Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979[1], Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018).
Emin | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Emin |
Doğum tarixi | 12 dekabr 1979[1] (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Leyla Əliyeva (2006–2015) |
Atası | Araz Ağalarov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], sahibkar, cazmen |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janr | pop musiqisi |
Musiqi alətləri | gitara, royal[d] |
Səs tembri | bariton |
Təhsili | |
Mükafatları | |
emin-music.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.[2]. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır.
Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.[3].
Bu kommersiya layihələrinə başçılıq edir:
Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı Нулевой Километр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsəndə Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.
Emin Ağalarovun Giving İn, Don't cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the world go away, Just for one night klipləri var.
27 may 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.[4]
İş adamı Araz Ağalarovun oğludur və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2015-ci ilə kimi kürəkəni olub. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov "Stick Together" adlanan klipdə bir yerdə yer alıblar.
2015-ci ildə Emin Ağalarov Britaniyanın Channel 5-daki intervtusunda Leyla Əliyeva ilə evliliyini bu cür qiymətləndirirdi:
Hələ ki, evliliyin pozulmaması üçün çalışırıq. Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda yaşayır.
— [5]
Az sonra Leyla Əliyeva öz İnstagram səhifəsindən onun Eminlə nikahı son illər formal xarakter daşıdığını təsdiqləyib, Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim, yazdı.[6]