الوند‎) İranda Zaqrosun zirvələrindən biri. Bu dağ sisliləsi Həmədan yaxınlığında yerləşir. Bu 3570 m zirvə əsasən intruziv süxurlardan (qranit, qranitoid və diorit) ibarətdir. Əlvənd və Dəmavənd İranda müqəddəs hesab edilirdilər. Qalağ-Lanəh, Daəm -Barf və Qızıl Arslan dağları Əlvənd dağının qərb tərəfində yerləşir. Sözün etimoloqiyası Əlvənd - Alvand - Alband - Alban - Alpan - Alp uca, müqəddəs, yüksək, hündür, yuxarı. Həmədan şəhərindən 10 km cənubda yerləşir.
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elena Gheorghe

Elena Kountoura
Elena Kountoura (yun. Έλενα Κουντουρά; 2 noyabr 1962, Afina) — yunan siyasətçisi və dövlət xadimi, model. 2 iyul 2019-cu ildən bəri Avropa Parlamentinin hazırkı üzvü, indi Radikal Sol Koalisiya partiyasını təmsil edir. Məxsus olduğu partiya Avropa Birləşmiş Sol/Sol-Yaşıl Şimalın bir hissəsidir. Keçmişdə, 2015–2016-cı illərdə İqtisadiyyat, İnkişaf və Turizm Nazirliyində Turizm nazirinin müavini və 2016–2019-cu illərdə Turizm naziri olmuşdur. 2004–2007 və 2011–2019-cu illərdə Aleksis Tsiprasın birinci və ikinci kabinetlərində Yunanıstan Parlamentinin üzvü olmuşdur. == Bioqrafiyası == 2 noyabr 1962-ci ildə Afinada anadan olmuşdur. Atası Alexandros Kunduras yunan ordusunda zabit olmuşdur. "Qara polkovniklər" iqtidara gəldikdən sonra, 13 dekabr 1967-ci ildə Kral II Konstantinin uğursuz əks çevrilişinə qatılır və bundan sonra ordudan kənarlaşdırıldı. Kral tərəfdarı olan siyasi təşkilatın təşkilatçılarından və liderlərindən biri olmuşdur.
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Elena Levçenko
Elena Stepanova Levçenko (belar. Алена Сцяпанаўна Леўчанка; doğ. 30 aprel 1983, Qomel, BSSR, SSRİ) — Belarus Respublikasının peşəkar basketbolçusu, WNBA (Qadınların milli basketbol assosiyasıyası) oyunçusu. Mərkəz oyunçu mövqeyində oynayır. Çinin "Sıçuan Uels" klubunda oynamışdır. == Bioqrafiyası == 30 aprel 1983-cü ildə Belarusun Gomel şəhərində anadan olub. Gomelin SDYŞOR-9-da basketbol klubunda oynamağa başlamışdır. Elenanın ilk məşqçisi Viktor Orlov idi. Daha sonra Minsk Respublika Olimpiya Ehtiyatları Məktəbinə keçd etmişdir. İlk debütü 1999-cu ildə Avropa çempionatında olmuşdur.
Elena Paparizu
Helena Paparizou (yunanca: Ελενα Παπαριζου; 31 yanvar 1982, Buros) — məşhur yunan müğənnisidir. İsveçdə dünyaya gəlib və orada boya-başa çatıb. Antique qrupunun solisti olub. Helena məşhur yunan bəstəkarı — Toni Mavridislə ailə həyatı sürür. Helena ilk dəfə Yunanıstanı 2005 Avroviziya Mahnı Müsabiqəsində birinci edib. == Albomlar == 2004 Protereotita 2005 My Number One 2006 Iparhi Logos 2006 The Game of Love 2007 Iparhi Logos 2008 Vrisko To Logo Na Zo 2010 Giro Apo T' Oneiro 2011 Greatest Hits & More 2013 Ti Ora Tha Vgoume?
Elena Risteska
Yelena Risteska (Makedon dilində:Елена Ристеска 27 aprel 1986, Skopye) – müğənni. == Həyatı == Yelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir. === Avroviziya === 2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır. === Avroviziyadan sonra === Avroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Elena Çauşesku
Yelena Çauşesku (7 yanvar 1916, Petreşti[d], Rumıniya Krallığı[d] – 25 dekabr 1989, Tırqovişte[d]) — Rumıniya Sosialist Respublikasının komunist lideri Nikolae Çauşeskunun həyat yoldaşı və Rumıniya S. R.-in baş nazirinin müavini olmuşdur. == Haqqında == 1989-cu il Rumıniya İnqilabı ilə hakimiyyətdən devrilmiş olan Nikolae Çauşeskunun həyat yoldaşıdır. Əsil adı Elena Petrescu olmuşdur. 1916-cı ildə Ilfovda bir kənddə kotan işləri məşğul olan bir ailənin qızı olaraq dünyaya gəlmişdir. Nicolae Ceauşescu ilə Rumıniya Komunist Partiyasında tanış olmuşdur. Daha sonra, 1939-cu ildə onunla evlənmişdir. 1980-ci ildə, Nazirlər Kabinetində Baş nazirin köməkçisi vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə baş vermiş olan qanlı Rumıniya inqilabından dərhal sonra həyata keçirilmiş olan hərbi məhkəmə tərəfindən ölüm cəzası verilmiş və həyat yoldaşı ilə birgə güllələnərək öldürülmüşdür. == İstinadlar == == Mənbə == John Sweeney. The Life and Evil Times of Nicolae Ceauşescu.
