Emin Bektörə

Emin Bektörə (rum. Emin Bektóre, 1906, Dobriç[d]15 aprel 1995, Əskişəhər) — Krım tatarı əsilli folklor mütəxəsisi, etnoqraf, təhsil xadimi və aktivist.[1][2][3]

Emin Bektörə
krımtat. Emin Bektóre
türk. Emin Bektöre
Doğum tarixi
Doğum yeri Hacıoğlu Bazarcıq, Bolqarıstan knyazlığı
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Əskişəhər, Türkiyə
Vətəndaşlığı Türkiyə
Milliyyəti Krım tatarı
Elm sahələri Folklor
etnoqraf
Təhsil xadimi
Aktivist
Tanınır Xalq Oyunları Xidmət Mükafatı (1990, Qalatasaray Təhsil Vəqfi tərəfindən) Zərvədəkilər 90 (Önər Sənət Jurnalı tərəfindən)

Emin Bektörə 1888-ci ildə Krım tatarı ailənin övladı olaraq Bolqarıstan knyazlığının Dobruca bölgəsində olan və hal-hazırda adı Dobric olan Hacıoğlu Bazarcıq şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Bazarcıqda tamamlamışdır.

15 aprel 1995-ci ildə tarixində həyatını itirmişdir.[1]

Bektörə Rumıniyadakı Krım tatar folklorunun öncüllərindən biri olaraq qəbul edilir. Müxtəlif Krım tatar xalq oyunları topluluqlarında yer almış, Şahin Gəray, Atilla, Krım və Kök-Köz Bayar kimi didaktik oyunlarının həm mətinlərini yazmış, həm də səhnələşdirmişdir. 1940-cı ildə ailəsiylə birlikdə Türkiyəyə köç edərək, Əskişəhərdə yerləşmişdir. Burada da folklor fəaliyyətinə davam etmişdir. 1941-ci ildən etibarən Əskişəhərdəki xalq evində folklor fəaliyyətlərinə başlamış və xalqevi qapanana qədər xidmət etməyə davam etmişdir.[4]

1944-cü ildə Müzəffər Sarısözən ölkə miqyasında etdiyi gəzintilər zamanı Əskişəhərə gəlir. Əskişəhər xalq evində tanış olduğu Emin Bektörənin Krım türkü olduğunu öyrənincə böyük maraq göstərərək, Krım türk musiqisi heyranı olduğunu, lakin o günə qədər heç bir yerdən bu məsələdə məlumat ala bilmədiyini ifadə edər. Emin Bektörə əlindəki bir neçə sənəd və məlumatı Sarısözənə verir. Bundan sonra birlikdə qeydləri aparmışdırlar. Sarısözən çox bəyəndiyi bu türküləri Ankara Radiosu Mandolin Orkestrasına verərək illər boyunca çalınmasını təmin etmişdir. 1957-ci ildə Ulduz Ayxan və A. Qazi Ayxan, Emin Bektörə ilə təmasa keçərək Krım xalq türkülərindən bir qismini repertuarlarına almış və bu türkülər radioda o dövrdə tez-tez səsləndirilmişdir.[2]

Bektörə xalq evlərinin qapanmasından sonra fəaliyyətinə bu dəfə də Xalq Təhsil Mərkəzində davam etməyə başlamışdır. Bu dövr üçündə uzun illər aktiv fəaliyyət göstərən bir çox folklorçu yetişdirmiş, Əskişəhər xaricində Kütahya, İstanbulOrdu kimi bir çox bölgədə də folklor araşdırmaları aparmışdır.

1972-ci ildə Əskişəhər Krım Türk Kültür Dərnəyi tərəfindən "Krım xalq türküləri" adında kitabı da nəşr edilmişdir. Çox yaşlanmasına baxmayaraq, 1990-a qədər münsiflər heyəti üzvü, müşavir, müşahidəçi olaraq gənclərlə birlikdə çalışmış, folklor araşdırmalarına qatqı etmişdir. Bundan əlavə, xaricdəki türklərlə ilə də həmişə əlaqədə qalmış və Krım türklərinin diasporadakı milli qurtuluş mübarizəsinin aktivistləri arasında yer almasını davam etdirmişdir.

1 yanvar 1930-cu il tarixində hələ Bektörə Rumıniyada ikən, hüquqşünas Müstəcib Ülküsal rəhbərliyində bir araya gələn on millətçi idealist gənc "Əməl Məcmuəsi" adında jurnal nəşr etdirməyə başlamışlar. Bu on nəfərin ən gənci Emin Bektörə idi. II Dünya müharibəsi başlayana qədər 10 il boyunca bu jurnalda araşdırmalar aparılmış, müxtəlif platformalarda milli şüurun oyanması üçün fəaliyyətlər reallaşdırılmışdır. İllər sonra 1960-cı illərə gəlindiyində yenə Müstəcib Ülküsal rəhbərliyində bu dəfə Türkiyədə eyni adlı jurnalı nəşr etdirməyə başlamışlardır. Emin Bektörə illərcə Türkiyədə "Əməl" topluluğunda işlərə qatılmış, Cəfər Seyidəhməd Krımer, Müstəcib Ülküsal, Dr. Mustafa Edige Krımal kimi Krım tatarı rəhbərləri ilə yaxın prinsip, fikir və tərəfdaşlıq içində çalışmışdır.

  1. 1 2 Ayşe Akkaya. "Türkiye ve Balkanlarda, Folklor Duayenimiz Emin BEKTÖRE". 30 mart 2019 tarixində arxivləşdirilib.
  2. 1 2 Edward Allworth. The Tatars of Crimea: Return to the Homeland : Studies and Documents. Duke University Press. ISBN 9780822319948.
  3. Filiz Tutku Aydın. A Case in Diaspora Nationalism: Crimean Tatars in Turkey - A Master’s Thesis. Ankara: Bilkent Universitesi: Department of Political Science and Public Administration. səh. 72-73.
  4. Abdullah Akat. . Rast Müzikoloji Dergisi. 2013.