Ağaməmməd Həsənağa Ələkbər oğlu Dadaşov(d. 1902 – ö. 1966) — Azərbaycanın görkəmli iqtisadçı alimi, professor.
Ağaməmməd Dadaşov | |
---|---|
Dadaşov Ağaməmməd Həsənağa Ələkbər oğlu | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | İqtisadçı |
Elmi dərəcəsi | Azərbaycanın iqtisadçı alimi |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Dövlət Universiteti (1945-ci ildən ömrünün sonunadək) |
1939-cu ildə SSRİ EM İqtisadiyyat İnstitutunda "Fiziokratların sinfi təbiətinin dərk edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti ona "Azərbaycanda aqrar münasibətlər və torpağın milliləşdirilməsi" adlı monoqrafiyanı yazmağa imkan vermişdir. 1959-cu ildə ona professor adı, 1964-cü ildə isə Azərbaycan SSR əməkdar iqtisadçı fəxri adı verilmişdir.
1945-1951-ci illərdə SSRİ EA Azərbaycan filialının İqtisadiyyat sektorunun müdiri, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin "Siyasi İqtisad" kafedrasını müdiri vəzifəsində çalışmışdır.
O, ilk dəfə olaraq siyasi iqtisadın tarixi üzrə dərs vəsaiti hazırlamış, klassiklərin əsərlərini, o cümlədən Karl Marksın "Kapital" əsərinin Azərbaycan dilinə tərcüməsi və redaktəsi ilə məşğul olmuşdur. Onun redaktorluğu və müəllifliyi ilə "İqtisadi təlimlər tarixi" üzrə dərslik çap olunmuş, "Marksist siyasi iqtisadı və inkişaf etməkdə olan ölkələr" məqaləsini və "İnkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri" dərsliyini yazmaqla keçmiş SSRİ-də siyasi iqtisadın yeni bir bölməsini—inkişaf etməkdə olan ölkələrin siyasi iqtisadını yaratmışdır. Azərbaycan torpaqlarının milliləşdirilməsi mövzusunda tədqiqatlar aparmaqla Azərbaycanın kapitalizm istiqamətində inkişafının elmi-nəzəri təhlilini vermişdir.
"Qafqazın müdafiəsinə görə", "Vətn müharibəsində fədakar əməyinə görə" SSRİ medalları ilə təltif olunmuşdur.
Rus, ingilis, fransız, italyan və alman alman dillərini bilirdi.