Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alvar
Toponimlər
Alvar (kommuna)
Alvar (fr. Allevard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38006. Kommunanın 2012-ci il üçün əhalisi 3881 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 399-dan ilə 2749 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-şərqdə yerləşir.
Alvar (Əhər)
Alvar (fars. الوار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Alvar Aalto
Hüqo Alvar Henrik Aalto (3 fevral 1898[…], Kuortane, Finlandiya knyazlığı – 11 may 1976[…], Helsinki[…]) — Finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri. Aalto Universiteti onun şərəfinə adlandırılıb. Kilsə memarlığı layihələrinin müəllifidir. Modern dizaynlı mebel nümunələri dünyada geniş yayılmışdır. 1963–1968-ci illərdə Finlandiya Akademiyasının prezidenti olmuşdur. == Həyatı == Hüqo Alvar Henrik Aalto 1898-ci ildə Kuortanedə doğulmuşdur. 1916-cı ildə Helsinki Politexnik İnstitutuna daxil olmuş, 1918-ci ildə o təhsilini Finlandiyanın müstəqilliyi uğrunda müharibəyə görə yarımçıq qoyub, fin ordusunun əsgəri kimi bu müharibədə iştirak etmişdir. Müharibədən sonra, 1921-ci ildə İnstitutu bitirmiş və memar diplomunu aldımışdır. 1923-cü ildə Yuvaskyulaya qayıtdı və orada özünün ilk memarlıq ofisini açır. Sonrakı ildə isə o, memar Aino Marsio ilə evlənir.
Alvar Qulstrand
Alvar Qulstrand (isv. Allvar Gullstrand; 5 iyun 1862[…] – 28 iyul 1930[…]) — İsveç oftalmoloqu və optiki.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Alvan
Alvan və ya Buquz/Buğuz - Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI-XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alvars
Alvars (fars. الوارس‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,007 nəfər yaşayır (199 ailə).
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Aşağı Alvar (Təbriz)
Aşağı Alvar (fars. الوارسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.567 nəfər yaşayır (846 ailə).
Yuxarı Alvar (Təbriz)
Yuxarı Alvar (fars. الوارعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.309 nəfər yaşayır (357 ailə).
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Almar vulusvalisi
Almar vulusvalisi (puşt. المار ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Almar kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Almar vulusvalisinin oturaq əhalisinin sayı 71.764 nəfərdir (35.402 nəfəri kişilər, 36.362 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.525 km² ərazini əhatə edən vulusvalidə, əhali 86 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Alvara Hefels
Alvara Hefels (6 aprel 1982) — Alman aktrisa. Onun çəkildiyi tamaşalarda "Keynoxrhasen" (2007), "Fak cu Qehte" (2013) və Türk aktrisası Sibel Kekilli ilə birlikdə çəkdiyi "Ayrılıq" (2010) olub.
Alvaro Arbeloa
Alvaro Arbeloa (isp. Álvaro Arbeloa Coca; 17 yanvar 1983[…], Salamanka, Kastiliya və Leon) — karyerasını bitirmiş İspaniya futbolçusu.
Alvaro Morata
Alvaro Borxa Morata Martin (isp. Álvaro Borja Morata Martín, 23 oktyabr 1992, Madrid) — İtalyanın Yuventus komandası və İspaniya milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar ispan futbolçusudur. Karyerasına Real Madrid heyətində başlayan Morata 2010-cu ilin sonlarında Real Madridin əsas heyətində oynamağa başlamış, 52 rəsmi oyunda (11 qol), o cümlədən Real Madridin qalib gəldiyi 2014 Çempionlar Liqası final oyununda iştirak etmişdir. İlk mövsümündə qızıl dubl qazanan Morata 2014-cü ildə €20 milyona Yuventus klubunun heyətinə keçmişdir. 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir. Moratanın Gənclərdən ibarət İspaniya milli futbol komandasında 34 iştirakı ölkənin 2013-cü ildə Gənclərdən ibarət komandaların Avropa Futbol Çempionatında qalib gəlməsinə kömək etmişdir. Moratanın əsas milli komandada debütü 2014-cü ildə baş tutmuşdur. == Klub karyerası == === Real Madrid === Madriddə doğulmuş Morata 2008-ci ildə qonşu Getafe komandasından Real Madridə keçmiş, iki il sonra formalaşmasını tamamlayan Morata kiçik yaşlarından Real Madrid C komandasında çıxış etməyə başlamışdır. Yuvenil A-da 34 qolla nəticələnmiş uğurlu mövsümdən sonra 2010-cu ilin iyulunda Morata Real Madrid Kastiliyaya götürülmüş, ilk komanda məşqçisi Xose Maurinyo oyunçunu dörd komanda yoldaşı ilə birlikdə ABŞ turuna aparmışdır. 15 avqust 2010-cu ildə Morata Alkorkon komandasına qarşı yoldaşlıq oyununda Kastiliyanın tərkibində debüt edən Morata oyunun yeganə qolunu vurmuşdur.
Alvaro Neqredo
Alvaro Neqredo Sançez (20 avqust 1985[…], Madrid) — "Kadiz" klubunun ispaniyalı hücumçusu.
Alvaro Odriozola
Alvaro Odriozola Arsalyuz (14 dekabr 1995, San-Sebastian, Basklar ölkəsi) — Real Madrid və İspaniya millisində sağ cinah müdafiəçisi mövqeyində çıxış edən ispan peşəkar futbolçusudur. Əsasən cinah müdafiəçisi çıxış etsə də vinger kimi də oynaya bilir.
Alvaro Rekoba
Alvaro Rekoba (isp. Álvaro Alexánder Recoba Rivero 17 mart 1976[…], Montevideo) — keçmiş Uruqvay futbolçusu.