Elena Kountoura (yun. Έλενα Κουντουρά; 2 noyabr 1962, Afina) — yunan siyasətçisi və dövlət xadimi, model. 2 iyul 2019-cu ildən bəri Avropa Parlamentinin hazırkı üzvü, indi Radikal Sol Koalisiya partiyasını təmsil edir. Məxsus olduğu partiya Avropa Birləşmiş Sol/Sol-Yaşıl Şimalın bir hissəsidir[1]. Keçmişdə, 2015–2016-cı illərdə İqtisadiyyat, İnkişaf və Turizm Nazirliyində Turizm nazirinin müavini və 2016–2019-cu illərdə Turizm naziri olmuşdur. 2004–2007 və 2011–2019-cu illərdə Aleksis Tsiprasın birinci və ikinci kabinetlərində Yunanıstan Parlamentinin üzvü olmuşdur.
Elena Kountoura | |
---|---|
Doğum tarixi | 2 noyabr 1962 (61 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, model[d], yüngül atlet |
Partiyası |
|
elenakountoura.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
2 noyabr 1962-ci ildə Afinada anadan olmuşdur[2].
Atası Alexandros Kunduras yunan ordusunda zabit olmuşdur. "Qara polkovniklər" iqtidara gəldikdən sonra, 13 dekabr 1967-ci ildə Kral II Konstantinin uğursuz əks çevrilişinə qatılır və bundan sonra ordudan kənarlaşdırıldı. Kral tərəfdarı olan siyasi təşkilatın təşkilatçılarından və liderlərindən biri olmuşdur.
Gəncliyində idmanla məşğul olmuşdur. Hündürlüyə tullanmada və eyni zamanda 1978-ci ildə Atletizmdə Panhellenic Çempionatında 100 metrlik maneələrlə qaçışda Yunanıstan çempionu olmuşdur. Uzun illər atletizmdə hündürlüyə tullanma üzrə milli komandanın üzvü olmuşdur[3].
1984-cü ildə Afina Universitetinin Bədən Tərbiyəsi Fakültəsini bitirib və bakalavr dərəcəsi almışdır.
1984–1996-cı illərdə moda sənayesində beynəlxalq bir karyera qurur. 1990-cı ildə CNN tərəfindən dünyanın ilk on modelindən biri seçilir. Parisə köçür, Tokyo, New York və Milanda çalışır. Uzun illər fransız fotoqraf, moda dizayneri və bədii rəhbəri Serge Lutens və yapon kosmetik şirkəti Şiseido ilə əməkdaşlıq edir. 1990-cı illərdə modellər İman və Linda Evanqelista ilə yaxın münasibətdə olmuşdur. Bu modellərlə Elite agentliyində işləmişdir. 1997-ci ildə Yunanıstana dönmüşdür və 2003-cü ilə qədər qadın jurnallarının redaktoru olmuşdur. Şəxsi həyat 1986-cı ildə ispaniyalı futbolçu Mişel Pineda ilə tanış olur. Onlar 1987-ci ildə Vouliaqmenidəki Müqəddəs Qeorqi kilsəsində evlənir. Toyda "Espanyol" futbol komandası iştirak edirdi. Onlar 2,5 ildən sonra boşandı [2].
İkinci dəfə Panionios, Olimpiakos və Yunanistan milli komandasının oyunçusu basketbolçu Sarandis Papaxristopoulos ilə evləniri. Bu evlilikdən onlar iki oğlu dünyaya gəlir — Alexandros və Marios.