Elena Koltsova-Mosalskaya (rum. Elena Ghica; 3 fevral 1828[1][2] və ya 22 yanvar 1828[3][4], Buxarest[3][1][…] – 17 noyabr 1888[3][4][…], Florensiya[3][1][…]) — Rumıniyalı rəssam, yazıçı və alpinist. Əsərləri Dora d'Istria təxəllüsü ilə nəşr edilmişdir.
Elena Koltsova-Mosalskaya | |
---|---|
rum. Elena Ghica | |
Doğum adı | Elena Ghica |
Doğum tarixi | 3 fevral 1828[1][2] və ya 22 yanvar 1828[3][4] |
Doğum yeri | |
Vəfat tarixi | 17 noyabr 1888[3][4][…] (60 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | rəssam, yazıçı, esseist, tarixçi, traveler, alpinist |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Elena Gika mənşəyi Albaniyada axtarılan knyaz Qika ailəsindən gəlir. 17-ci əsrin ortalarından bu nəsldən çıxanlar Moldaviya və Valaxiyanın hökmdarları idi. Atası Şahzadə Mihay Qika idi. O, moldaviyalı Qreqori IV Qikanın əmisi oğlu idi.
Knaqinya Koltsova-Mosalskaya gəncliyində əla təhsil alır. Sonradan xaricdə təhsilini davam etdirir. Rumın, rus, italyan, alman, ingilis, fransız, latın, qədim və müasir yunan, alban və s daxil olmaqla ondan çox dildə səlis danışan bir poliqlot idi. Prussiyanın paytaxtında qədim yunan dili bilikləri ilə Aleksandr von Humboldtda çox gözəl təəssürat yaratmışdır.
1849-cu ildə Yaş şəhərində rus zabiti knyaz Aleksandr Koltsov-Mosalski ilə evlənir. Cütlük 1875-ci ildə knyazın ölümünə qədər Rusiyada yaşamışdır[5].
Sonra Elena Koltsova-Mosalskaya Avropaya üz tutur, İsveçrə, Fransa, İrlandiya, Yunanıstan və Anadoluda olur. ABŞ-a səfər edir.
1885-ci ildə o, Alp dağlarında Monblan və Monax zirvələrinə bələdçi ilə qalxır.
Səhhətinə görə Rusiyadan İtaliyaya, ölənə qədər yaşadığı Florensiyaya köçmək məcburiyyətində qalır. Yırtığın pozulmasından dünyasını dəyişir. Trespiano şəhər qəbiristanlığında dəfn edilir.
Drezdendə, sonra Vyanada, Venesiyada və Berlində rəssamlığı öyrənərək ilkin dövrdə yarımçıq qalan bədii meyllərini inkişaf etdirir.
Sankt-Peterburqda Elena Koltsova-Mosalskaya paytaxtın bədii həyatında fəal iştirak edirdi. Rəssamlıq Akademiyasında sərgilənən əsərlərinə görə mükafata layiq görülüb. İncə yazıları və zəngin rəngləri ilə fərqlənən şahzadənin kətanlarında əsasən cənub Avropa ölkələrinin təbiəti və memarlığı təsvir edilmişdir. Rus və Qərbi Avropa sənət istiqamətinin nümunəsi bidermayer idi.
1855-ci ildə "La vie monastique dans l'Eglise orientale" kitabı ilə ədəbi sahədə meydana çıxır. Fransızca Countess Dora D'Istria təxəllüsü ilə yazılar yazır
Demək olar ki, bütün Avropa ölkələrində jurnal və qəzetlərdə sənət, ədəbiyyat, siyasi, sosial və dini mövzularda bir sıra məqalələr yazmışdır. Ədəbi əsərləri və jurnalistikası ilə Avropada şöhrət qazanmışdır.
Bir çox Avropa elmi cəmiyyətlərinin, xüsusən də İtaliya Akademiyasının üzvü idi.
Yunan parlamenti ona "böyük vətəndaş" və İtaliyanın bir çox şəhərindən fəxri vətəndaşlıq adı verilmişdir.