Emin Hacıyev (azərb. Emin Məcid oğlu Hacıyev; 13 fevral 1982, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı.
Emin Hacıyev | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | 2020 — 43 saylı Sumqayıt üçüncü |
Əvvəlki | Muxtar Babayev |
Sonrakı | Mehriban Vəliyeva |
Şəxsi məlumatlar | |
Doğum adı | Emin Məcid oğlu Hacıyev |
Doğum tarixi | 13 fevral 1982 (42 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Hacıyev Emin Məcid oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.
Emin Hacıyev 1998-ci ildə Sumqayıt şəhər 5 saylı və 22 saylı orta məktəbləri bitirmiş, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Daha sonra 2013–2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili almışdır.
Ailəlidir, 3 övladı var.
2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009–2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır. Azərbaycandakı və Rusiyadakı fəaliyyəti dövründə bir-birindən əhəmiyyətli layihə və tədbirlərin təşkil olunmasının təşəbbüskarı və icraçısı kimi çıxış edib, eləcə də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli addımlar atmışdır. 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş və 63,5% səs toplayaraq Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmişdir.