Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qapı-i Babaəli (Soyuqbulaq)
Qapı-i Babaəli (fars. قپي باباعلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 597 nəfər yaşayır (118 ailə).
Balaəli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Balaəli Maştağalı
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Balaəli Rzayev
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Ataəmi Mirzəyev
Ataəmi Mirzəyev (tam adı: Ataəmi Bala Baba oğlu Mirzəyev; 25 may 1965, Bakı) — Filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünaslıq sahəsində tanınmış füzulişünas alim, mətnşünas, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzdində fəaliyyət göstərən Filologiya elmləri üzrə ekspert şurasının sədri. == Həyatı == Ataəmi Bala Baba oğlu Mirzəyev 25 may 1965-ci ildə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində anadan olmuşdur. == Təhsili == 1972-1982-ci illərdə 113 saylı orta məktəbdə təhsil alıb. 1989-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1994-cü ildə “Klassik Azərbaycan-türk ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu (ilkin qaynaqlar və onların poetik təcəssümü)” adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2012-ci ildə “Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. == Elmi-pedaqoji fəaliyyəti == 1989-1990-cı illərdə Bakıda 1 saylı internat məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1994-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb.
Ağaəmi Heybətov
Ağaəmi Elçin oğlu Heybətov (6 iyun 1993, Bakı – 16 oktyabr 2020, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə oxuyub. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi (qarmon) təhsili almış, həmçinin Buzovna qəsəbəsinin dini icmasının nəzdində yerləşən İmam Hüseyn məscidində də dini təhsildə almışdır. Futbol azerkeşi olan Ağaəmi futbol oyunu ilə də məşğul olurdu. Ali təhsilini isə 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Türk dünyası İşlətmə" fakültəsinin "Turizm və otelçilik" ixtisasında alıb.Bir neçə dil bilirdi. Subay idi. == Hərbi xidməti == Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə baş tutan Aprel döyüşlərinə qatılmaq istəsə də buna nail ola bilməyib. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağaəmi Heybətov da səfərbər olunmuşdur.
Məhəmməd Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Babaylı
Babaylı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Babaylı (Kəleybər) — İranda kənd.
Qulam Babai
Qulam Əli oğlu Babai – (1921–2000) xalça ustası, bərpaçı-rəssam. == Həyatı == 1921-ci ildə Təbrizdə dünyaya gəlib. Artıq 8 yaşından atası onu usta yanına xalça toxumağı öyrənməyə gətirir. Babai erkən yaşlarında toxuculuq sənətinə yiyələnir. Sonrakı siyasi fəaliyyəti onun 1948-ci ildə Təbrizdən Sovet İttifaqına mühacirətinə səbəb olur. 1960-cı ildə Q. Babai daimi yaşayış məskəni kimi Bakıya köçmüş və elə həmin ildən də xalça fabrikində əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1963-cü ildən etibarən o fərdi yaradıcılığa başlamış və dövlət sifarişləri üzərində çalışmışdır. Toxuduğu xalçalar hazırda şəxsi kolleksiyalarda, Azərbaycan, Almaniya, Türkiyə və keçmiş SSRİ muzeylərində mühafizə edilir. Bu işlərin sırasında "Kosmonavtlar", "N. Nərimanov", "C. Cabbarlı", "Gerb", Nizami Gəncəvinin "Leyli və Məcnun" və s.
Abaeni
Abaeni — Urartu dövlətində şəhər. Assuriya çarı I Sarqon VIII yürüşündə Abaenini ələ keçirə bilmişdir. Qriqor Qapantsyan şəhərin Malazgird ilə Bağrevənd arasında olduğuna inanır. Bəziləri bunu Apaxunik vilayəti ilə eyniləşdirir. Adların fonetik yaxınlığı çox güman ki, təsadüfidir.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babarı
Babarı (az-əbcəd. بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Babayi-Əmir (jurnal)
"Babayi-Əmir" jurnalı (az-əbcəd. بابای امیر‎) — Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal. == Jurnalın yaranma tarixi == Mətbuatda "zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Əliabbas Müznibi Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914- cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı Əbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayi-Əmir" adlı satirik jurnalı qeydiyyatdan keçirir. Beləliklə, "Babayi-Əmir" jurnalı "Dirilik" məcmuəsinin nəşriyyatı olaraq, 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunmuşdur. Jurnalın redaktoru şair və ədəbiyyatşünas Əliabbas Müznib, sahibi, naşiri isə onun qardaşı Əbülfəz Mütəlliboğlu olmuşdur. "Babayi-Əmir" jurnalının nəşrinə "Molla Nəsrəddin" jurnalının böyük təsiri olmuşdur. İlk sayında "Gəlmişəm" adlı baş məqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır: Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı: == Jurnalda dərc olunan mövzular == "Babayi-Əmir"in səhifələrində mədəniyyət məsələləri, satqın ziyalılar, dini fanatizm əleyhinə mübarizə və s. mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. == Coğrafi mövqeyi == Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. == Tədqiqi == Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.
Babaylı (Kəleybər)
Babaylı (fars. بابايلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (15 ailə).
Babaylı (Zəngilan)
Babaylı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Etnotoponimdir. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
Elmar Babanlı
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib.
Mustafa Babanlı
Mustafa Babanlı — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. == Həyatı == Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Məhəmməd Babanlı
Məhəmməd Baba oğlu Babanlı (1952, Saatlı rayonu) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). BDU-nun prorektoru (1992-1994), AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmin İnstitutda Dissertasiya Şurasının sədr müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiya­sının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəl­xalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azər­baycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub. == Həyatı == Məhəmməd Babanlı 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır.
