Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağamməd Abdullayev
Ağamməd Səməd oğlu Abdullayev — ADPİ-də rektor (1966-1970) == Həyatı == Ağamməd Abdullayev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirıniş (1926)Abdullayev Ağamməd Səməd oğlu 1976-cı ildə vəfat etmişdir.
Ağamməd Ağamalıyev
Ağamməd Elgiz oğlu Ağamalıyev - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamməd Ağamalıyev 13 oktyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Füzuli kəndindəki tam orta məktəbə daxil olmuşdur və həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Ağamməd Ağamalıyev Orduya könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağamməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Ağamməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamməd Şixməmmədov
Ağammədli
Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir. == Tarixi == Ağaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir. == Əhalisi == 1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır. 2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır. === Tanınmışlar === Eyvaz Borçalı == İnfrastruktur == Kənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır.
Ağəhməd
Ağəhməd Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı). == Toponimkası == Ağəhməd - Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı).Mənşəcə Təkəli elinin bir qoludur. Bu el (mənbədə "oymaq" kimidir) Məhanə, Şimali, Sayatlı və Kiçik Sayatlı camaatlıqlardandır.
Axaməd
Axaməd (əvvəlki adı: Ağəhməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Ağəhməd kəndi Axaməd kəndi adlandırılmışdır.
Ağaməmməd Abdullayev
Abdullayev Ağaməmməd Səməd oğlu (1909-1976) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960). == Həyatı == == Fəaliyyəti == Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbayсan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.
Ağaməmməd Dadaşov
Ağaməmməd Həsənağa Ələkbər oğlu Dadaşov(d. 1902 – ö. 1966) — Azərbaycanın görkəmli iqtisadçı alimi, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1939-cu ildə SSRİ EM İqtisadiyyat İnstitutunda "Fiziokratların sinfi təbiətinin dərk edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyəti ona "Azərbaycanda aqrar münasibətlər və torpağın milliləşdirilməsi" adlı monoqrafiyanı yazmağa imkan vermişdir. 1959-cu ildə ona professor adı, 1964-cü ildə isə Azərbaycan SSR əməkdar iqtisadçı fəxri adı verilmişdir. 1945-1951-ci illərdə SSRİ EA Azərbaycan filialının İqtisadiyyat sektorunun müdiri, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin "Siyasi İqtisad" kafedrasını müdiri vəzifəsində çalışmışdır. O, ilk dəfə olaraq siyasi iqtisadın tarixi üzrə dərs vəsaiti hazırlamış, klassiklərin əsərlərini, o cümlədən Karl Marksın "Kapital" əsərinin Azərbaycan dilinə tərcüməsi və redaktəsi ilə məşğul olmuşdur. Onun redaktorluğu və müəllifliyi ilə "İqtisadi təlimlər tarixi" üzrə dərslik çap olunmuş, "Marksist siyasi iqtisadı və inkişaf etməkdə olan ölkələr" məqaləsini və "İnkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri" dərsliyini yazmaqla keçmiş SSRİ-də siyasi iqtisadın yeni bir bölməsini—inkişaf etməkdə olan ölkələrin siyasi iqtisadını yaratmışdır. Azərbaycan torpaqlarının milliləşdirilməsi mövzusunda tədqiqatlar aparmaqla Azərbaycanın kapitalizm istiqamətində inkişafının elmi-nəzəri təhlilini vermişdir.
Ağasəməd Əlizadə
Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə (8 mart 1909, Şamaxı – 1990, Bakı) ― Azərbaycan energetiki, texnika üzrə elmlər doktoru (1948), professor (1949), AMEA-nın müxbir üzvü (1968). == Həyatı == Ağasəməd Əlizadə 8 mart 1909-cu ildə Şamaxı şəhərində anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ağasəməd Əlizadə 1938–1940-cı illərdə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşalmaları cərəyanının əsas parametrlərini tədqiq edib. O, 1941–1944-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti sədrinin birinci müavini, 1944–1948-ci illərdə isə Azərbaycan SSR xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. Ağasəməd Əlizadə 1948–1950-ci illərdə SSRİ EA Energetika İnstitutunda tədqiqatçı, 1950–1954-cü illərdə böyük elmi işçi, 1954–1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri, 1959–1962-ci illərdə Azərbaycan Energetika İnstitutunda şöbə müdiri, 1962–1980-ci illərdə direktor, İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının müdiri vəzifələrində çalışıb. == Akademik fəaliyyəti == Ağasəməd Əlizadə 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. 220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəllifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb.
Ağamid Ağacəfərli
Ağamid Şirzaid oğlu Ağacəfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamid Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağamid Ağacəfərli də səfərbər olunmuşdur.