Rumıniyalı Elena
Rumıniyalı Elena, (həmçinin Rumıniya şahzadəsi adlandırılır, 15 noyabr 1950) Rumıniyanın keçmiş kralı I Mixay və həyat yoldaşı kraliça Annanın kiçik qızıdır, Kraliça Viktoriyanın kötücəsidir. İctimai həyat sürərək sosial fəaliyyət göstərir. == Bioqrafiya == 1950-ci il noyabrın 15-də Lozanna şəhərində anadan olub, kral ailəsinin ikinci qızı olmuş, bacısı Marqarita Rumıniya vəliəhd şahzadəsidir . Onun uşaqlığı Lozannada ailə evlərində və İngiltərədə Ayot St. Lawrenceʼdə Hartfordşirdə keçmişdir. Elena İbtidai məktəbini İsveçrədə aldı, sonra İngiltərədə təhsilini davam etdirdi. Məktəb illərində o, idmanla məşğul olurdu. 1970-ci illərin ortalarında Londonda bir müddət əlil uşaqların tədrisi ilə məşğul oldu, sonra restorasiya sənətində iki illik kursunu başa vurdu və Londonda yerləşən restorasiya firmasında işlədi. 1980-ci illərdə, ilk həyat yoldaşı ilə birlikdə, 45 Efiopiyalı əlil qaçqını müxtəlif sənətkarlıq sahəsində yetişdirmək üçün bir layihə başlatdılar. 1982-ci ildə Elena Sudanın Əl-Cəzirə vilayətində Beynəlxalq Məktəbi təsis etdi.
Əlvən Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Əlvənd Mirzə (Qaraqoyunlu)
Əlvənd Mirzə — Qaraqoyunlu sülaləsinin üzvü, Qara İsgəndərin oğlu, Mosul, Diyarbəkir və Əsədabad hakimi. Onun oğlu Pirqulu bəy ilə əmisi Cahanşahın Yusif Mirzədən olma nəvəsi Xədicə Bəyimin evliliyindən olan şəxslər Qaraqoyunlu sülaləsinin Hindistan qolunun əsasını qoymuşdurlar. == Həyatının erkən dövrü == Əlvənd Mirzə əmisi Cahanşahın hakimiyyəti dövründə Mosul hakimi təyin edilmişdir. Lakin bir müddət sonra Əlvənd Mirzə əmisinə qarşı üsyan qaldırmış, məğlub olduqdan sonra isə Ağqoyunlu hökmdarı Cahangir bəyin yanına qaçmışdır. Cahanşah üsyançı qohumunun ona verilməsini tələb etsə də, Cahangir bəy bundan imtina etmişdir. Buna cavab olaraq Cahanşah Ərzincanı ələ keçirmiş və qardaşının nəvəsi Rüstəm bəyi Cahangir bəyin üzərinə göndərmişdir. Ümidsiz vəziyyətə düşən Cahangir bəy Məmlük sultanının yanına anası Sara Xatunu göndərmişdir. Cahanşah isə ona qarşı ögəy qardaşı Şeyx Həsəni dəstəkləməyə başlamışdır. Şeyx Həsən bir digər qardaşları Uzun Həsən tərəfindən öldürülmüş, Cahanşah isə ağqoyunlulara ona tabe olmaları qarşılığında sülh təklif etmişdir. Cahangir bəy bunu qəbul etmiş və qızını Cahanşahın oğlu Mirzə Məhəmmədlə evləndirmişdir.
Əlvənd kənd məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Elena Koltsova-Mosalskaya
Elena Koltsova-Mosalskaya (rum. Elena Ghica; 3 fevral 1828 və ya 22 yanvar 1828, Buxarest[…] – 17 noyabr 1888[…], Florensiya[…]) — Rumıniyalı rəssam, yazıçı və alpinist. Əsərləri Dora d'Istria təxəllüsü ilə nəşr edilmişdir. == Bioqrafiyası == Elena Gika mənşəyi Albaniyada axtarılan knyaz Qika ailəsindən gəlir. 17-ci əsrin ortalarından bu nəsldən çıxanlar Moldaviya və Valaxiyanın hökmdarları idi. Atası Şahzadə Mihay Qika idi. O, moldaviyalı Qreqori IV Qikanın əmisi oğlu idi. Knaqinya Koltsova-Mosalskaya gəncliyində əla təhsil alır. Sonradan xaricdə təhsilini davam etdirir. Rumın, rus, italyan, alman, ingilis, fransız, latın, qədim və müasir yunan, alban və s daxil olmaqla ondan çox dildə səlis danışan bir poliqlot idi.
Elena Vladimirovna Zelenskaya
Elena Vladimirovna Dreyden (Zelenskaya) (d. 19 noyabr 1981) — rus aktrisası. == Həyatı == 19 noyabr 1981-də doğulub. Omskdakı 125 saylı məktəbi bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Omsk şəhərində Studio Dram Teatrında aktyorluq kursunda oxumuşdur. 2005-ci ildə Sankt-Peterburq Dövlət Teatr İncəsənət Akademiyasını bitirmişdir.