Ağaəmi Elçin oğlu Heybətov (6 iyun 1993, Bakı – 16 oktyabr 2020, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ağaəmi Heybətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1993(1993-06-06) |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020(2020-10-16) (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Buzovna qəsəbəsi Şəhidlər xiyabanı |
Dəfn tarixi | 25 oktyabr 2020-ci il |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Elçin |
Anası | Svetlana |
Təhsili | Bakalavr |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015/2016-həqiqi hərbi xidmət, 2020-İkinci Qarabağ müharibəsi |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhərində anadan olub.[1] 2000-2011-ci illərdə Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə oxuyub. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi (qarmon) təhsili almış, həmçinin Buzovna qəsəbəsinin dini icmasının nəzdində yerləşən İmam Hüseyn məscidində də dini təhsildə almışdır. Futbol azerkeşi olan Ağaəmi futbol oyunu ilə də məşğul olurdu. Ali təhsilini isə 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Türk dünyası İşlətmə" fakültəsinin "Turizm və otelçilik" ixtisasında alıb.Bir neçə dil bilirdi. Subay idi.
Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə baş tutan Aprel döyüşlərinə qatılmaq istəsə də buna nail ola bilməyib.
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağaəmi Heybətov da səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Ağaəmi Heybətov oktyabrın 16-da şəhidlik mərtəbəsinə yüksələrək 25 oktyabr 2020 -ci il tarixində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Ağaəmi İkinci Qarabağ müharibəsinə könüllü şəkildə qatılıb və şəhidin ailəsi şəhid olduqdan sonra bu barədə xəbərdar olurlar. Ağaəmi şəhid olmadan öncə cibində olan türk bayrağını döyüş yoldaşına verərək "şəhid olsam bu bayrağı evimə çatdırarsan"-deyir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəmi Heybətov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" (24iyun 2021), "Cəsur döyüşçü" (24 iyun 2021) medalları ilə təltif edilib.[2]