Hüqo Alvar Henrik Aalto (3 fevral 1898[5][6][…], Kuortane, Finlandiya knyazlığı[7] – 11 may 1976[5][6][…], Helsinki[5][7][…]) — Finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri.[8] Aalto Universiteti onun şərəfinə adlandırılıb.[8] Kilsə memarlığı layihələrinin müəllifidir. Modern dizaynlı mebel nümunələri dünyada geniş yayılmışdır. 1963–1968-ci illərdə Finlandiya Akademiyasının prezidenti olmuşdur.
Alvar Aalto | |
---|---|
Alvar Aalto | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kuortane, Finlandiya |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Helsinki, Finlandiya |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | Finlandiya |
Təhsili | |
Həyat yoldaşı | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Yüvəskülə[1], Helsinki, Turku[1], Kembric, Vıborq |
Memarlıq üslubu | modernizm |
Əsas tikililəri |
Paimio Sanatorium Säynätsalo Town Hall Viipuri Library Villa Mairea Baker House Finlandia Hall |
Üzvlüyü |
|
Mükafatları | |
alvaraalto.fi | |
Vikianbarda əlaqəli mediafayllar[2] |
Hüqo Alvar Henrik Aalto 1898-ci ildə Kuortanedə doğulmuşdur. 1916-cı ildə Helsinki Politexnik İnstitutuna daxil olmuş, 1918-ci ildə o təhsilini Finlandiyanın müstəqilliyi uğrunda müharibəyə görə yarımçıq qoyub, fin ordusunun əsgəri kimi bu müharibədə iştirak etmişdir. Müharibədən sonra, 1921-ci ildə İnstitutu bitirmiş və memar diplomunu aldımışdır.
1923-cü ildə Yuvaskyulaya qayıtdı və orada özünün ilk memarlıq ofisini açır. Sonrakı ildə isə o, memar Aino Marsio ilə evlənir. Bal ayı ərəfəsində İtaliya səfərində, Aralıq dənizi regionun mədəniyyəti Aaltonun həyatında iz qoymuşdur. Aaltolar 1927-ci ildə öz ofislərini Turkuya köçürdülər və memar Erik Briqman ilə əməkdaşlığa başladılar. 1933-cü ildə isə ofisləri Helsinkiyə köçdü.