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. == Həyatı və fəaliyyəti == 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır. Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.
Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Prezident fərdi təqaüdçüsü (2002), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir. == Həyatı və karyerası == Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Onun atası Xanlar Babanlı istedadlı artist və 1941-1944-ci illərdə fəaliyyət göstərmiş igid partizan olmuşdur, lakin müharibədə xəyanət nəticəsində həlak olduğundan Azərbaycana dönə bilməmişdir, anası Böyük Xanım Babanlı ixtisasca həkim, əslən Bakı zadəganları nəslindən olmuş, lakin Çar Rusiyası dövründən başlayan siyasətin davamı olaraq Sovet hakimiyyəti illərində digər zadəgan ailələri kimi Tofiq Babanlının anasının da ailəsi öz xüsusi statuslarını itirmişdilər. Tofiq Babanlı Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı, Qazax qəzası) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) == Həyatı == Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Yusif Babanlı
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur. == Həyatı == Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir. Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir. 2 övladı var. == Təşkilati fəaliyyəti == Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir.
Əhməd Babanlı
Əhməd Yusif oğlu Babanlı — Alim, texnika elmləri doktoru, Türkiyənin Aydın Universitetinin professoru, Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir. == Həyatı və elmi fəaliyyəti == Əhməd Babanlı 1938-ci il iyunun 27-də Qazax şəhərində anadan olmusdur. Əslən Birinci Şıxlı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1961-ci ilde institutu fərqlənmə diplomu ilə bitirərək əmək fəaliyyətinə başlamışdır. 1961-1981-ci illərdə Moskva şəhərinin bir sıra elmi-tədqiqat institutlarında mühəndis, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1967-1970-ci illərdə Moskva Energetika İnstitutunun əyani aspirantı olmuşdur. 1970-ci ildə Moskva şəhərində dissertasiyasını müdafiə edərək texnika elmlari namizədi elmi adı almışdır. 1981-ci ildə Bakıya qayıdaraq Azərbaycan Neft Akademiyasının Proqramlaşdırma kafedrasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Elm və texnikanın aparıcı sahələrində bir sıra gərəkli işlərin müəllifidir. Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir.
Babamın insanları
“ Babamın insanları” — 2011-ci ildə rejissor Çağan Irmakın ekranlaşdırdığı melodramdır. Baş rollarda Çetin Tekindor və Hümeyranın çəkildiyi bu film 2011-ci il 25 noyabr tarixində tamaşaçı auditoriyasına təqdim olunmuşdur. == Süjet xətti == Ozan Egedə kiçik bir sahil qəsəbəsində yaşayan on yaşlı bir uşaqdı. Kirit adasından köçkün olan babası Mehmet bəyə görə dostları onu “ gavur” adlandıraraq lağ edirlər. Tək qalacağından qorxan Ozan başda babası olmaqla ailə üzvlərinə acıqlanaraq həmişə “Biz türkük” deyir. Ozanın babası Mehmet bəy qəsəbənin sayılıb-seçilən adamlarındandır. Qəsəbə əhalisinə arxa olur, problemləri ilə maraqlanır, onlara kömək edir. Xoş xasiyyət insan olan Mehmet bəy nəvəsinin bu vəziyyətindən narahat olur və buna görə çox kədərlənir. Mehmet bəyin hələ yeddi yaşı olanda ailəsi zorla öz torpaqlarından çıxarılmış və mübadilə yolu ilə Kirit adasından köçürülmüçdülər. Mehmet bəyin ən böyük arzusu ölmədən əvvəl doğulduğu torpaqları görə bilməkdir.
Əbu Əli Məhəmməd Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Babalı (Cəlilabad)
Babalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Babalı toponimi Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır. Babalı kəndi Cəlilabad rayonunun qədim yaşayış məskənlərindən biridir.Kəndin ərazisindən tapılmış bəzi maddı-mədəniyyət nümunələri belə bir fikir söyləməyə imkan verir. Təsadüfi tapıntılara baxmayaraq ,kəndin ərazisində indiyə qədər nə arxeoloji nə də etnoqrafik tədqiqatlar aparılmayıb. Mövcud məlumatların qeyri-qənaətbəxş olması müəyyən araşdırmalar aparmağı zəruri etdi.Araşdırmalar zamanı bir-çox mənbələrdə Babalı sözü ilə bağlı maraqlı tarixi məlumatlarla rastlaşdım.Lakin,həmin məlumatlar: 1)Kənddə məskunlaşmanın mövcud tarixi versiyalarının yanlış olduğunu bəlli etdi. 2)Babalı sözünün tayfa adı ilə bağlı olduğunu sübut etdi. Mövcud məlumatlar nədən ibarətdir? 1. Babalı əhalisi VII əsrdə Ərəbistandan gəlmədir. 2.Babalı əhalisi Xaçmaz rayonundan gəlmədir.
Babam ve Oğlum (film, 2005)
Atam və oğlum (türkcə:Babam ve oğlum) — türk rejissor Çağan Irmakın çəkdiyi və Türk filmlərinin ən yaxşıları arasında sayıla biləcək bir film. == Məzmun == Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi atasıyla babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır. Çünki Sadıq artıq oğlu Dənizdən ayrılmağa məcburdur.
Babam və mən (film, 2012)
Babam və mən qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuşdur. Ekran əsəri fotolar üzərində qurulub. Filmdə Məşədi Süleyman bəy Mansurov və qardaşı Mirzə Mansur Mansurovun səyahət zamanı başına gələn hadisələr yer alır. Eldar Mansurovun nəql etdiyi hadisələr həmin dövrün fotoları ilə canlandırılır.