Ağamməd Elgiz oğlu Ağamalıyev - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ağamməd Ağamalıyev | |
---|---|
Ağamməd Elgiz oğlu Ağamalıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Samux rayonu, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Dəfn yeri | Samux rayonu |
Dəfn tarixi | 19 oktyabr 2020 |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elgiz Ağamalıyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Ağamməd Ağamalıyev 13 oktyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Füzuli kəndindəki tam orta məktəbə daxil olmuşdur və həmin məktəbi bitirmişdir.[1]
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Ağamməd Ağamalıyev Orduya könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağamməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Ağamməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]