Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Alməmmədov
Emin Akif oğlu Alməmmədov (27 fevral 1989; Şəmkir, Azərbaycan SSR — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Emin Axundov
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. == Həyatı == Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Ağalarov
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Ağayev
Ağayev Emin Rafael oğlu (10 avqust 1973, Bakı) — azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, Anji Mahaçqala klubunun rəisi. == Həyatı == == Karyerası == Futbolçu karyerasına 1990-cı ildə başlayan, 2 il sonra Azərbaycanın ilk milli çempionatında "Neftçi"nin heyətində qızıl medal qazanan Emin ardından Rusiyaya yollanır. Onun 1993-cü ildən indiyə kimi bu ölkədə olan karyerası məhz "Anji"də başlayıb. Müdafiəçi 1993-98-ci illərdə bu klubun heyətində Rusiyanın aşağı divizionunda 185 oyunda 10 qol vurub. Bu, Ağayevin Rusiyada ən yaxşı göstəricisidir. Belə ki, Emin sonradan "Torpedo-ZİL" (1999-2001, 70 oyun, 3 qol), "Ximki"də (2002-04, 68, 3), "Baltika" (2004, 11), "Dinamo" (Bryansk, 2005, 20), "Nosta" (2005, 10), "Nara-Desna" (2007, 27), "Volqa"da (2008-10, 90, 2) bu qədər oynamayıb. 20 illik futbolçu karyerasını kapitanı olduğu "Volqa"da bitirən Eminin Rusiyada karyerası daha çox aşağı divizionla bağlıdır. Təsadüfi deyil ki, Emin bu ölkənin Premyer Liqasında yalnız 2001-ci ildə "Torpedo-ZİL"in heyətində 11 oyun keçirib. Yeri gəlmişkən, Ağayevin karyerasında uğurlardan biri 2000-ci ildə həmin Moskva təmsilçisinin heyətində Rusiya I divizionunun çempionu olmasıdır. Onun yüksək liqada yeganə çempionluğu 1992-ci ildə "Neftçi" ilə olub.
Emin Ağazadə
Emin Valik oğlu Ağazadə (22.03.1991;Kürdmaşı,İsmayıllı,Azərbaycan— 25.10.2020;Laçın ,Azərbaycan.)Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağazadə Emin Valik oğlu 1991-ci il mart ayının 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. === Təhsili === İlk təhsilini Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində alıb. == Hərbi xidməti == Müharibənin başladığını eşitdikdən sonra hərbi komissarlığa gedib könüllü olaraq qeydiyyatdan keçib. Oktyabrın 5-i təlimlərə çağrılıb. 2 həftə təlimlərə qatıldıqdan sonra ön cəbhəyə yollanıb. Cəbrayıl uğrunda gedən döyüşlərdə 2 gecə qəhrəmancasına vuruşub. Oktyabrın 25-i Laçın istiqamətində gedən döyüşlərdə gizli şəkildə postu tərk edib xüsusi təyinatlılara qoşulub döyüş bölgəsinə gedib və şəhidlik zirvəsinə yüksəlib..
Emin Bağırov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Emin Bektörə
Emin Bektörə (rum. Emin Bektóre, 1906, Dobriç[d] – 15 aprel 1995, Əskişəhər) — Krım tatarı əsilli folklor mütəxəsisi, etnoqraf, təhsil xadimi və aktivist. == Həyatı == Emin Bektörə 1888-ci ildə Krım tatarı ailənin övladı olaraq Bolqarıstan knyazlığının Dobruca bölgəsində olan və hal-hazırda adı Dobric olan Hacıoğlu Bazarcıq şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Bazarcıqda tamamlamışdır. 15 aprel 1995-ci ildə tarixində həyatını itirmişdir. == Fəaliyyəti == Bektörə Rumıniyadakı Krım tatar folklorunun öncüllərindən biri olaraq qəbul edilir. Müxtəlif Krım tatar xalq oyunları topluluqlarında yer almış, Şahin Gəray, Atilla, Krım və Kök-Köz Bayar kimi didaktik oyunlarının həm mətinlərini yazmış, həm də səhnələşdirmişdir. 1940-cı ildə ailəsiylə birlikdə Türkiyəyə köç edərək, Əskişəhərdə yerləşmişdir. Burada da folklor fəaliyyətinə davam etmişdir. 1941-ci ildən etibarən Əskişəhərdəki xalq evində folklor fəaliyyətlərinə başlamış və xalqevi qapanana qədər xidmət etməyə davam etmişdir.
Emin Cəbrayılov
Emin Cəbrayılov (17 yanvar 1978) — Azərbaycanı təmsil edən suya tullanan. == Karyerası == Emin Cəbrayılov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirində 294.94 xal topladı və olimpidanı 27-ci pillədə başa vurdu. Daha sonra isə Emin Cəbrayılov Azərbaycanı 2020-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirnində 334.74 xal topladı və olimpiadanı 26-cı pillədə başa vurdu.
