Allar mağarası

Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir.

Allar mağarası
Ümumi məlumatlar
Kəşf tarixi 1993
Dövrü Paleolit
Yerləşməsi
38°47′53″ şm. e. 48°14′13″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Kənd Allar
Allar mağarası xəritədə
Allar mağarası
Allar mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir.

  • Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6). — Bakı: Şərq-Qərb, 2008. — Т. 1. — 448 s. — ISBN 979-9952-448-38-2.