Emin Fərzəliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Emin Fərzəlizadə
Emin Fərman oğlu Fərzəlizadə (30 yanvar 1995; Beyləqan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Fərzəlizadə 1995-ci il yanvarın 30-da Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Emin Fərzəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Fərzəlizadə noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Emin Hacıyev
Emin Hacıyev (azərb. Emin Məcid oğlu Hacıyev‎; 13 fevral 1982, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı. == Həyatı == Hacıyev Emin Məcid oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Emin Hacıyev 1998-ci ildə Sumqayıt şəhər 5 saylı və 22 saylı orta məktəbləri bitirmiş, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Daha sonra 2013–2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili almışdır. Ailəlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009–2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır. Azərbaycandakı və Rusiyadakı fəaliyyəti dövründə bir-birindən əhəmiyyətli layihə və tədbirlərin təşkil olunmasının təşəbbüskarı və icraçısı kimi çıxış edib, eləcə də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli addımlar atmışdır.
Emin Hüseynov
Emin Hüseynov (iqtisadçı) — iqtisadçı Emin Hüseynov (jurnalist) — hüquq müdafiəçisi Emin Hüseynov (əsgər) — Vətən müharibəsinin şəhidi. Emin Hüseynov (əsgər, 1992)—Vətən müharibəsinin şəhidi.
Emin Kazımov
Emin Fərman oğlu Kazımov (7 dekabr 1987; Yevlax, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Kazımov 1987-ci il dekabrın 7-də Yevlax rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Emin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Emin Kazımov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Emin Kərimov
Emin Kərimov ( [[27 iy l]] 1982, Bakı) azərbaycanlı death/doom metal qrupu 3,14...-ün həm gitaraçısı həm də vokalçısıdır. 2002-ci ildə Maksim Koçetovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur. == Xarici keçidlər == Emin Kərimov 3,14...
Emin Mahmudov
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli Yığma komandasının və Neftçi Bakının Kapitanı Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Emin Mehdiyev
Mehdiyev Emin Natiq oğlu - 22 sentyabr 1992, Bakı) - Azərbaycan futbolçusu, yarımmüdafəçi. == Tərçümeyi halı == Emin Mehdiyev 22 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Neftçi" Bakı klubunun yetirməsidir, peşəkar futbolda öz fəaliyyətinə 2009-cu ildə başlamışdır. O, 2010-cu ildən "Neftçi" Bakı komandasının əsas heyətinə daxil edilmiş, həmin mövsümdə iştirak etdiyi 23 oyunda 1 qol vurmuşdur. 2010-cu ildə Emin Mehdiyev icarə qaydasında Bakının "Abşeron" komandasına keçmiş və bir mövsüm ərzində həmin komandanın əsas heyətində çıxış etmişdir. Bu komandanın tərkibində o, 17 oyun keçirmiş və 7 qol vurmuşdur. 2011-ci ildən yenidən "Neftçi" komandasına qayıtmış və 2015-ci ilədək həmin komandada oynamışdır. 2012–2013-cü və 2013-2014-cü il mövsümlərində "Neftçi" Bakı futbol komandasının tərkibində Çempionlar liqasının 2 oyununda və UEFA Avropa liqasının 4 oyununda çıxış etmişdir. Onun bu oyunlarda ilk debutu 17 iyul 2012-ci ildə Bakı şəhərində Dalğa Arena stadionunda Gürcüstanın "Zestafoni" komandasına qarşı oyunda çıxışı olmuşdur. E.Mehdiyev matçın 82-ci dəqiqəsində əvəzetmə nəticəsində oyuna daxil olmuşdur.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. == Həyatı == Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. === Həbsləri === 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Emin Mirabdullayev
Emin Mirabdullayev — Rejissor, aktyor. == Həyatı == 2017-ci ildə Natiq Rəsulzadənin əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında Emin Mirabdullayevin rejissoru olduğu "Meme" tamaşası səhnəyə qoyulub.
Emin Muradov
Emin İbrahimağa oğlu Muradov — (27 fevral 1986; Biləsər, Lənkəran rayonu,Azərbaycan- 20 okyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Muradov 1986-cı il fevralın 27-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini Biləsər kənd orta məktəbində alıb. Ailəli idi. Qızı Xədicə Muradova və oğlu İsmayıl Muradov şəhidin bizə yadigarıdır. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Ordusunun əsgəri olan Emin Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Emin Muradov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərinin Biləsər kəndində dəfn olunub. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Muradov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Xocavəndin azad olunması", "Füzulinin azad olunması" medalları ilə təltif edilib.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Emin Məmmədov
Emin Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.
Emin Nəzərov
Emin Zahir oğlu Nəzərov (20 fevral 1992; İkinci Varlı, Salyan, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub. Salyan rayonu, İkinci Varlı kənd orta məktəbində təhsil alıb. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Nəzərov Kəlbəcər döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şərti adı "Üçtəpələr" döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub. 9 dekabr 2020-ci il tarixdə İkinci Varlı kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Emin Quliyev
Emin Quliyev (futbolçu) —
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.